Giroskop (yun.γυρο "fırlanmaq" vəyun.σκοπεω "baxmaq" sözlərindəndir) —ətalət hesablama sisteminə əsasən oriyentasiya bucağını dəyişmə qabiliyyətinə malik qurğudur. Giroskopun ən sadə forması uşaqlar üçün oyuncaq olanfırfıradır.
Onların növləri sərbəstlik dərəcəsindən asılı olaraq 2 və 3 dərəcəliyə bölünürlər. Bundan əlavə giroskoplar bölünürlər:
Hərəkətdə olan giroskopa əgər xariciqüvvə təsir edərsə onda, o öz istiqamətini bu qüvvəyə uyğun deyil ona perpendikulyar istiqamətdə dəyişir. Nəticədə giroskop təsir edənmomentin oxuna perpendikulyar olan, belə adlanan ölçü oxu istiqamətində fırlanır. Bu xassə koriolis qüvvəsinin yaranması ilə bağlıdır.
Giroskopun hərəkətinin sadə formada tənliyi belədir:
,
burada və vektorları uyğun olaraq, giroskopa təsir edən qüvvənin momenti və onun momentimpulsudur,I skalyar kəmiyyəti — onun ətalət momentidir, və vektorları bucaq sürəti və bucaq təcilidir.
Buradan alınır ki, giroskopun fırlanma oxuna və eyni zamandaə perpendikulyar təsir edən moment qüvvəsi həmə həm dəə perpendikulyar olaraq presesiyya halını yaradır. Bucaq sürəti onun moment impulsu və təsir edən qüvvənin momenti ilə hesablanır:
Giroskop avtomobillərdə və naviqasiya sistemlərində geniş tətbiq olunur.
Təyyarələrdə giroskoplardan istifadə etməklə üfüqün vəziyyəti düzgün qiymətləndirmək üçün istifadə edilir. Butəyyarənin vəziyyətindən asılı olmayaraq həmişə düzgün vəziyyəti göstərir.
Ballistikraketlərdə giroskopun tətbiqi uçuş zamanı xarici təsirlərdən uçuş trayektoriyasından meyillənməsini ölçmək və onu korrektə etmək mümkün olur. İlk dəfə olaraqVerner fon Braun tərəfindən düzəltdilmiş V2 raketində tətbiq olunmuşdur.
Kosmosda aparatların vəziyyətini tənzim etmək üçün tətbiq olunur. Burada ətalət və reaktiv qüvvələrin təsirindən o özü tənzimlənir. Ən dəqiq giroskipik cihaz 2004-cü ildəGravity peyki üçün düzəldilmişdir.