Fransanın rayonları və yaFransanın arondismanları —Fransanın inzibati bölgülərindən biridir. Rayonlar departamentlərin tərkib hissəsi olan sub bölgülərdirlər.
Fransanın rayonlarının xəritəsi
Rayonun mərkəzisuprefektura adlanır. Əgər rayondepartamentin prefekturasını da əhatə edirsə, bu halda həmin prefektura həm prefektura, həm də suprefektura kimi rayonun mərkəzi funksiyasını daşıyır. Rayonun rəhbəri isə sub-prefekt (fr.sous-préfet) adlanır. Bundan əlavə, rayonlarkantonlara vəkommuna bölünürlər.
Rayonlarregionlar, departamentlər və kommunalardan fərqli olaraq, dövlət hüququnda hüquqi şəxs statusuna malik deyildirlər. Həmçinin, digər inzibati bölgülərdən fərqli olaraq, onlar seçkili nümayəndələr tərəfindən deyil,Fransa Prezidenti tərəfindən təyin olunan məmurlar tərəfindən idarə olunurlar.
Əksər departamentlər yalnız üç və ya dörd rayona bölünür.Paris vəTerritoire de Belfort yalnız bir rayona malikdir,Pa-de-Kale departamentində isə yeddi rayon mövcuddur.Mayotta isə heç bir rayona bölünməmişdir.