Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

GNU

Vikipediya, azad ensiklopediya
GNU
Loqonun şəkli
Buraxılış tarixi27 sentyabr1983
Veb-saytıgnu.org/home.en.html
gnu.org/home.fr.html
gnu.org/home.it.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
GNU

GNU – (tələffüzü: /ɡnuː/)GNU is Not Unix kəlmələrinin baş hərflərindən əmələ gəlir və AzərbaycancaGNUUnix Deyildir mənasına gəlir.

GNU — (ingiliscəGNU is Not UnixGNU UNIX deyil rekursiv akronimi) – FCF (Free Software Foundation) tərəfindən işlənib hazırlanan Unix-uyumluəməliyyat sistemi. Layihənin icrasına 1983-cü ildə Massaçusets Texnologiya İnstitutundaRiçard Stolman (Richard Stallman) tərəfindən UNIX sisteminə sərbəst (havayı) yayılan əvəz yaratmaq məqsədilə başlanılıb. Layihə çərçivəsində kompilyatorlar və başqa proqram təminatları da hazırlanır. İlk GNU proqramıEmacsmətn redaktoru olub. Veb-ünvanı:http://www.gnu.org.

Sərbəst olan ancaqUnix olmayan fəlsəfənin təməlidir. GNU/Linux,Linux çəyirdəyi üstündə qurulanGNU təminatlarının əmələ gətirdiyi əməliyyat sisteminə deyilir.

VikipediaGNU FDL lisensiyası əsasında işləyir.

GNU Free Documentation License (GNU azad sənədlərin lisenziyası), və ya GNU FDL (GFDL) — bukopileft-lisenziya olub,azad proqram təminatı fondu tərəfindən GNU GPL-ə əlavə kimi işlənmişdir. GNU FDL istifadəçilər üçün nəzərdə tutulmuş jurnallar, dərs kitabları və kompüter proramlarının müşaət etdiyi digər sənədlər üçün nəzərdə tutulmuşdur.

GNU General Public License (GNU universal kütləvi lisenziya və ya GNU açıq lisenziyalı razılaşması) — 1988-ci ildə GNU layihəsi çərçivəsində yaradılmışazad proqram təminatı üçün populyar lisenziyadır. GNU GPL lisenziyasının ikinci variantı 1991-ci ildə, üçüncü variantı isə 2007-ci ildə buraxılmışdır.

GNU Lesser General Public License – GNU LGPL lisenziyası bir çox proqram təminatlarının kitabxanaları üçün nəzərdə tutulmuş GPL-in şəkli dəyişdirilmiş variantıdır.

GNU GPL-in məqsədi istifadəçiyə proqramları köçürmək, şəklini dəyişdirmək və yaymaq hüququnun verilməsi (müəlliflik hüququ qanunlarına görə bunlar qadağan olunublar), eləcə də bütün törəmə proqramların istifadəçilərinin göstərilən hüquqlara malik olmasını təmin etməkdir.Hüquqların "irsən keçməsi" prinsipi "kopileft" (copyleft) adlanır və Riçard Stollmen tərəfindən düşünülmüşdür. Əslində isə GNU GPL lisenziyası istifadəçilərə çox az hallarda hər hansı hüquq verir, əksinə, çox zaman bu hüquqları məhdudlşdırmağa çalışır. Məsələn, ilkin kodun bərpasına qadağan qoyur və s.

Free Software Foundation (FSF) – Azad proqram təminatı fondu 1985-ci ildə yaradılmış qeyri-ticarət təşkilatıdır. Riçard Stollmen tərəfindən yaradılan FSF azad proqram təminatı hərəkatını və GNU layihəsini dəstəkləmək məqsədi daşıyır.FSF, GNU Layihəsinin əsas təşkilatçı sponsorudur. FSF, korporasiyalardan və qrant verən qurumlardan çox kiçik miqdarda ödənişlər alır. FSF kompüter programlarını azad şəkildə istifadə etmək, nüsxəsini çıxarmaq, dəyişdirmək, öyrənmək və paylaşdırmaq və Azad PT istifadəçilərinin hüquqlarını qorumaq vəzifəsini yerinə yetirir. 2006-cı il FSF fond aktivlərinin 67%-i müxtəlif sponsorlar tərəfindən verilmişdir. Bu dəstək, FSF fəaliyyətini davam etdirməyə kömək edən əsas vasitələrdən biridir.FSF, Internetdə danışıq. mətbuat və himayədarlıq azadlığını, şəxsi əlaqələr üçün şifrələnmiş proqramin istifadə hüququnu, və özəl inhisarçılar tərəfindən maneə qoyulmayan proqramların yazılma hüququnu dəstəkləyir.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Linux
Linux Kernel
GNU/Linux
XNU
QNX
Microsoft
Windows
Zircon
FreeBSD/NetBSD
HarmonyOS
Minix 3
Digər
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
İnformatika
İnformatika haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=GNU&oldid=7891723"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp