Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Frans Kafka

Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün bura klikləyin.
Vikipediya, azad ensiklopediya

Frans Kafka
alm.Franz Kafka
Doğum adıFranz Kafka
Doğum tarixi3 iyul1883(1883-07-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi3 iyun1924(1924-06-03)[3][4][…](40 yaşında)
Dəfn yeri
Təhsili
  • Karl və Ferdinand Universiteti[d](1901–1906),
  • Karlov Universiteti[d]
Fəaliyyətiromançı, təmsil yazıçısı, hekayə yazıçısı[d], aforizmlər müəllifi, gündəlik yazıçısı[d], tərcüməçi, vəkil, ssenarist, şair-vəkil[d], nasir, yazıçı
Fəaliyyət illəri1904-cü ildən
Əsərlərinin dilialman dili
İstiqamətEkzistensializm
Janrlarmodernizm, Belletristika, hekayə, Pritça
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosuFrans Kafka Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frans Kafka[a] (alm.Franz Kafka‎;3 iyul1883[1][2][…],Praqa,Bohemiya krallığı,Avstriya-Macarıstan[1][2][…]3 iyun1924[3][4][…]) —almandilliəşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.Realizm iləfantastika elementlərini birləşdirdiyi[5] əsərlərində əsasən tənha qalmışbaş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərindəyadlaşma, narahatlıq, günahkarlıq vəabsurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür.[6] Ən tanınmış əsərləri "Çevrilmə", "Məhkəmə", "Qəsr" və "Milenaya məktublar" hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçüningilis dilinə "kafkavari" mənasını verən "Kafkaesque" sözü daxil olmuşdur.[7]

KafkaBohemiya krallığının (daha sonraAvstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indikiÇexiya Respublikası) paytaxtıPraqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonrasığorta şirkətində işə düzəlmişdir. Bu zaman boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur: hekayə kolleksiyaları "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, lakin az ictimai diqqət almışdır. Kafka dostuMaks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Ailəsi

[redaktə |vikimətni redaktə et]
Kafkanın valideynləri Herman (1852–1931) və Yuliya Kafka (1856–1934) 1913-cü ildə.

KafkaAvstriya-Macarıstan imperiyasınınPraqa şəhərindəQədim şəhər meydanının yaxınlığında anadan olmuşdur. Ailəsi mənşəcə orta sinifəşkinazi yəhudisi idi. Atası Herman Kafka (1854–1931) Yakob Kafkanın dördüncü oğlu idi,[8][9]Bohemiyanın cənubundakıStrakonitse yaxınlığında yerləşən və böyük yəhudi icmasının yaşadığıÇexiyanınOsek kəndindəşoxet və ya dini qəssab idi.[10] Herman Kafka ailəsiniPraqaya gətirmişdi. Səyyar satış təmsilçisi kimi işlədikdən sonra hədiyyəlik mallar və paltar pərakəndəçisi olmuş və işə 15 nəfər götürmüşdü. Herman bu zaman şirkətinin loqosu üçün zağca təsvirindən (çex dilindəkavka, lakin tələffüzü və tez-tez yazılan formasıkafka) istifadə etməyə başlamışdır.[11] Kafkanın anası Yuliya (1856–1934)Poderbradı şəhərində varlı tacir olan Yakob Levinin qızı idi[12] və ərindən daha yaxşı təhsil almışdı.[8]

Kafkanın valideynləri çox güman ki,İdiş dilindən təsirlənmişalman dilində danışırdılar, bu dil təhqiramiz şəkildəMauscheldeutsch adlandırılırdı. Lakinalman dili sosial cəhətdən böyük imkanlara sahib olduğundan valideynlər uşaqlarını Yuxarı alman dilində danışmağa təşviq etmişdilər.[13] Herman və Yuliyanın 6 uşağı olmuşdur və Frans onların ən böyüyü idi.[14] İki qardaşı Georq və Henrix Frans 7 yaşına çatana qədər ölmüşdürlər. Fransın üç bacısı olmuşdur: Qabriela ("Elli") (1889–1944), Valeriya ("Valli") (1890–1942) vəOttiliya ("Ottla") (1892–1943). Bütün bacılarıİkinci dünya müharibəsi zamanıHolokostda ölmüşdürlər. Valli 1942-ci ildəLodz gettosuna göndərilmiş, lakin bu, onun haqqında olan sonuncu sənəd olmuşdur. Ottla Fransın sevimli bacısı olmuşdur.[15]

Herman bioqraf Stenli Kornqold tərəfindən "böyük, özünüdüşünən, təzyiq etməyi sevən biznesmen" kimi,[16] Frans Kafka tərəfindən isə "gücdə, sağlamlıqda, səs tonunda, natiqlikdə, özünü məmnun etməkdə, dünyəvi hakimiyyətdə, dözümlülükdə, zehni vəziyyətdə [və] insan təbiəti haqqındakı biliklərdə əsl Kafka" kimi təsvir edilmişdir.[17] İş günlərində hər iki valideyn evdə olmurdular, Yuliya Kafka hətta gündə 12 saat işləyirdi. Nəticədə, Frans Kafka uşaqlıqda böyük tənhalıq hiss etmişdir.[18] Uşaqların tərbiyəsində əsasən mürəbbiyələr və xidmətçilər iştirak etmişdir. Kafkanın atası ilə olan problemli münasibəti əksini 100 səhifəlik "Atama məktub" əsərində tapmışdır. Bu əsərdə o, atasının avtoritet və ambisiyalı şəxsiyyətindən dərindən təsirlənməsindən şikayətlənmişdir.[19] Atasından fərqli olaraq anası sakit və utancaq qadın idi.[20] Kafkanın atasının dominant şəxsiyyətinin Kafkanın əsərlərində böyük təsir olmuşdur.[21]

Kafka ailəsinin əvvəlcə onlarla yaşayan bir qız xidmətçisi vardı və ailə darısqal mənzildə yaşayırdı. Fransın otağı çox vaxt soyuq olurdu. 1913-cü ilin noyabrında ailə daha böyük mənzilə köçmüşdür, lakin Elli və Valli artıq evlənib birinci evdən köçmüşdülər. 1914-cü ilin avqustun əvvəlindəBirinci Dünya müharibəsinin başlamasından az sonra bacılar orduda olan ərləri ilə əlaqələrini itirmiş və buna görə də ikinci mənzilə ailənin yanına qayıtmışdırlar. Elli və Vallinin uşaqları vardı. Frans 31 yaşında Vallinin köhnə mənzilinə köçmüş və ilk dəfə təkbaşına yaşamağa başlamışdır.[22]

Təhsili

[redaktə |vikimətni redaktə et]
Kafkanın təhsil aldığı gimnaziyanın yerləşdiyiQoltz-Kinski sarayı.

Kafka 1889–1893-cü illərdə Fleyşmarktda (hazırda Masna küçəsi) yerləşən və oğlanlar üçün nəzərdə tutulmuş alman ibtidai məktəbinə getmişdir. Onunyəhudi təhsili 13 yaşındaBar Mitsvanın qeyd edilməsi ilə başa çatmışdır. Kafkasinaqoqa getməyi heç vaxt xoşlamamışdır və atası ilə ancaq ildə 4 dəfə ora gedirdi.[17][23][24]

1893-cü ildə ibtidai məktəbi bitirdikdən sonra ciddi təhsilin keçirildiyi dövlət gimnaziyası olan və Köhnə şəhər meydanındakıQoltz-Kinski sarayında yerləşən Köhnə Şəhər Alman Gimnazsiyasına qəbul olunmuş və orta təhsilini burada almağa başlamışdır. Təhsilalman dilində aparılsa da, Kafkaçex dilində də yazıb oxuyurdu.[25][26] O, gimnaziyadakı təhsilini 8 il davam etdirmiş və yaxşı qiymətlər almışdır.[27] Kafkaçex dilində yaxşı danışdığından tez-tez alqışlansa da, Kafkanın özü heç vaxtçex dilində səlis danışdığını düşünməmişdir, buna baxmayaraq həttaalman dilində də çex aksenti ilə danışırdı.[28][26] Matura imtahanlarını 1901-ci ildə vermişdir.[29]

1901-ci ildə Praqada yerləşənAlman Karl-Ferdinand Universitetinə qəbul olunan Kafkakimya ixtisası üzrə təhsil almağa başlamış, lakin iki həftə sonra qərarını dəyişərəkhüquq təhsili almağa başlamışdır.[30] Bu sahə onun marağına səbəb olmasa da, qarşısına geniş iş imkanları açırdı, bu isə atasını məmnun edirdi. Bundan əlavə, hüquq uzunmüddətli təhsil tələb edirdi, bu isə Kafkayaalman dili və incəsənət tarixi dərslərinə qatılmaq şəraiti yaradırdı.[31] O, Alman Tələbələrinin Oxu və Mühazirə Zalı (alm.Lese- und Redehalle der Deutschen Studenten‎) adlı tələbə klubuna qoşulmuşdu, bu klub ədəbi tədbirlər, oxular və digər fəaliyyətlərin təşkili ilə məşğul olurdu.[32] Kafkanın dostları arasında fəlsəfə oxuyanFeliks Veltş,varşavalı ortodoks hasidik ailədən çıxmış aktyorYitzçak Lovi və yazıçılarOskar Baum iləFrans Verfel vardı.[33]

Universitetdəki ilk ilində Kafka həyatında ən yaxın dostu olmuşMaks Brodla tanış olmuşdur.[32] Brod tezliklə müşahidə etmişdir ki, Kafka utancaq və azdanışan olsa da, dediklərinin çoxu dərin məna kəsb edirdi.[34] Kafka həyatı boyunca çox həvəsli bir oxucu olmuşdur.[35] Brodun təklifi ilə onlarPlatonun "Protaqor" əsərini orijinalyunan dilində, öz təklifi ilə isəQüstav Floberin "Sentimental təhsil" və "Müqəddəs Antoninin tamahı" əsərlərinifransız dilində oxumuşdular.[36] KafkaFyodor Dostoyevski,Qüstav Flober,Nikolay Qoqol,Frans Qrilparser[37]Heynrix von Kleisti "əsl qan qardaşı" olaraq adlandırmışdır.[38] Bundan əlavə, Kafka Çex ədəbiyyatı ilə maraqlanmış,[25][26]Yohann Volfqanq Götenin əsərlərinin vurğunu olmuşdur.[39][40] Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi almışdır[b] və bir il müddətinə məcburi surətdə pulsuz vətəndaş və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərmişdir.[7]

İş fəaliyyəti

[redaktə |vikimətni redaktə et]
İşçilərin Qəza Sığortası İnstitutunun keçmiş binası.

1 noyabr 1907-ci ildə KafkaAssicurazioni Generali sığorta şirkətində işləməyə başlamışdır və buradakı işi bir ilə yaxın davam etmişdir. Bu dövrdəki məktublaşmaları Kafkanın iş saatlarından (08:00–18:00)[43][44] narazı olduğunu göstərir. Belə ki, bu amil getdikcə onun üçün daha da çox əhəmiyyət kəsb edən yazılarına vaxt ayırması üçün böyük çətinlik törədirdi. Kafka 15 iyul 1908-ci ildə işdən istifa etmişdir. İki həftə sonraBohemiya krallığındakı İşçilərin Qəza Sığortası İnstitutuna daxil olanda əsər yazmasına imkan verən yeni iş tapmışdır. İşi sənaye işçilərinə fərdi zərərlərdən ötrü ödənəcək kompensasiyanı müəyyənləşdirmək və araşdırmaqdan ibarət idi. Bu dövrdə iş təhlükəsizliyinə zəif diqqət yetirildiyindənbarmaqları və ətrafları itirmək kimi qəzaların baş verməsi adi hal idi. Belə qəzalar xüsusilə tornaçı dəzgahı,əl burğulama maşını, yonucu dəzgahı, fırlanan mişar kimi avadanlıqlarla işləyərkən qeydə alınırdı.[45]

İdarəçilik professoruPiter Druker Kafkanın İşçilərin Qəza Sığortası İnstitutunda işləyərkən qoruyucu şlemanı ixtira edən şəxs olduğuna inanır, lakin sahibkarının sənədlərində bu faktı dəstəkləyən heç bir dəlil yoxdur.[46][47] Kafkanın atası oğlunun sığorta işiniBrotberuf (hərfi tərcümədəçörək işi) – ancaq kommunal xərcləri ödəmək üçün görülən iş adlandırırdı, bu isə Kafkanın xoşuna gəlmirdi. Kafkanın vəzifəsini sürətlə artırmışdırlar: o artıqkompensasiya müraciətlərini qəbul edir və tədqiq edir, hesabatlar yazır,şirkətlərinin yüksək risk kateqoriyasında olduğunu düşünən biznesmenlərin müraciətlərinə baxırdı.[48] Burada işlədiyi bir neçə il müddətində sığorta institutuna illik hesabatlar yazmışdır. Müdirləri Kafkanın hesabatlarından razı qalmışdırlar.[49] Kafka işini adətən gündüz saat 2-də bitirirdi, buna görə də ədəbi yaradıcılıq üçün vaxt qalırdı.[50] Kafkanın atası isə oğlunun ailənin mağazasını təhvil alacağını gözləyirdi.[51] Növbəti illərdə Kafkanınxəstəliyi sığorta bürosunda işləməyə və ədəbi yaradıcılıqla məşğul olmasına mane oldu. İllər sonra Brod Kafka, Feliks və özünün də daxil olduğu bir qrup yazıçını bildirmək üçün "Yaxın Praqa dairəsi" (alm.Der enge Prager Kreis‎) terminini ortaya atdı.[52][53]

