Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fransalı Madlen

Vikipediya, azad ensiklopediya
Fransalı Madlen
Şəxsi məlumatlar
Doğum tarixi10 avqust1520
Doğum yeri
  • Sen-Jermen-an-Le[d]
Vəfat tarixi7 iyul1537(16 yaşında)
Vəfat yeri
Vəfat səbəbivərəm
Dəfn yeri
  • Holirud abbatlığı[d]
AtasıI Fransisk[1]
AnasıFransalı Klod[1]
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valualı Medlin (fr.Madeleine de Valois;10 avqust1520,Sen-Jermen-an-Le[d]7 iyul1537,Edinburq) —Şotlandiya kralıV Ceymsin ilk xanımı,Şotlandiya kraliçası. O,Fransa kralıI Fransisk və xanımıFransalı Klodun qızıdır. Evliliyi1517-ci ildə bağlananŞotlandiya-Fransa sülhünə əsasən baş tutdu. Ancaq Medlinin doğuşdan bəri səhhəti yaxşı deyildi və toydan yalnız 6 ay sonra vəfat etdi. Bu səbəbləŞotlandiyanın Yay kraliçası olaraq anılır.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Uşaqlıq illəri

[redaktə |vikimətni redaktə et]

Medlin 10 avqust 1520-ci ildə Sen-Jermen-an-Le sarayındaFransa kralıI Fransisk və xanımıFransalı Klodun üçüncü qızı olaraq dünyaya gəldi. Olduqca çəlimsiz bir uşaq olan Medlin həssas olan səhhətinin pozulmaması üçün daha mülayim iqlimi olan cənub torpaqlarına göndərildi. Burada anası və bacısıValualı Marqarita ilə birlikdə bibisiNavarra kraliçasıAnqulemli Marqaritanın yanında qaldı. 4 yaşında ikən anası vəfat etdi və 2 bacı bibilərinin himayəsinə verildi. Ancaq 1530-cu ildə atasıAvstriyalı Eleonora ilə evləndi və 2 bacıParisə gətirilərək ögey analarının himayəsinə verildi. 16 yaşının tamam olduğu 1536-cı ildəvərəm xəstəliyinə tutulduğu məlum oldu.

Şotlandiya kraliçası kimi

[redaktə |vikimətni redaktə et]

Medlinin doğumundan 3 il öncəŞotlandiyaFransa krallığı arasındaİngiltərəyə qarşı ittifaq qurulmuşdu. AzyaşlıŞotlandiya kralının fransız şahzadələrindən biriylə evlənməsi də bu ittifaq sazişində qeyd olunan maddələrdən biri idi. 1530-cu ilin aprelində Şotland kralının naibiCon Stüart 18 yaşlı kralla Medlinin nikahını planlaşdırmaq üzrə vəzifələndirildi vəParisə göndərildi. Ancaq Medlinin səhhətinin pis olması səbəbilə gənc kralın başqa bir fransız şahzadəsiylə —Fransa kralının uzaq qohumu olan Burbonlu Mariya ilə evləndirilməsinə qərar verildi.

Şotlandiya kralıV Ceyms yeni gəlin namizədiylə planlaşdırılan nikah sazişini imzaladı və 1536-cı ildə gələcək xanımıyla tanış olmaq üçünFransaya gəldi. AncaqParisdə olduğu müddət ərzində ilk nişanlısı vəFransa kralının qızı olan Medlinə aşiq oldu. Bu səbəblə Burbonlu Mariya ilə olan nişanını pozdu və ilk nişanlısı olan Medlinlə evlənməyi tələb etdi.Fransa kralıI FransiskŞotlandiyanın sərt iqliminin qızının həssas səhhətinə pis təsir edəcəyini bilirdi və bu səbəblə ilk başda bu evliliyə icazə vermədi.V Ceymsin və Valualı Medlinin bu evlilikdə təkid etməsinin ardındanI Fransisk qızının evliliyinə könülsüzcə razılıq verdi. Cütlük 1 yanvar 1537-ci ildəParisdəNotrdam kilsəsində evləndi.

I Fransisk qızına olduqca zəngin vəŞotlandiyanın ehtiyac duyduğu bir cehiz bağışladı və bu cehizləŞotlandiya xəzinəsi tamamilə doldu. Bağlanan nikah sazişinə görə, Medlin özünün və gələcək varislərinin Fransa taxtı üzərindəki bütün taxt hüququndan imtina etdi. Yenə sazişə görə, əgərV Ceyms xanımından öncə vəfat edərsə,Şotlandiyada ona təsis edilən bir çox mülk və gəlirləri ömrünün sonuna qədər əlindən alınmayacaqdı.

Mart ayında cütlük şimala doğru səyahətə çıxdı vəLa-Roş-Qiyon sarayında iqamət etdilər. Aylarla davam edən əyləncə və mərasimlərin ardından cütlük 1537-ci ilin mayındaFransadanŞotlandiyaya yola düşdü. Medlinin səhhəti bu səyahət boyunca pis idi vəŞotlandiyaya çatanda daha da ağırlaşmışdı. 19 maydaEdinburqun şimalındakı Leyt limanına çatdılar. Ətraf bölgələrdən yeni kraliçanın gətirdiyi dəyərli əşyaları və böyük xidmətçi alayını görməyə gəldilər.

Ölümü

[redaktə |vikimətni redaktə et]

Medlin 8 iyun 1537-ci ildəEdinburqdan atasına yazdığı məktubunda səhhətinin yaxşı olduğunu və yaxşılaşdığını yazdı. Ancaq bu məktubun göndərilməsindən 1 ay sonra — 7 iyul 1537-ci ildəEdinburqda ərinin qollarında vəfat etdi.Şotlandiyanın yay kraliçası olaraq anılan Valualı MedlinEdinburqdakı Holirud monastırına dəfn edildi. 1776-cı ildə məzarı qarət edildi və rəvayətə görə, hələ də gözəlliyini itirməyən başı kəsilərək oğurlandı. ƏriV Ceyms isə onun ölümündən bir il keçmədənFransalı Mariya ilə evləndi.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Marshall, Rosalind K. (2003).Scottish Queens, 1034–1714. Tuckwell Press. p. 101
  • Hay, Denys,Letters of James V, HMSO (1954), 43–44, 51–52, 170
  • Ashley, Mike (1999).The mammoth book of British kings and queens. London: Robinson Publishers. p. 570.ISBN 1-84119-096-9
  • Wilson, Katharina M. (1991).An Encyclopedia of Continental Women Writers. Taylor & Francis. p. 258.ISBN 9780824085476
  • Thomson, Thomas ed.,John Lesley's History of Scotland(Bannatyne Club, 1830), 299
  • Hadley Williams, Janet ed.,Sir David Lyndsay, Selected Poems(ASLS: Glasgow, 2000), 101–108, 260–266

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123Kindred Britain.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
Normativ yoxlama
GND124327575 ·ISNI0000000390590229 ·LCCNno2012131024 ·SUDOC160397650 ·VIAF284252102 ·WorldCat VIAF284252102
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fransalı_Madlen&oldid=8052736"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp