Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənlixəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.[2]
Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".[3]
Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb.xəzinə) sözündən törədiyini iddia edir.[4]
Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.[5] Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.[5] Gerbin yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmərQara dənizi simvolizə edir.[5] Bu sahələrin üstündə gümüş fonda əlində nizə süvari təsvir olunmuşdur.[5] Gerbin yuxarı hissəsiGürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdür.[5] Gerbin aşağı hissəsinin fonu qırmızıdır.[5] Onun üzərində xaçvari şəkildə, sındırılmış müsəlman qılıncı və xəncər, rusların qələbəsini simvolizə edən dəfnə çələngi təsvir edilmişdir.[5]
Yelizavetpol quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur.[5] Qara qalxanda qızıl sütun üzərində xəncər, xəncərin yanında iki gümüş Georgi xaçı təsvir olunmuşdur.[5] Qalxan imperator tacı ilə tamamlanır və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur.[5]
Gəncə şəhərinin üçüncü gerbi 2004-cü ildəCavad xanın hakimiyyəti dövründəGəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur.[6] Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğuZiyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi.[6]
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə., əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.[7]
VII əsrin birinci yarısında Gəncəfarslar tərəfindən, ikinci yarısında isəərəblər tərəfindən dağıdılmışdır.[7] VII əsrin axırlarında isə Gəncə ərəblərləxəzərlərin döyüş meydanına çevrilmişdir.[7]
X əsrdən,Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı.[7] Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi.[7] Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi.Dəmir,mis,alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər.[7] Gəncə paytaxt olaraq xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi.[7] Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX–X əsrlərdəƏrəb xilafətinin zəiflədiyi bir dövrdə AzərbaycandaŞirvanşahlar,Şəddadilər,Salarilər vəRəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı.[7] X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur.[7] Daha sonra isəŞəddadilərin paytaxt şəhəri olmuşdur.[7]Fəzl bin Məhəmmədin hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır.[7]
Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır.[7] Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhurGəncə qapılarını tikdi.[7] Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi.[7] Yeni ticarət və sənaye zonaları tikilməyə başladı.[7]İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı.[7] X əsrdə Gəncə həm də dini mərkəz sayıla bilərdi.[7] Belə ki,Alban katolikosu mərkəziBərdədən Gəncəyə köçmüşdü.[7]Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır".[7] XI əsrin ortalarında AzərbaycanSəlcuqların işğalına məruz qalmışdı.Təbrizi tutduqdan sonraI Toğrul (1038–1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi.[7] Gəncə hakimiƏbüləsvar Şavur I Toğrulun vassalı olmağa öz razılığını verdi.[7] Şavur I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.[7]
Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarıIII Fəzl bin Fəzl göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi.[7] 1086-cı ildə Səlcuq hökmdarıI Məlikşah (1072–1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi.[7] Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular.[7] Döyüşdə Gəncə hökmdarıIII Fəzl bin Fəzli əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi.[7] I Məlikşah Gəncə hakimi kimi öz oğlu olanMəhəmməd Təpəri təyin etdi.[7] Məhəmməd Təpər sultan seçildikdən sonra belə GəncəninSəlcuq hökmdarı olaraq qaldı.[7]
XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusuGürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana, yəni XI əsrə qədərQafqaz Alban xristianlığının mərkəzi olmuşdur.[7] 1139-cu ildəzəlzələ nəticəsində V əsrdə yaranmış orijinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir.[7]
Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatan GəncəEldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövr abidələrinin verdiyi məlumata görə, Gəncə"mühüm şəhər", böyük şəhər və paytaxt yəni"dar əl-mülk" idi. GəncəYaxın vəOrta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi idi. Şəhər yaxınlığında dəmir və mis filizlərinin olması dəmirçilik, metal emalı, silahqayırma, qab-qacaq hazırlanması, metalda naxış açma və başqa sənət sahələri inkişaf etmişdilər.[8]
Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildəmonqolların Azərbaycana II yürüşündə basqına məruz qalaraq yenidən dağıdılmışdı.[7] Gəncənin Ağkənd ərazisində XIV əsrə aid tarixi karvansaraElxanilər hökmdarıƏbu Səid Bahadur tərəfindən inşa olunub.[9] XV əsrdə GəncəQaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir.[7]
Qaraqoyunlu hökmdarı Cahanşah ticarətin, sənətkarlığın, elmin və incəsənətin, mədəniyyətin inkişafı naminə böyük işlər görmüş bir hökmdardır. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və Təbriz kimi iri şəhərlər çiçəklənib tərəqqi etmişdi.[10] Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilmişdir.Ağqoyunlular dövründə Gəncə bölgəsiZiyadoğlu Qacar əmirlərinin idarçiliyində olmuşdur.[11]
1747-ci ildəNadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740–1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785–1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.[14]
2 dekabr 1803-cü ildən blokadada olan[15] Gəncə qalasıNikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi.[16] Bu zaman şəhər onunGürcüstan kraliçasıBöyük Tamaranın dövründən bəri Gürcüstana aid olması vəGürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edəngeneral-leytenantSisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı.[17] Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.[18][19]
SisianovQacarlar nəslindən olanV Gəncə xanıCavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi[20] və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi.[21] Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi.[20] Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.[22]
Gəncənin alınması bu ərazidən hücumlara məruz qalan Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etdi. Digər tərəfdən Qacarlar sülaləsinin hökmranlıq etdiyi İranın himayəsində olan Gəncənin işğalı İranda mənfi qarşılandı və faktiki olaraqBirinci Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu.[20]
1804-cü il yanvarın 3-dəÇar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çarI Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı.[5] Xanlıq üsuli-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı.[5] 1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi.[5]Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi.[5] Qəza Yelizavetpol, Qazax, Şəmşədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.[5]
1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmışTiflis quberniyasının tərkibinə daxil edildi. ÇarII Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı.[5] Yelizavetpol (Gəncə) şəhəri eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu.[5] Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi.[5] Quberniyanın tərkibinə Yelizavetpol, Şuşa və Nuxa qəzaları və ləğv edilmişOrdubad qəzasının bir hissəsi daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı.[5] 1873-cü ildəYelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu.[5]
1905-ci ilin payızında Bakıda, Gəncədə, Şuşada, Azərbaycanın digər şəhərlərində rejimin özbaşınalıqlarını, milli məhdudiyyətləri ləğv etmək, çar məmurlarını işdən uzaqlaşdırmaq tələbləri ilə zəhmətkeşlərin kütləvi siyasi nümayişləri və mitinqləri baş verirdi.[23]
1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş, 1911-ci ildə buradakı dəmir yol stansiyasında avtomat telefon aparatı qoyulmuşdu.[24]
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətlilik olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi isə (Yelizavetpol quberniyası)Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi.[23] Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.[23] Lakin burada fəaliyyət göstərmək o qədər də sakit və maneəsiz olmadı.[23] Çünki Azərbaycanın hər yerindən Gəncəyə axışan burjua-mülkədar və klerikal dairələrdən olan nümayəndələrin məhdud dünyagörüşlü mürtəce hissəsi Milli Şura və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli şəxslərdən təşkil olunmasını istəmirdi.[23] Gəncədə yerləşənQafqaz İslam Ordusunun bölmələri komandanlığı ilə milli hökumət üzvləri arasındakı münasibətlər də çox gərgin idi.[23]
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi.[5][25] Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin müvəqqəti paytaxtı oldu.[5] 1920-ci il aprelin 28-də Gəncədə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi.[26] 1920-ci il mayın 1-də Gəncədə Sovet hakimiyyəti quruldu.[7]
1920-ci il mayın 25-də Gəncədəki milli qüvvələr Sovet hakimiyyətinə və Qızıl ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başladılar.[26] Gəncə qarnizonu komandirinin və zabitlərinin Qızıl ordu nümayəndələri ilə əvəz olunması ona gətirib çıxardı ki, 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu.[26] Üsyanın yatırıldığı bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu.[26] Qızıl ordunun Gəncədə üsyanı yatırmasında ermənilər də iştirak edirdilər.[26] Gəncə ermənilərinin kömək göstərməsi Qızıl ordu əsgərlərində ermənilərə rəğbət doğururdu.[26]
1924-cü ilin yazında Bakı, Gəncə və Şəki şəhərlərində əsasən ixtisassız fəhlələrdən ibarət 22,6 min nəfər işsiz var idi.[26]
1935-ci ildə Gəncənin adı dəyişdirilərəkSergey Kirovun adı ilə Kirovabad adlandırıldı.[7] 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi.[5]
Qarabağ müharibəsi dövründə Gəncə şəhərindən olan 400 nəfərdən çox insan döyüşlərdə şəhid oldu.[27] Cəbhədəki uğursuzluqlar ölkədə siyasi vəziyyəti daha da dərinləşdirdi.[28] Dövlət çevrilişi etməyə hazırlıq məqsədilə korpus komandiriSurət Hüseynov 1992-ci ilin dekabrında qüvvələriniKəlbəcərin strateji yüksəkliklərindən geri çəkdi.[28] 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən hərbi texnikanı çıxarıb Gəncəyə gətirdi.[28] Surət Hüseynovun başçılığı ilə 1993-cü il 4 iyundahərbi qiyam başlandı.[28] Hökumətə tabe olmaqdan imtina edən bir qrup zabit Surət Hüseynovun başçılığı ilə hələ aprelin 3-də Gəncədə "Hərbi Birlik" adlı hərbi-siyasi təşkilat yaratmışdı.[28] Birlik, onun təsiri altında olan 709 saylı hərbi hissə Ali Baş Komandana və Müdafiə Nazirliyinə tabe olmurdu.[28]Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi.[28] O, iyunun 13–14-də Gəncə şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi.[28] Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola bilməyəcəyini dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə İdarəsi yaratdı.[28]
Oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi.[28] Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar.[28] Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan Surət Hüseynov hakimiyyətdən kənarlaşdırıldı, AzərbaycandanRusiyaya qaçdı.[28] 1996-cı ildə isə Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.[28]
2018-ci ilin iyul ayında şəhərin meriElmar Vəliyevə qarşı sui-qəsd törədilmiş, sonrada yaranan qarşıdurmada iki polis zabiti həyatını itirmişdilər.
4 oktyabr 2020-ci ildəQarabağ döyüşlərində Gəncəyəraket zərbələri endirilmişdir . 11 oktyabrdaQarabağ döyüşlərində atəşkəsin elan olunmasına baxmayaraq saat 02:00-dan etibarən Gəncəyə raket zərbələri endirilmiş, bu zərbələr nəticəsində 40-dan çox adam yaralanmış, 10 nəfər vəfat etmişdir.
Dəniz səviyyəsindən 400–450 m yüksəklikdə yerləşən Gəncə şəhəriAzərbaycanın qərbində, paytaxtBakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir.[29]
01.10.2024-cü il tarixinə əsasən Gəncə şəhərinin əhalisi – 331,0 min nəfərdir. Əhalinin sıxlığı 1 kv.km 2645 nəfər təşkil edir. Əhalinin ümumi sayının 48,7 faizi kişilərdən (161,2 min nəfər), 51,3 faizi qadınlardan (169,8 min nəfər) ibarətdir.
Gəncə şəhərində 21748 nəfər (6331 ailə) məcburi köçkün məskunlaşmışdır.[30]
Gəncə şəhərinin 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir.[32][33] "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.[33]
Qədim Gəncə şəhərinin 1727-ci ildə 14 məhəlləsi olub:
Gəncə şəhəri,Gəncəçay ilə ikiyə ayrılmıştır, şəhərin dağlıq yerində və dağlara doğru kəndlərdə ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə türklər yaşayırdılar. Gəncənin türk məhəllələri arasında Noraşen adında bir erməni məhəlləsi vardı. Gəncənin erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı, və Hacıməlihli.