1911-ci ilin sonunda Ellinin əri Karl Herman və Kafka Praqadakı ilkasbest fabrikinin şərikləri oldular.Prager Asbestwerke Hermann & Co. adı ilə tanınan şirkət Hermann Kafkanın verdiyi pulla qurulmuşdu. Kafka əvvəlcə işə pozitiv yanaşmış, vaxtının çoxunu biznesə həsr etmişdir, lakin daha sonra işin onun ədəbi yaradıcılığına mane olmasından xoşu gəlməmişdir.[54] Bu dövrdə o,İdiş teatrının performansları ilə də maraqlanmışdır. İdiş teatr truppasının 1911-ci ilin oktyabrındakı çıxışını gördükdən sonra Kafka növbəti 6 ay boyunca özünü "İdiş dili və ədəbiyyatının içində tapmışdır".[55] Bu maraq onuniudaizm tədqiqatlarının başlanğıc nöqtəsi idi.[56] Bu dövrdə Kafkavegetarian olmuşdur.[57] 1915-ci ildə KafkaBirinci Dünya müharibəsində xidmət üçün orduya çağırılmışdır, lakin Kafkanın sığorta institutundakı işverənləri onun dövlət qulluğunda olduğunu əsaslandıraraq buna mane olmuşdurlar. Kafka orduya qatılmaq üçün yenə cəhd etmiş, lakin 1917-ci ildə onavərəm diaqnozu qoyulduqdan orduya qəbul olunmamışdır.[58][59] 1918-ci ildə sığorta institutu Kafkanı xəstəliyinə görə təqaüdə göndərmişdir. O dövrdəvərəmin müalicəsi olmadığından Kafka həyatının qalanını sanatoriumlarda keçirmişdir.[7]

Şəxsi həyatı

[redaktə |vikimətni redaktə et]
Felisiya Bauer

Kafka heç vaxtevlənməmişdir. Broda görə Kafka güclü cinsi istəkdən "əzab çəkirdi"[60] və Kafkanın bioqrafıReyner Stax qeyd edir ki, onun həyatı "fasiləsiz qadınlaşdırma" ilə dolu idi və "cinsi müvəffəqiyyətsizlik"dən qorxurdu.[61] Kafka yetkinlik həyatı boyuncafahişəxanalara getmiş[62][63][64]pornoqrafiya ilə maraqlanmışdır.[60] Bundan əlavə, bir çox qadınla yaxınlıq etmişdir. 13 avqust 1912-ci ildə Kafka Brodun qohumu,Berlində birdiktafon şirkətinin təmsilçisi kimi işləyənFelisiya Bauer ilə tanış olmuşdur. Bir həftə sonra Brodun evində baş tutan görüşdən sonra Kafka gündəliyinə yazmışdır:

"Xanım FB. Mən 13 avqustda Brodun evinə çatanda o stolda otururdu. Onun kim olması mənim üçün maraqlı deyildi, amma onu bir dəfəyə götürməli idim. Məmnunsuzluq bəlli olan sümüklü, boş üz. Çılpaq boğaz. Üzərində bluza. Paltarı onun ev halına uyğun idi, lakin sən demə, o heç bir şey idi (onu belə yaxından müşahidə edəndə özümdən soyudum...) Demək olar ki, qırılmış burun. Sarı, bir az düz, görkəmsiz saç, güclü çənə. Oturanda ona ilk dəfə yaxından nəzər salmağa imkan tapdım, lakin oturana qədər artıq onun haqqında dəyişməz fikrim vardı.[65][66]"
Frans Kafkanın münasibətdə olduğu qadınlardan biriMilena Yesenka.

Bundan qısa müddət sonra Frans Kafka bir gecədə "Hökm" hekayəsini yazmış, "Amerika" və "Çevrilmə" əsərləri üzərində işləməyə başlamışdır. Kafka və Felisiya Bauer növbəti beş ildə əsasən məktublaşmış, nadir hallarda görüşmüş və iki dəfə nişanlanmışdırlar.[67] Kafkanın Felisiyaya yazdığı itməmiş məktubları "Felisiyaya məktublar" adı ilə nəşr olunmuşdur. Felisiyanın məktubları isə salamat qalmamışdır.[65][68][69] Bioqraflar Stax vəCeyms Houesə görə təxminən 1920-ci ildə Kafka hoteldə işləyən kasıb və savadsız otaq xidmətçisiYuliya Voxriçek ilə nişanlanmışdır.[67][70] Ev tutubtoy tarixini müəyyənləşdirsə də, toy heç vaxt baş tutmamışdır. Kafkanın atası isəsionist inancları ilə əlaqədar olaraq Yuliyanı qəbul etmirdi. Bu dövrdə Kafka "Atama məktub" üzərində işləməyə başlamışdır. Planlaşdırılmış toy tarixindən öncə Kafka başqa bir qadınla görüşmüşdür.[71] Həyatda qadınlara vəseksə böyük ehtiyac duysa da, Kafkanın özünəinamı çox zəif idi,seksi çirkli hesab edirdi və bədəninə görə çox utanırdı.[7]

Stax və Brod qeyd edirlər ki, Kafkanın Felisiya Baueri tanıdığı dövrdə onunBerlindən olan yəhudi rəfiqəsi Marqaret Bloxla da münasibəti vardı.[72] Brod bildirir ki, Bloxun Kafkadan oğlu olsa da, Kafka heç vaxt bundan xəbər tutmamışdır. Adı məlum olmayan bu oğlan 1914 və ya 1915-ci ildə anadan olmuş, 1921-ci ildəMünhendə ölmüşdür.[73][74] Lakin Kafkanın bioqrafı Peter-Andre Alt qeyd edir ki, Bloxun oğlu olsa da, Kafka onun atası deyildi, çünki cütlük heç vaxt intim münasibətdə olmamışdır.[75][76] Stax isə iddia edir ki, Bloxun oğlu olsa da, Kafkanın onun atası olması ilə əlaqədar heç bir sübut yoxdur.[77]

1917-ci ilin avqustunda Kafkayavərəm diaqnozu qoyulmuş və KafkaBohemiyanın Sürau kəndinə köçmüşdür. Burada bacısı Ottla yeznəsi Karl Hermanın fermasında işləyirdi. O, burada özünü rahat hiss etmiş, hətta burada keçirdiyi vaxtı həyatının ən gözəl dövrü hesab etmişdir. Çox güman ki, bu, onun burada məsuliyyətlərdən azad olması ilə əlaqədar idi. O, gündəliklər və oktavo tutmuşdur. Kafka bu kitablardakı qeydlərindənZettel (kiçik kağız parçaları) üzərində 109 nömrələnmiş mətn parçası ayırmışdır. Onlar daha sonra "Sürau aforizmləri və ya Günah, ümid, əzab və düzgün yol haqqında fikirlər" (alm.Die Zürauer Aphorismen oder Betrachtungen über Sünde, Hoffnung, Leid und den wahren Weg‎) adı ilə nəşr edilmişdir.[78]

1920-ci ildə Kafkaçex yazıçı və jurnalistMilena Yesenka ilə münasibətdə olmağa başlamışdır. Ona yazdığı məktublar daha sonra "Milenaya məktublar" adı ilə çap olunmuşdur.[79] 1923-cü ilin iyulundaBaltik dənizindəkiQral-Mürits kurortunda tətildə ikən ortodoks yəhudi ailəsindən çıxmış 25 yaşlı bağça müəlliməsiDora Diamant ilə tanış olmuşdur. Ailəsinin yazıları üzərindəki təsirindən qurtulmaq ümidi ilə Kafka qısa müddətdəBerlinə köçmüş və Diamant ilə yaşamışdır. Diamant onun sevgilisi olmuş və KafkanınTalmudla maraqlanmasına səbəb olmuşdur.[80] Kafka dörd hekayə üzərində işləmişdi və onları "Aclıq sənətçisi" adı ilə nəşr etdirməyi planlaşdırmışdı.[79]

Şəxsiyyəti

[redaktə |vikimətni redaktə et]

