Fransa Prezidenti və ya rəsmi olaraqFransa Respublikasının Prezidenti (fr.Président de la République Française) —fransızların seçdikləridövlət başçısı.
Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub.Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir.
1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr.septennat), sonra 5 il (fr.quinquennat) edilmişdir.
2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz."
Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidentiFransua Ollandın ardınca gələnEmmanuel Makrondur.
Prezident iqamətgahı - ParisdəkiYelisey sarayıdır. Ayrıca, rəsmi iqamətgah statusunda Rambuye qalası, Parisdəki "Otel Marinyi" vəVar departamentindəki Fort Breqanson qalasıdır.
Fransa prezidentləriDe-yure olaraqAndorra knyazları və"Fəxri Legion" ordeninin qrossmeysterləridir.