Universitetin əsası1457-ci ildə qoyulmuşdur.
İlk dövrlərdə universitetdə 4fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə çatıb.[1]
Avropa Tədqiqat Universitetləri Liqasına daxildir.
Universiteti Amerikanın, eləcə də Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq edir.[2] 70-dən çox ölkədən tələbələrin təhsil aldığı universitet beynəlxalq layihələr və təqaüd proqramları təqdim edir.[2] Universitet DAAD proqramı ilə birlikdə hər il xarici tələbələrin Almaniyada təhsil və kurslarda iştirak edə bilmələri üçün təqaüd proqramı hazırlayır.[2] Yalnız tələbələrə deyil, həmçinindoktorant və alimlər üçün də qısa və uzun müddətli təqaüd proqramları təqdim edir.[2]
Yay məktəblərinin təşkili burada 100 ildən çoxdur ki, ənənə halını almışdır.[3] Universitetlərin nəzdində fəaliyyət göstərən yay dil və mədəniyyət məktəbləri Almaniyanı yaxından tanımaq üçün əla imkanlar yaradır.[3] Bu özündə dil, ənənə, mədəniyyət, cəmiyyət kimi ünsürləri birləşdirir.[3] Məktəbin iştirakçıları dil kursları, müxtəlif mövzularda mühazirələr, ekskursiyalar, muzey və tarixi abidələrin birgə ziyarətindən ibarət olan çox zəngin proqramdan yararlanırlar.[3] Bundan əlavə, yay məktəbi ərzində təhsilini Frayburq Universitetində davam etdirmək istəyən şəxslər üçün alman təhsil sistemi ilə daha yaxından tanış olmaq imkanı da yaradılır.[3]