Kafka insanların onuzehni və fiziki cəhətdən iyrənc hesab edəcəyindən qorxurdu. Buna baxmayaraq Kafka ilə tanış olanlar onun sakit və əla davranış tutumuna, aydın sezilənintellektə, quruyumor hissinə malik olduğunu düşünür, ciddi görünüşünə baxmayaraq, onu yaraşıqlı hesab edirdilər.[81][82][83] Brod KafkanıHeynrix von Kleist ilə müqayisə etmişdir: hər iki yazıçı vəziyyətləri qüsursuz detallarla təsvir etmək qabiliyyətinə malik idi.[84] Brodun fikrincə Kafka onun tanış olduğu ən əyləncəli adam idi. Kafka dostları ilə zarafatlaşmağı sevirdi, lakin çətin vəziyyətlərdə dostlarına yaxşı məsləhət də verə bilirdi.[85] Broda görə Kafka həvəslideklamasiyaçı idi: o, cümlələrini elə qurura bilirdi ki, onlar dinləyiciyəmusiqi kimi səslənirdi.[86] Brodun dediyinə görə Kafkanın əsas iki xüsusiyyəti "mütləq dürüstlük" (alm.absolute Wahrhaftigkeit‎) və "həssas vicdanlılıq" (alm.präzise Gewissenhaftigkeit‎) idi.[87][88]

Frans Kafka 1917-ci ildə.

Kafka uşaq ikən idmana az maraq göstərsə də, daha sonra fiziki fəaliyyətlərə və oyunlara maraq göstərmişdir;[35] yaxşı minici,üzgüçüavarçəkən idi.[87] Həftəsonlarında o və dostları uzun gəzintilərə çıxırdılar, onların çoxu Kafkanın özü tərəfindən planlaşdırılırdı.[89] Digər maraq sahələrinə alternativ tibb,Montessori kimi müasir təhsil sistemləri[87]təyyarə iləfilm kimi yeniliklər aid idi.[90] Yazı onun üçün çox vacib idi: Kafka onu "ibadət forması" adlandırmışdı.[91] Kafkasəsə qarşı çox həssas adam idi, sakit yerdə yazmağa üstünlük verirdi.[92]

Peres-Alvares Kafkanınşizoid şəxsiyyət pozuntusuna malik olduğunu iddia etmişdir.[93] İddiaya görə onun üslubu ancaq "Çevrilmə" əsərində deyil, bir çox yazılarında orta səviyyəlişizoid xüsusiyyətlərini büruzə verir.[94] Onun əzabını 21 iyun 1913-cü ildə gündəliyinə yazdığı bir başlıqda görmək olar:[95]

"Başımın içində dəhşətli bir dünya var. Amma parçalara ayrılmadan özümü və onları necə azad etməli. Və içimdəki göz yaşını onlar min dəfə geri çəkdilər və ya dəfn etdilər. Mən bunun üçün burdayam, bu, mənə kifayət qədər aydındır.[96]"

və "Sürau aforizmləri" № 50:

"İnsan içindəki sarsılmaz bir şeyə olan daimi güvəni olmadan yaşaya bilməz. Buna baxmayaraq, həm bu sarsılmaz şey, həm ona olan güvən ondan daim gizlənmiş ola bilər.[97]"

Kafka heç vaxt evli olmamasına baxmayaraq,evliliyə və uşaq sahibi olmağa böyük hörmətlə yanaşmışdır. Onun bir neçə sevgilisi olmuşdur.[98] Kafka güman ki, yemək pozuntusundan əziyyət çəkirdi.Münhen Lüdviq-Maksimilian Universitetinin psixiastrik klinikasının həkimi Manfred M. Fixter "yazıçı Frans Kafkanın qeyri-səciyyəvinevrotik anoreksiyadan əziyyət çəkdiyini göstərən sübut" təqdim etmiş[99] və onun ancaqdepressiyada olduğunu deyil, "intihara meyilli" olduğunu da demişdir.[82]Sander Qilman "Yəhudi pasient Frans Kafka" (1995) adlı kitabında "niyə biryəhudi hipoxondrik və yahomoseksual hesab oluna bilər və Kafka yəhudi kişini anlamanın bu yollarının aspektlərini özündə və yazılarında necə əks etdirir" mövzusunu araşdırmışdır.[100] Kafkanın ən azı bir dəfə (1912-ci ilin sonunda)intihara cəhd etdiyi hesab olunur.[101]

Siyasi baxışı

[redaktə |vikimətni redaktə et]

Birinci Dünya müharibəsindən öncə[102] Kafka çexanarxist,antimilitaristantiklerikalistKlub Mladých təşkilatının bir neçə görüşündə iştirak etmişdir.[103] Kafka ilə eyni ibtidai və orta məktəbə getmişHüqo Berqman sonuncu akademik ildə (1900–1901) Kafka ilə münasibətlərinə xitam vermişdir, çünki "[Kafkanın]sosializmi ilə mənimsionizmin çox fərqli idi".[104][105] "Franssosialist oldu, mən isə 1898-ci ildəsionist oldum.Sionizm iləsosializmin sintezi heç vaxt mövcud olmayıb".[105] Berqman qeyd etmişdir ki, Kafkasosializmə olan dəstəyini göstərmək üçün qırmızıqərənfil taxırdı.[105] Bir gündəlik başlığında Kafka anarxist filosofPyotr Kropotkinin adını çəkmişdi: "Kropotkini unutmayın!".[106]

Kafka 1923-cü ildə.

Kommunizm dövründə Kafkanın əsərləri Şərq blokadası sosializmi tərəfindən qızğın müzakirə olunmuşdur. Belə bir fikir var idi ki, o, parçalananAvstriya-Macarıstan imperiyasınınbürokratiyadakı əfəlliyini satirik şəkildə tənqid etmiş və sosializmin yüksəlişini təcəssüm etdimişdir.[107] Bunu dəstəkləyən başqa bir amilMaksist yadlaşma təlimi idi. Ortodoks baxışına görə isə Kafkanın yadlaşma təsvirləri guya yadlaşmanı ortadan qaldıran cəmiyyət üçün uyğun deyildi. 1963-cü ildəÇexoslovakiyanınLiblitse kəndində Kafkanın səksən illiyi münasibətilə keçirilmiş tədbirdə Kafkanın bürokratiyanın təsvirindəki əhəmiyyəti dəyərləndirilmişdir.[108] Kafkanın siyasi yazıçı olub-olmadığı hələ də mübahisə mövzusudur.[109]

İudaizm və sionizm

[redaktə |vikimətni redaktə et]
Həmçinin bax:Frans Kafka və iudaizm

Kafka Praqadaalmandilliyəhudi kimi böyümüşdür.[110] O, xüsusilə, Şərqi Avropa yəhudilərindən təsirlənmiş, Qərb yəhudilərində olmayan mənəvi həyat intensivliyi əldə etdiyini düşünmüşdür. Onun gündəlikləriidiş yazıçıların adları ilə doludur.[111] Hələiudaizmyəhudilərdən uzaq durduğu illərdə: "Yəhudilərlə ortaq nə cəhətim var? Özümlə bağlı heç bir ortaq cəhətim yoxdur, mən gərək küncdə sakitcə dayanım və nəfəs ala bildiyimə görə şükür edim".[112] Gənclik illərində Kafka özünüateist elan etmişdir.[113]

