Fransiskanlılar və ya"Kiçik Qardaşlar Ordeni" (lat.Ordo Fratrum Minorum, OFM) —katolik dilənçirahib ordeni, 1208-ci ildə Spoleto yaxınlığındaAssizli Fransisk tərəfindən xalq arasında asketizmə,həvari kasıblığına və yaxınlarına məhəbbəti təbliğ etmək üçün yaradılıb. Adətən sadəcə fransiskanlar, bəzən Müqəddəs Fransisk Ordeni, OFM, minoritlər və ya "boz rahiblər" (paltarlarının rənginə görə) də adlandırırlar.

Fransisk təbliğat aparmağa 1207-ci ildə başlamış və 1209-cu ildə öz ordeni üçün papalll İnnokentidən razılıq almaq üçün Romaya getmişdir. Müqəddəs Fransisk ordeninin papa tərəfindən bəyənilmiş ilkin nizamnaməsində ordenə əmlaka sahib olmaq qadağan olunurdu, ibadət vaxtı üzvlərindən dilənmək, ianə yığmaq tələb olunurdu. Bu cür ciddilik İsa peyğəmbərin həyat tərzinə oxşamaq və qulluq etməklə izah olunurdu. Fransiskanlar səyahət edir və küçələrdə ibadət aparır, eyni zamanda kilsə ərazilərində qalırdılar. Orden üzvlərindən tələb olunan çox kasıblıq 1223-cu ildə birdəfəlik yumşaldıldı. Qaydalara riayyət tələbinin dərəcəsi üzvlər arasında konfliktlərə və ordendən ayrılmalara gətirib çıxaran əsas səbəb olaraq qalırdı.
ƏvvəllərObsevant (qısa OFM Obs.) kimi tanınan Kiçik qardaşlar ordeni Katolik kilsəsinin ilk üç fransiskan ordenlərindən biridir. Qalan ikisi -kaputsinlər (qısa OFM Cap.) vəkonventuallardır (qısa OFM Conv.).