Bakıdan fərqli olaraq Gəncə Şəhər Dumasına əsasən azərbaycanlı ziyalıların nümayəndələri Əsgər Ağa Adıgözəlov (Gorani), Adil xan Ziyadxanov və Xəlil bəy Xasməmmədov başçılıq etmişlər.[23]
Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət, həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agentliyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankının şöbəsi fəaliyyətə başladı.[23] Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən isəşərab vəaraq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi.[23] Gəncədə 1914-cü ildə hər birinin illik istehsal həcmi 180 min rubla çatan 8 pambıq emalı zavodu, 3 spirt və konyak zavodu, 37 şərab istehsalı müəssisəsi, meyvə şirəsi, biyan kökü emal edən 23 zavod, 5 gön-dəri müəssisəsi, tütün fabriki, kərpic zavodu və s. müəssisələr var idi.[34]
Gəncə həm də mühüm ticarət mərkəzi idi. 1914-cü ildə burada 1500 ticarət müəssisəsi var idisə, onlardan 56,2 faizini dükanlar, mağazalar, anbarlar təşkil edirdi. Həmin il Gəncədə ticarət dövriyyəsi 14–16 mln rubla çatırdı. Sonra kı illərdə bu rəqəm 2 dəfəyə qədər artmışdı.[35] Şəhərdə 2129 ticarət-sənaye müəssisəsi fəaliyyət göstərirdi249. Doğrudur, onların əksəriyyəti kiçik müəssisələr idi, lakin ticarət və sənaye kapitalının mərkəzləş məsi prosesi gedirdi.[23]
Sənətkarlıq Gəncə iqtisadiyyatının ayrılmaz hissəsi idi. GəncədənMoskva və Lodza pambıq emalı zavodlarının məhsulu, Rusiyanın mərkəzi şəhərləri və Sibirə təzə meyvə, çaxır ixrac olunurdu.[23] 1904-cü ildə Gəncədən Rusiya fabriklərinə 34 min pud, 1913-cü ildə isə 239,870 min pud mahlıc aparılmışdı.[36] Həmin dövrdə Gəncənin xariclə ticarətindəİran mühüm yer tuturdu.[23] İrana əsasəntaxıl və heyvandarlıq məhsulları ixrac olunur, oraya yerli məhsullarla yanaşı, Rusiyadan gətirilmiş mallar da yola salınırdı.[23] Gəncə eyni zamanda böyük dəmir yol şəbəkəsi idi.[23] 1883-cü ilə nisbətən 1913-cü ildə Gəncə stansiyasına gətirilən malların miqdarı 15 dəfə, buradan göndərilən malların miqdarı isə 30 dəfə artmışdı.[23]
Gəncə şəhərinin təsərrüfatının əsas hissəsini sənaye, tikinti, nəqliyyat və ticarət təşkil edir.[32][37] Gəncədə yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Şəhərdə həmçinin qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir.[37] Gəncənin ağır sənayesi əsasənQarabağ müharibəsindən sonrakı illərdə yaradılmışdır.[37] 1960-cı illərin sonu, 70-ci illərin əvvəlindən başlayaraq şəhərdə yeni istehsal obyektlərinin inşası geniş vüsət almışdır.[37] Bu illər ərzində çini qablar zavodu, qənnadı fabriki, taxıl məhsulları Kombinatı, ət Kombinatı, süd zavodu, əlvan metalların emalı zavodu, 2 saylı şərab zavodu, quşçuluq fabriki, tərəvəz yetişdirilməsi üçün istixana kombinatı, xalça kombinatının ikinci növbəsi və sairə mühüm sənaye obyektləri tikilib istifadəyə verilmişdir.[37] Şəhər ərazisində 529 idarə və müəssisə, o cümlədən 77 iri, orta və kiçik sənaye müəssisəsi, 42 bank filialı və bank olmayan kredit təşkilatı, 8 mehmanxana, 130-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir.[32]
1986-cı ildə əsası qoyulmuşGəncə Avtomobil Zavodu istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cu illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
2014-ildə Prezident İlham Əliyev oktyabrın 18-də Gəncədə "Stadler" vaqon istehsalı zavodunun təməlqoyma mərasiminə qatılıb.
Şəhərin tanınmış otellərindən Ramada Plaza Gence, Vego Hotel, My Way Boulevard Hotel, Karvansara Hotel, Cinema Boutique hotel, Deluxe Hotel və Ganja Hotel-i qeyd etmək olar.[39]
Gəncədə 5-dən çox ticarət mərkəzi var. OnlardanGanja Mall, Xəmsə Mall, Tağıyev Mall və Aura Park Alış-Veriş və Əyləncə Mərkəzini qeyd etmək olar.[40]
Azərbaycan Respublikası Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 136 saylı Qərarına əsasən Gəncə şəhəriGəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir.[37] 1988-ci il 20 noyabr tarixli 420 saylı qərara əsasən qoruğun əsasnaməsi təsdiq edilmiş, həmin əsasnamədə qoruq iki hissədən elan edilmişdir.[37] 1482 ha sahəsi olan Qədim Gəncə şəhər xarabalığı (Kəpəz rayon ərazisi), bundan 610 ha Samux rayon ərazisinə düşmüşdür.[37] 2051 ha isə müasir Gəncənin tarixən formalaşmış hissəsidir.[37] Qoruq dördüncü kateqoriya ilə işə başlamış, 1990-cı ildə üçüncü kateqoriya, 1997-ci ildə ikinci və 2001-ci ildə birinci kateqoriyaya aid edilmişdir.[37] Qoruq fəaliyyətə başlayanda Gəncədə 240 abidə qeydə alınmışdır. Qoruğun fəaliyyəti nəticəsində bunun sayı 504-ə çatmışdır.[41] Bunlardan 288-nin dövlət tərəfindən qorunur.[41] Azərbaycanda abidələrin təsnifat bölgüsü ilk dəfə Gəncə abidələrinə qoruq tərəfindən tətbiq edilmişdir.[37]
ŞəhərdəGöygöl Milli Parkı,Xan bağı, Heydər Əliyev parkı, Qələbə parkı, Dəmiryolçular parkı, Səməni parkı, Füzuli parkı, İstiqlal parkı kimi böyük parklarla yanaşı digər kiçik park və xiyabanlarda mövcuddur.[42]
Gəncənin ən məşhur və böyük parkı — Xan bağıdır.[42] Xan bağı 1700-cü ildə salınmışdır. Ümumi sahəsi 6 hektardır.[42] Xan Bağı Gəncə hökmdarı Ziyad xanın adı ilə bağlıdır.[42] Burada 100-dən artıq ağac növləri və cinsləri vardır.[42]
1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Heydər Əliyev parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı,şam ağacı,küknar,cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir.[42]İkinci dünya müharibəsində alman faşistləri üzərində qələbənin 40 illiyi münasibətilə yaradılmış Qələbə parkı 1 hektara yaxın ərazini əhatə edir.[42] Dəmiryolçular parkı 1910-cu ildə yaradılmışdır və parkın ərazisi 1,5 hektardır.[42] Parkdaçinar, şam, küknar, vələs, cökə,akasiya və başqa ağaclar var.[42] Səməni parkı 1994-cü ildə Azərbaycan xalqının milli bayramı olanNovruz bayramının şərəfinə yaradılmışdır.[42] Füzuli Parkı şəhərin Alüminiumçular qəsəbəsində yerləşir.[42] Park vaxtı ilə alüminium zavodunun işçiləri üçün istirahət zonası kimi salınmışdır.[42] İstiqlal bağı GəncəninGülüstan qəsəbəsində yerləşir. 1991-ci ilin 28 May günü əhalinin istifadəsinə verilmişdir.[42]
2013-cü il noyabrın 21-də Avropada gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan edilmişdir.[43][44] 2017-ci ildə GəncəMüstəqil Dövlətlər Birliyinin "Mədəniyyət Paytaxtı" seçilib.[45] Şəhərdə 5 musiqi məktəbi, uşaqlarüçün peşə məktəbi,incəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 musiqi evi və 27 kitabxana fəaliyyət göstərir.[46]
Gəncə Dövlət Filarmoniyasının binası 1985-ci ildə tikilmişdir. Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin № 228-k 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılmışdır. F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası 2017-ci ilin noyabr ayının 10-da inşa edilmiş binada fəaliyyət göstərir.Böyük Vətən Müharibəsi zamanıFikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946–1949-cu illərdə filarmoniyaya xalq artistiMəhəmməd Bürcəliyev rəhbərlik etmişdir.[47] 1990-cı ildə Gəncə Dövlət Filarmoniyası yenidən yaradıldı.[47] 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasına xitam verilir.[47]