Houes iddia edir ki, Kafka özyəhudiliyinin fərqində olsa da, əsərlərində bunu əks etdirməmiş, yəhudi personajlardan, səhnələrdən və mövzulardan qaçınmışdır.[114][115][116] Ədəbi tənqidçiHarold Bluma görə isə Kafka öz yəhudi qanından narahat olsa da, tipik yəhudi yazıçı idi.[117] Lotar Kan da eyni şəkildə bildirir: "Kafkanınoeuvre-sındakı yəhudi qanının varlığı şübhəsiz müzakirəolunmazdır".[118] Kafkanın ilk tərcüməçilərindən biriPavel Aysner qeyd etmişdir ki, "Məhkəmə" əsərində yəhudilik mövzusuna toxunmuşdur: "Baş qəhrəman Yosef K. (simvolik)alman (Rabensteyner),çex (Kullix) vəyəhudi (Kaminer) tərəfindən həbs olunur. Müasir dövrdə cəmiyyətə yəhudilərin təlqin edildiyi kimi baş qəhrəman da "günahsız günahkar" mövqeyindədir, lakin onun yəhudi olduğuna dair sübut yoxdur".[119]

Dan Miron "Fələstində kədər?!" adlıessesində Kafkanınsionizmlə olan əlaqəsindən söhbət açır: "Belə görünür ki, belə əlaqənin olduğunu və onun həyatında və ədəbi yaradıcılığındasionizmin aparıcı rol oynadığını iddia edənlər də, belə əlaqənin olduğunu və əhəmiyyətini inkar edənlər də yanılırlar. Həqiqət bu iki sadə görünən qütb arasında anlaşılmaz bir yerdə yerləşir".[111] Kafka əvvəlcə Felisiya Bauer ilə, daha sonra isə Dora Diamant iləFələstinə köçməyi düşünmüşdür. O,Berlində yaşayarkən Brodun fələstinli dostu Pua Bat-Tovimi müəllim tutaraqivritcə öyrənmiş,[111]Berlində İudaizm Təhsili Kollecində (alm.Hochschule für die Wissenschaft des Judentums‎) rabbi Yulius Qrüntalın[120] və rabbiYulius Quttmanın dərslərində iştirak etmişdir.[121]

KafkanınPraqanınYeni Yəhudi qəbiristanlığında yerləşən qəbri.

Livia Rotkirxen Kafkanı "dövrünün simvolik fiquru" adlandırmışdır.[119] Onun müasirləri yəhudi, çex və alman mədəniyyətlərinə qarşı həssas olan yəhudi, çex və alman yazıçılar idi.[119]

Kafka həyatının sonlarındaTəl-Əvivdə yaşayan dostu Hüqo Berqmana açıqça göndərərəkFələstinə köçmək niyyətinin olduğunu bildirmişdir. Berqman Kafkanı qəbul etməkdən imtina etmişdir, çünki onun gənc uşaqları vardı və Kafkanın onlarıvərəmlə yoluxduracağından narahat idi.[122]

Ölümü

[redaktə |vikimətni redaktə et]

1924-cü ilin martında Kafkanın səhhəti pisləşmiş, buna görə də o,BerlindənPraqaya qayıtmalı olmuşdur.[67] Burada ailəsi, xüsusilə bacısı Ottla onun qayğısına qalmışdır. Kafka müalicə məqsədilə 10 apreldəVyana yaxınlığında yerləşən Kirlinqdə həkim Hoffmanın sanatoriumuna getmiş[79] və 3 iyun 1924-cü ildə burada vəfat etmişdir. Ölüm səbəbiaclıq idi: Kafkanınboğazının vəziyyəti ona rahat yemək yeməsinə mane olurdu vəparenteral nutrisiya hələ mövcud olmadığından onu bəsləmək mümkün deyildi.[123][124] Ölüm döşəyində ikən boğazının bağlanıb heç nə yeyə bilməməsindən əvvəl yazmağa başladığı "Aclıq sənətçisi" hekayəsi üzərində dəyişikliklər aparmışdır.[125] Onu nəşiPraqaya gətirilmiş, 11 iyun 1924-cü ildəPraqanınJijkov rayonundaYeni Yəhudi qəbiristanlığında dəfn olunmuşdur.[63] Kafka həyatda ikən tanınmırdı, lakin o, məşhurluğu vacib hesab etmirdi. Ölümündən qısa müddət sonra məşhur olmuşdur.[91] Kafkanın qəbirdaşı memarLeopold Ehrmann tərəfindən dizayn olunmuşdur.[126]

Əsərləri

[redaktə |vikimətni redaktə et]
Həmçinin bax:Frans Kafka biblioqrafiyası

Milena Yesenkayaçex dilində yazdığı bir neçə məktubdan başqa Kafkanın bütün nəşr olunmuş əsərlərialman dilində yazılmışdır. Əsərlərinin çox azı onun sağlığında nəşr olunmuş və az ictimai diqqət almışdır.

Kafka romanlarının heç birini tamamlamamışdır və əsərlərinin 90%-ni yandırmışdır.[127][128] Əsərlərinin çoxunuBerlində yaşayarkən Diamantın köməyi ilə məhv etmişdir.[129] Yaradıcılığının ilk illərindəHeynrix von Kleistdən təsirlənmişdir. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırmış, onu ailəsindən daha yaxın gördüyünü bildirmişdir.[130]

Hekayələr

[redaktə |vikimətni redaktə et]
Frans Kafkanınatasına yazdığı məktubun birinci səhifəsi.

Kafkanın ilk nəşr olunmuş əsərləri 1908-ci ildə "Hyperion" jurnalında "Düşünmək" (alm.Betrachtung‎) adı ilə peyda olmuş 8 hekayə idi. 1904-cü ildə "Əziyyətin təsviri" (alm.Beschreibung eines Kampfes‎) hekayəsini yazmışdır; Kafka hekayəni 1905-ci ildə Broda göstərmiş, Brod isə onu yazmağa davam etməsinə və "Hyperion" jurnalına göndərməsinə razı salmışdır. KafkaMünhendə 1908-ci ildə bir fraqmenti,[131] 1909-cu ilin yazında isə iki bölməni nəşr etdirmişdir.[132]

Yaradıcılığında partlayışın baş verdiyi 22 sentyabr 1912 gecəsində Kafka "Hökm" (alm.Das Urteil‎) hekayəsini yazmış və onu Felisiya Bauerə həsr etmişdir.[133] Brod qeyd etmişdir ki, baş qəhrəmanların adları (Qeorq Bendeman və Frieda Brandenfeld) və uydurma nişanları real həyatda Frans Kafka və Felisiya Bauerlə oxşarlıq təşkil edir. Hekayə Kafkanın inqilabi əsəri hesab olunur. Əsər oğul ilə onunnişanından sonra yeni vəziyyətlə üzləşən dominant ata arasındakı problemli münasibətdən bəhs edir.[134][135] Kafka daha sonra hekayəni "bədənin və ruhun tam açılışı"[136] və "düzgün doğumla təkamül etmiş, çirk və seliklə örtülmüş" hekayə kimi təsvir etmişdir.[137] Hekayə əvvəlcə 1912-ci ildəLeypsiqdə nəşr olunmuş və "Xanım Felisiya Bauerə", sonrakı nəşrlərdə isə "F.-ə" həsr olunmuşdur.[79]

1912-ci ildə Kafka "Çevrilmə" (alm.Die Verwandlung‎)[138] hekayəsini yazmışdır. Hekayə 1915-ci ildəLeyspiqdə nəşr olunmuşdur. "Çevrilmə" Qreqor Zamza adlı kommivoyajörün səhərungeheures Ungeziefer-a (Ungeziefer istənilməyən və çirkli heyvanlar üçün işlədilən termindir) – qorxunczərərvericiyə çevrilməsindən bəhs edir. Tənqidçilər bu əsəriXX əsr uydurmasının "toxumluq işlərindən" biri adlandırırlar.[139][140][141] Bir işgəncə və edam alətindən bəhs edən "Cəza koloniyası" (alm.In der Strafkolonie‎) hekayəsi 1914-cü ilin oktyabrında yazılmış,[79] 1918-ci ildə yenidən redaktə edilmiş, 1919-cu ilin oktyabrındaLeyspiqdə nəşr olunmuşdur. "Aclıq sənətçisi" (alm.Ein Hungerkünstler‎) adlı hekayəsi 1924-cü ildə "Die neue Rundschau" jurnalında çap olunmuşdur. Hekayə azalan marağa baxmayaraq sənətini davam etdirməyə və aclığından şübhə edən insanları fikrindən daşındırmağa çalışan sənətçidən bəhs edir.[142] Son hekayəsi "Müğənni Jozefina" (alm.Josefine, die Sängerin oder Das Volk der Mäuse‎) də sənətçi ilə auditoriya arasındakı münasibətdən bəhs edir.[143]

Romanlar

[redaktə |vikimətni redaktə et]
"Məhkəmə" romanının ilk nəşri (1925).

Kafka ilk romanını 1912-ci ildə yazmışdır;[144] romanın birinci fəsli "Ocaqçı" (alm.Der Heizer‎) hekayəsidir. Kafka tamamlaya bilmədiyi bu əsərinə "İtmiş adam" (alm.Der Verschollene‎) adını qoysa da, Brod Kafkanın ölümündən sonra onu "Amerika" adı ilə nəşr etdirmişdir.[145] Romanın ilham mənbəyi öncəki ildə İdiş teatrında keçirdiyi vaxtlar idi. O, öz irsinin fərqinə varmış və elə bir fikrə gəlib çıxmışdır ki, hər şəxsin içində irsi üçün doğuşdan təqdir yaşayır.[146] Kafkanın digər əsərlərindən dahayumoristik və bir azrealistik olan bu roman despot və hissedilməz sistemin protaqonisti qəribə vəziyyətlərə salmasından bəhs edir.[147] Kafka romanı yazarkənAmerikaya mühacirət etmiş qohumlarının təcrübələrindən istifadə etmişdir. Roman Kafkanınoptimist sonluqla bitən yeganə əsəri hesab olunur.[148]

1914-cü ildə Kafka "Məhkəmə" (alm.Der Process‎) romanını yazmağa başlamışdır.[132] Əsər bir şəxsin uzaq, əlçatmaz məhkəmə tərəfindən həbs edilib mühakimə edilməsindən bəhs edir. Şəxsin günahı nə özünə, nə də oxucuya məlumdur. Kafka romanı tamamlamasa da, son fəslini yazmışdır.Nobel mükafatı laureatı və Kafka təqaüdçüsüElias Kanettiyə görə Felisiya romanın mərkəzində durur və Kafka bunun "onun hekayəsi" olduğunu demişdir.[149][150]Kanetti Kafkanın Felisiyaya yazdığı məktublardan bəhs edən "Kafkanın digər məhkəməsi" adlı kitabında məktublarlaroman arasındakı əlaqəyə toxunmuşdur.[150] Miçiko Kakutani "The New York Times" üçün yazdığı tənqiddə bildirmişdir ki, Kafkanın məktublarında "öz uydurmasının işarələri var: hər dəqiqəyə eyni narahat diqqət; gücün dəyişkən balansları haqqında eyni paranoyak şüurlanma: eyni emosional boğulma atmosferası – təəccüblü şəkildə kifayət qədər xam canfəşanlıq və sevinc anları bir-birinə uyğun gəlir".[150]

Gündəliyinə görə Kafka "Qəsr" (alm.Das Schloss‎) romanı üzərində işləməyə 11 iyun 1914-cü ildə qərar vermişdir, lakin romanı yazmağa 27 yanvar 1922-ci ilə qədər başlamamışdır.[132] Protaqonist K. adlı yer ölçəndir (alm.landvermesser‎), o, naməlum səbəblər üzündən kəndi idarə edən Qəsrə daxil olmağa icazə ala bilmir. Kafkanın niyyəti o idi ki, Qəsr K.-ya ölüm döşəyində bildirir ki, "kənddə yaşamaq üçün hüquqi tələbnamə hələ ki, mövcud deyil, müəyyən köməkçi şərtlər nəzərə alınaraq, ona burada yaşamağa və işləməyə icazə verilir".[151] Qaranlıq vəsürrealist üslubda işlənmiş romanın əsas mövzularıyadlaşma,bürokratiya, şəxsin sistemə qarşı dayanarkən çəkdiyi sonsuz əziyyət, əldəedilməz məqsəd üçün aparılan boş və ümidsiz mübarizədir. Hartmut M. Rastalski tezisində deyir: "Arzular kimi onun mətnləri dəqiq "realistik" detalıabsurdluqla,protaqonistlər üzərində diqqətli müşahidə və mühakiməni müəmmalı unutqanlıq və qayğısızlıqla birləşdirir".[152]

Nəşrolunma tarixi

[redaktə |vikimətni redaktə et]
"Kənd həkimi" hekayə kolleksiyasının üzlüyü (1919).

Kafkanın hekayələri əvvəlcə ədəbi jurnallarda nəşr olunmuşdur. Onun ilk 8 hekayəsi 1908-ci ildə iki aydan bir buraxılan "Hyperion" jurnalının birinci sayında çap olunmuşdur.[153]Frans Bley 1909-cu ildə iki dialoqu (daha sonra "Əziyyətin təsviri"nin bir hissəsi) nəşr etmişdir.[153] Brodlaİtaliyaya səyahət etdiyi zaman yazdığı "Breşiyada təyyarələr" (alm.Die Aeroplane in Brescia‎) hekayəsi 28 sentyabr 1909-cu ildə gündəlik "Bohemia" qəzetində peyda olmuşdur.[153][154] 27 mart 1910-cu ildə daha sonra "Düşünmək" kitabına daxil olacaq bir neçə hekayəsi "Bohemia" qəzetinin Şərq nəşrində çap olunmuşdur.[153][155] 1913-cü ildəLeypsiqdə Brod və nəşriyyatçı Kurt Volf "Arkadia" poeziyası üçün öz ədəbi illiklərinə "Hökm. Frans Kafka hekayəsi"ni (alm.Das Urteil. Eine Geschichte von Franz Kafka‎) daxil etmişdirlər. "Qanundan öncə" (alm.Vor dem Gesetz‎) hekayəsi 1915-ci ildə müstəqil yəhudi həftəliyi olan "Selbstwehr" qəzetininyeni il buraxılışında çap olunmuşdur. Hekayə 1919-cu ildə "Kənd həkimi" hekayə kolleksiyasının hissəsi kimi yenidən çap olunmuş, "Məhkəmə" romanının bir hissəsi olmuşdur. Digər hekayələri müxtəlif nəşrlərdə çap olunmuşdur:Martin Buberin "Der Jude" jurnalı, "Prager Tagblatt" qəzeti, "Die neue Rundschau", "Genius" və "Prager Presse" jurnalları.[153]