Gəncə Dövlət Filarmoniyasının təməli 21 yanvar 2012-ci ildəİlham Əliyevin Gəncəyə səfəri zamanı qoyulmuşdur.[48] 15 mart 2014-cü ildə tikintidə ciddi dağıntılar baş verib.[49][50]İlham Əliyevin 10 noyabr 2016-cı ildə imzaladığı sərəncamına əsasən"Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədiləAzərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundanGəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat" əlavə pul ayrılıb.[51] 10 noyabr 2017-ci ildəİlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.[52] 1997–2016-cı ildə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindəAzərbaycan Respublikasının xalq artistiŞahnaz Haşımova çalışıb. 15 fevral 2017-ci ildə Mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin əmri ilə əvvəllərGəncə Musiqi Kollecinin direktoru vəzifəsində çalışmış Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.[53] Filarmoniyanın binası GəncəninNizami rayonu ərazisində,Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidə inşa edilib.[49] Klassisizm üslubunda inşa edilmiş altı mərtəbəli binada inzibati, məşq, qrim, rejissor, istirahət otaqları və bufet yaradılıb.[54] Burada 1100 nəfərlik konsert, 300 yerlik iclas zalları, 10 loja və 1 vip loja var. Binanın üçüncü mərtəbəsinin eyvanındaÜzeyir Hacıbəyovun,Fikrət Əmirovun,Qara Qarayevin,Niyazinin vəArif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yaya konsert meydançası, baxış qülləsi, 500 avtomobil yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.[54] 23 iyun 2017-ci ildə Mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin əmri iləAzərbaycan Respublikasının Xalq artistiSamir Cəfərov filarmoniyaya direktor təyin edilib.[55]
"Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı 1969-cu ildəFikrət Verdiyev tərəfindən ictimai əsaslarla yaradılıb.[56] Yaranmasından 8 il sonraHeydər Əliyevin tapşırığı ilə ansambla "Göygöl" dövlət mahnı və rəqs ansamblı statusu verilir.[56] Ansamblın ilk solistiRövşən Behcət olub. Ansamblın fəaliyyəti genişləndikcə solistlər artır.[57] Ansamblın musiqi heyəti 55 nəfərdən ibarətdir. Ansamblın bədii rəhbər vəzifəsindəAzərbaycan Respublikasının Xalq artistiŞahnaz Haşımova fəaliyyət göstərmişdir.[58] "Göygöl" dövlət mahnı və rəqs ansamblı dəfələrləTürkiyə Respublikasında, müxtəlif festivallarda, "Dədə Qorqud" festivalında, Azərbaycan Xalq Rəqsləri festivalında, "Giresun – Aksu" festivalında, "Türksoy Novruz" şənliklərindəAzərbaycanı təmsil edilmişdir.[50] 2010-cu ilin mart ayındaTürkiyə Respublikasında Novruz şənliklərində iştirak etmişdir.[50]
F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində Xalq Çalğı Alətləri orkestridə fəaliyyət göstərir. Xalq Çalğı Alətləri orkestrinın heyəti 43 nəfərdən ibarətdir. Orkestr tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində çıxış edir.[50] Filarmoniyada Kamera orkestri fəaliyyət göstərir. Kamera orkestrinin musiqi heyəti 32 nəfərdən ibarətdir. Repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarlarda yer tutur.[50]
1959-cu ildə bəstəkarXəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansamblı fəaliyyətə başlayır. 1969-cu ildəŞirin Rzayev Gəncədə ilk dəfə simfonik orkestr yaratmış və 1980-ci illərin sonunadək onun baş dirijoru kimi çalışmışdır.[47]Şirin Rzayev Gəncədə 1980–1992-ci illərdə "Şərəfxanlı" el nəğmələri teatrının yaratmış və bədii rəhbəri olmuşdur.[47] 1981-ci ildəMoskvada keçirilmiş "Səni tərəddüd edirəm, Vətən!" adlı ümumittifaq müsabiqəsində "Şərəfxanlı" el nəğmələri teatrı birinci yerə layiq görülmüşdür.[47]Heydər Əliyev Gəncəyə gələrkən Gəncə Musiqi Evi simfonik orkestrinin (1971-ci ildə) və "Şərəfxanlı" el nəğmələri teatrı folklorunun (1980-ci ildə) konsertlərində iştirak etmiş və öz tövsiyələrini bildirmişdir.[47] Qədim Gəncə çalğı alətlərindənqopuz,saz,tar,kamança,zurna,balaban,tütək,tulum,nağara,qoşa nağara,qaval,dəf qeyd etmək olar.[59]
Gəncə qalasının hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə Azərbaycan şairiNizami Gəncəvinin sələfləri və xələflərindən ibarət qalereya yaradılmışdır. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır. Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Gəncədə olan muzeylərdənAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi,Gəncə Tarix-Diyarşünaslıq Muzeyi,Nizami Gəncəvinin Ev Muzeyi,İsrafil Məmmədovun Ev Muzeyi, Mir Cəlal Paşayevin Ev Muzeyi və digərlərini qeyd etmək olar.[60]
Gəncədə fəaliyyət göstərən teatrlardan biriGəncə Dövlət Dram Teatrıdır. Teatrın binası XIX əsrin 80-ci illərində alman sahibkarıXristofor Förer tərəfindən tikilmişdir. Teatrın binası XIX əsr tarixi-memarlıq abidəsidir. 1921-ci il noyabr ayının 13-də tikilmişdir. 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatr adı ilə fəaliyyət göstərmiş, 1925-ci ildə isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ildə teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. Gəncəyə gələn aktyorlar içərisindəİsmayıl Talıblı,Ələsgər Ələkbərov,Ağasadıq Gəraybəyli,Ağahüseyn Cavadov,Mehdi Məmmədov,Kazım Ziya,Fatma Qədri, Əmir Dadaşlı,Rəmziyyə Veysəlova kimi sənətkarlar vardır. Teatr 1990-cı ildən Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır. Dram teatrda gənclərdən ibarət teatr studiyası fəaliyyət göstərir.[61] 2014-cü ildə bina yenidən tikilib. Ərazidə təmizlik, topoqrafiya və geologiya işləri aparılıb. Teatr üçünGəncəçayın sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb.[62] Tikiliş üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.[62]
Dram teatrında XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb.Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda "Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" (Ə. B. Haqverdiyev), "Əl Mənsur" (N. Heyne), "Nadanlıq" (N. Nərimanov), "Vətən" (N. Kamal) və başqa bu kimi əsərlər yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb.[63] 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə "Qız məktəb"i tələbələrinin ilk dram truppasına rejissorƏsəd Şıxzamanov rəhbərlik edib. BuradaMəşədi Cəmil Əmirovun "Seyfülmüllük" operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub.[63] Bu illərdə həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Dram dərnəyində rejissorAdil İsgəndərov,Barat Şəkinskaya,Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstərib.[63]
Digər teatr isə Gəncə Dövlət Kukla teatrıdır. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən luf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Teatr Əhməd Cəmil küçəsində yerləşir və xristian dini abidələr sırasına daxil edilmişdir. Gəncə Dövlət Kukla teatrıAzərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır.[64]
1980-ci ildə ulu öndər, ümumilli liderHeydər Əliyev Gəncədə olarkən tamaşaların birini seyr edərək bildirmişdi ki, sizNizami Gəncəvi ədəbi irsinin təbliği üçün ən yaxşı üsullardan birini seçmisiniz. Bunu daha da inkişaf etdirmək lazımdır. Həmin andan etibarən tamaşaların göstərilməsi daha da artırılır. Daha böyük əsərlərə müraciət edilir və 1990-cı ildən etibarən Gəncə Dövlət Poeziya teatrı status alır və fəaliyyət göstərir.[65]
2016-cı ildə Gəncədə "Cinemaplus" kinoteatrı fəaliyyətə başlayıb. Kinoteatr, "Xəmsə Park" adlı məkanda istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində salınıb.[66]
"Kəpəz" Peşəkar Futbol Klubu —Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubu. Kəpəz klubunun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfəAzərbaycan Premyer Liqasının və 4 dəfəAzərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib futbol klubudur. "Gəncəlilər" "Azərbaycan futbolunun "Yenilməz Armada"sı hesab edilir və ölkə futbolundakı əksər rekordların sahibidir bu klub. "Kəpəz PFK" bir növ "Gəncə" şəhərinin simvolu hesab edilir.
Qızıl oyun,2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər Lənkəran" yekunda "Neftçi" ilə eyni – 78 xal toplamışdı.Azərbaycan Peşəkar Futbol Liqasının təklifi nəticəsində çempionu müəyyən etmək üçün neytral meydanda əlavə oyun keçirildi. 2005-ci il 10 iyundaGəncə stadionunda keçirilən 25 minlik derbi Neftçi 2:1 hesablı qələbəsi ilə yekunlaşır. Oyun Azərbaycan KİV-lərində "Qızıl oyun" kimi qeyd olunub.
2017-ci il sentyabrın 17-dəHeydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu — 2017" keçirilib.[70] Marafon Gəncə şəhərində "Zəfər tağı"ndan start götürərəkNizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti,Cavad xan küçəsi, Gəncəçay bulvarı,Şah İsmayıl Xətai prospekti boyunca davam edib, Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.[70]
1933-cü ildən 1976-cı ilədək şəhərdə tramvay sistemi fəaliyyət göstərirdi.
1955-ci ildən 2004-cü ilədək trolleybus işləmişdir.[28] Şəhərdə şəhərlərarası nəqliyyat xidməti göstərən avtovağzallar fəaliyyət göstərirlər.[37]2025- ci ildən Sentyabrın 28-dən etibarən Bakubus Gəncədə mərhələli şəkildə fəaliyyətə başlamışdır. Hazırda 18 şəhərdaxili və 2 şəhərətrafı marşrutlar fəaliyyət göstərir. Gəncədə İctimai Nəqliyyat Ödəniş Citycard vasitəsilə olur.
Gəncə Dəmiryol Stansiyası fəaliyyət göstərməklə yanaşı, Lokomotiv deposu, Vaqon deposu və digər dəmiryolu strukturlarına daxil olan təsərrüfat subyektləri inkişaf etdirilmişdir.[37] Ayna Tərəfindən Gəncədə Dəmiryolu Nəqliyyat Mübadilə Mərkəzi yaradılmışdır.
Hikmət Hacıyev (diplomat), Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Həsənbala Sadıqov. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası (1918–1920). Gəncə, 2018. 175 səh. — İJBN 5-8066-1638-41
Mərdan Məmmədov. Təsviri incəsənətin yaradıcılıq janrları (Gəncə abidələri). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı,2021.231 səh. —ISBN 978-625-8213-15-7
Qeyd 1: 1804-cü il yanvarın 3-də Gəncə xanlığı işğal edildikdən sonraGəncə şəhərinin çar I Aleksandrın həyat yoldaşı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – "Gəncə" bərpa edildi. 1935-ci ildəGəncə şəhərinin adı dəyişdirilərək inqilabçıSergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.