Kafkanın ilk nəşr olunmuş kitabı "Düşünmək" 1904–1912-ci illərdə yazdığı 18 hekayədən ibarət idi.Veymara edilən bir yay səyahəti zamanı Brod Kafka ilə Kurt Volfu tanış etmişdir.[156] Kurt Volf kitabı 1912-ci ilin sonunda (lakin tarix kimi 1913-cü il göstərilib)Rowohlt Verlag nəşriyyatında nəşr etdirmişdir.[157] Kafka kitabı Broda həsr etmiş ("Für M. B.") və ona verdiyi şəxsi nüsxəyə "Artıq burada nəşr edildiyinə görə əziz Maks üçün" sözlərini əlavə etmişdir.[158]

Kafkanın "Çevrilmə" hekayəsi 1915-ci ilin oktyabrında aylıqekspressionist "Die Weißen Blätter" jurnalında nəşr olunmuşdur.[157] Digər hekayə kolleksiyası "Kənd həkimi" 1919-cu ildə Kurt Volf tərəfindən nəşr olunmuş[157] və Kafkanın atasına həsr olunmuşdur.[159] Kafka dörd hekayəsindən ibarət sonuncu hekayə kolleksiyasını "Aclıq sənətçisi" adı ilə nəşr etdirməyi planlaşdırsa da, kitab onun ölümündən sonra – 1924-cü ildəVerlag Die Schmiede nəşriyyatında çap olunmuşdur. 20 aprel 1924-cü ildə "Berliner Börsen-Courier" qəzeti KafkanınAdalbert Ştifter haqqındakıessesini çap etmişdir.[160]

Maks Brod

[redaktə |vikimətni redaktə et]

Kafka nəşr olunmuş və olunmamış əsərlərini dostuMaks Broda buraxmış və ondan ölümündən sonra bütün əsərlərini məhv etməsini istəmişdir. Kafka yazmışdır: "ƏzizMaks, mənim son istəyim: Arxamca buraxdığım hər şey – gündəliklər, əlyazmalar,məktublar (özümki və digərlərinin), qaralamalar və s. oxunmamış yandırılsın".[161][162] Maks bu xahişi yerinə yetirməkdən imtina etmiş, romanlarını və digər əsərlərini 1925–1935-ci illərdə nəşr etdirmişdir. 1939-cu ildəFələstinə qaçarkən nəşr olunmamış bir çox kağızı özü ilə aparmışdır.[163] Kafkanın sonuncu sevgilisi Dora Diamant (daha sonra Dimant-Lask) da onun arzusunu yerinə yetirməmiş, ondan gizlicə 20 dəftərini və 35məktubunu saxlamışdır. Onlar 1933-cü ildəGestapo tərəfindən müsadirə olunsa da, alimlər onları axtarmağa davam edir.[164]

Frans Kafkanın ən yaxın dostuMaks Brod (1965). Brod Kafkanın əsərlərinin nəşr olunmasında böyük rol oynamışdır.

Kafkanın əsərləri Brod tərəfindən nəşr olunmağa başladıqdan sonra[165] böyük diqqət çəkməyə və müsbət rəylər almağa başlamışdır. Brod Kafkanın dəftərlərini xronoloji sıra ilə düzməkdə çətinlik çəkmişdir. Problem o idi ki, Kafka tez-tez kitabın müxtəlif hissələrini müxtəlif vaxtlarda yazırdı; bəzən ortadan yazırdı, bəzən isə sondan.[166][167] Brod Kafkanın tamamlanmamış əsərlərinin çoxunu çapa vermişdir. Məsələn, Kafka "Məhkəmə" romanının bəzi fəsillərini nömrələməmiş və tamamlamamışdır. Eyni şəkildə, "Qəsr" romanının bəzi cümlələrini tamamlamamış, bəzi hissələrini anlaşılmaz saxlamışdır.[167] Brod fəsilləri yenidən qaydaya salmış, mətni redaktə etmiş,punktuasiyanı dəyişdirmişdir. "Məhkəmə" 1925-ci ildə Verlag Die Schmiede nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Qalan iki roman Kurt Volf tərəfindən çap olunmuşdur: "Qəsr" (1926) və "Amerika" (1927). 1931-ci ildə Brod Kafkanın 1917–1924-cü ildə yazdığı hekayələri "Böyük Çin səddi" adı ilə nəşr etdirmişdir. Kitabı Gustav Kiepenheuer Verlag nəşriyyatı buraxmışdır. Brodun buraxdığı seriyalar adətən "Dəqiq nəşrlər" adlandırılır.[168]

Müasir nəşrlər

[redaktə |vikimətni redaktə et]

1961-ci ildəMalkolm Pasli Kafkanın bir çox orijinal əlyazmasınıOksfordBodli kitabxanasına aparmaq hüququ əldə etmişdir.[169][170] "Məhkəmə" romanının mətni hərracda satın alınmışdır və hazırdaAlmaniyanınMarbax-am-Nekkar şəhərində Alman Ədəbi Arxivlərində saxlanılır.[170][171] Daha sonra Pasli Kafkanın romanlarını bərpa edən komandaya (Gerhard Neuman, Yost Şillemeit, Yürgen Born daxil olmaqla) komandaya başçılıq etmişdir; onlarS. Fischer Verlag nəşriyyatı tərəfindən yenidən nəşr olunmuşdur.[172] Pasli "Qəsr" (1982) və "Məhkəmə" (1990) romanlarının, Yosy Şillemeit isə "Amerika" (1983) romanının redaktoru olmuşdur. Onlar "Həlledici nəşrlər" və ya "Fischer nəşrləri" adlandırılır.[173]

Nəşrolunmamış kağızlar

[redaktə |vikimətni redaktə et]

Brod 1968-ci ildə vəfat etdikdən sonra sayının minlərlə olduğu təxmin edilən Kafkanın kağızlarını katibəsiniEster Hoffeyə buraxmışdır.[174] O, bəzilərini satmış və ya nəşr etdirmiş, lakin çoxunu qızları Eva və Ruta buraxmışdır. Onlar isə kağızları çap etdirməkdən imtina etmişdirlər. 2008-ci ildə bacılar vəİsrail Milli Kitabxanası arasında məhkəmə prosesi başlamışdır.İsrail Milli Kitabxanasının iddiasına görə Brod 1939-cu ildəFələstinə mühacirət edəndə bu kağızlarİsrail xalqının mülkünə çevrilmişdir. Ester Hoffe "Məhkəmə" romanının orijinal əlyazmasını 1988-ci ildə 2 milyon $ qarşılığındaMarbax-am-Nekkar şəhərində yerləşənMüasir Ədəbiyyat Muzeyinə (Almaniya Ədəbi Arxivi) satmışdır.[127][175] Ancaq Eva 2012-ci ilə kimi həyatda qala bilmişdir.[176] 2010-cu ildəTəl-Əvivdə keçirilmiş məhkəmədə kağızların nəşr olunması istənmiş, lakin məhkəmə prosesi davam etmişdir.[177] Hoffe ailəsi kağızların onların şəxsi mülkiyyəti olduğunu iddia edir, Milli Kitabxana isə "onların yəhudi xalqına məxsus olan mədəni mülkiyyət" olduğunu bildirirdi.[177] Milli Kitabxana bunu da bildirir ki, Brod kağızları onlara öz istəyi ilə miras qoymuşdur. Təl-Əviv Ailə Məhkəməsi 2012-ci ilin oktyabrında kağızlarınİsrail Milli Kitabxanasına aid olduğuna dair qərar qəbul etmişdir.[178]

Tənqid

[redaktə |vikimətni redaktə et]

Tənqidi şərhlər

[redaktə |vikimətni redaktə et]

ŞairUisten Oden Kafkanı "XX əsrinDantesi" adlandırmışdır.[179] RomançıVladimir Nabokov onuXX əsrin ən böyük yazıçılarından biri hesab etmişdir.[180]Qabriel Qarsiya Markes Kafkanın "Çevrilmə" əsərini oxumaq ona "hər cür müxtəlif yolla yazmağın mümkünlüyü"nü göstərdiyini qeyd etmişdir.[112][181] Kafkanın əsərlərindəki əsas mövzularından biri (ilk dəfə "Hökm" hekayəsində)[182] ata-oğul münaqişəsidir: oğulu təhrik edən günahkarlıq hissi əzab və kompensasiya şəklində təzahür edir.[19][182] Digər əsas mövzulara və arxetiplərə yadlaşma, fiziki və psixoloji qəddarlıq, dəhşətli tapşırıqda olan personajlar və mistik çevrilmədir.[183]

Kafkanın stili ilk dəfə 1916-cı ildə"Berliner Beiträge" qəzetindən Oskar Valzel tərəfindən "Çevrilmə" və "Ocaqçı" əsərlərini dəyərləndirərkənKleistə bənzədilmişdir.[184] Kafkanınnəsr stilinin təbiəti müxtəlif şərhlərə səbəb olmuş və tənqidçilər onun yazı stilini müxtəlif ədəbi məktəblərə aid etmişdirlər.[109] Misal üçün,marksistlər Kafkanın əsərlərini şərh etmək üzərində kəskin şəkildə mübahisə etmişdirlər.[103][109] Bəziləri onu reallığı dəyişdirməkdə günahlandırmış, bəziləri isə onunkapitalizmi tənqid etdiyini hesab etmişdirlər.[109] Əsərlərində ümumi məzmun daşıyan ümidsizlik vəabsurdluqekzistensializmin simvolu kimi görünür.[185] Kafkanın bəzi kitaplarıekzistensializm hərəkatından təsirlənmişdir, lakin onun əsərlərinin çoxu eksperimentalmodernist janrla əlaqələndirilir. Kafka insanlarlabürokratiya arasında anlaşılmazlıqlar mövzusuna da deyinmişdir. Uillyam Burrou qeyd etmişdir ki, bu əsərlərində mübarizə, əzab, tənhalıq və münasibət ehtiyacı konsepsiyalarından istifadə olunmuşdur.[186] Bəziləri, məsələnTomas Mann, Kafkanın əsərlərinialleqorik hesab etmişdirlər: vəzifə, təbiət üçün metafizik, tanrı üçün.[187][188]

Jil DelözFeliks Qvattariyə görə Kafkanın əsərlərindəki yadlaşma və işgəncə mövzuları tənqidçilər tərəfindən həddindən çox vurğulanıb. Onlar hesab etmişdirlər ki, Kafkanın əsərləri daha təmkinli, təxribatçı və ürəkaçandır. Onlar bunu da qeyd etmişdirlər ki, personajların mənasız mübarizəsinə diqqət yetirərək Kafkanı oxumaq onunyumor oyununu üzə çıxarır; Kafka öz problemləri haqqında lazımınca şərh vermir, ancaq insanların problemlərə necə düşdüyünü göstərir. Kafka əsərlərində bədxah,absurd dünyalar yaratmışdır.[189][190] Kafka öz əsərlərinin ilkin versiyalarını dostlarına oxumuşdur və bütün diqqətiniyumoristik nəsrin üzərinə verirdi. YazıçıMilan Kundera bildirmişdir ki, Kafkanınsürreal yumoruDostoyevskinin cinayətə görə cəzalandırılmış personajlarının təqdimatının əksi ola bilər. Kafkanın əsərlərindəcinayət baş verməməsinə baxmayaraq, personaj cəzalandırılır.Kundera inanır ki, Kafkanın bu xarakteristik situasiyaları onunpatriarxal ailədə böyüməsindən vətotalitar dövlətdə yaşamasından irəli gəlir.[191]

Kafkanın hüquqi arxa planının təsirini və uydurmasındaqanunun rolunu aydınlaşdırmaq üçün cəhdlər edilmişdir.[192][193] Bir çox şərhə görəqanun və qanunauyğunluq əsərlərində vacib yer tutur.[194] Belə ki, əsərlərində qanun sistemi tez-tez despot şəkildə təqdim olunur.[195] Kafkanın əsərlərindəqanunun anonim, başadüşülməz gücləri təmsil etdiyi hesab edilir. Onlar fərddən gizlidir, lakin sistemin günahsız qurbanları olan insanların həyatlarını idarə edirlər.[194] Buabsurdist şərhi dəstəkləyən tənqidçilər Kafkanın özünüabsurd kainatla münaqişədə olduğunu təsvir etdiyi misalları istinad kimi gətirirlər. Məsələn, Kafka gündəliyində yazır:

"Dörd divar arasında sıxışıb qalmış mən özümü xarici ölkədə dustaq olmuş immiqrant kimi tapdım;... mən öz ailəmi əcnəbi və dərkedilməz adətləri, qaydaları və dilləri olan yadlar şəklində gördüm;... baxmayaraq ki, istəmədim, onlar məni öz qəribə adətlərində iştirak etməyə məcbur etdilər;... mən müqavimət göstərə bilməzdim.[196]"

Buna baxmayaraq, Ceyms Houes bildirir ki, Kafkanın "Məhkəmə" əsərindəki məhkəmə araşdırması təsvirlərinin çoxu (onların metafizik,absurd, karıxdırıcı və kabus kimi görünmələri) dövrününAlmaniyaAvstriya cinayət proseslərinin doğru və məlumatlı təsvirlərinə əsaslanır.[197]Sığorta şirkətində işləməsinə baxmayaraq təcrübəli vəkil kimi Kafka "dövrünün leqal debatlarından dərindən tanış" idi.[193][198]

Tərcümələr

[redaktə |vikimətni redaktə et]

Frans Kafkanın "Məhkəmə" romanıQanun nəşriyyatı,[199] "Amerika" romanı isə Bakı Kitab Klubu tərəfindənAzərbaycan dilinə tərcümə edilərək buraxılmışdır.[200] "Çevrilmə" novellası,[201] atasına ("Atama məktub" adı ilə)[202] və Milenaya yazdığı məktublar ("Milenaya məktublar" adı ilə)[203] da Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.Şərq-Qərb nəşriyyatı Kafkanın "Qəsr" romanı və 5 novellasını ("Çevrilmə", "Kənd həkimi", "Akademiya üçün hesabat", "Müğənni Jozefina", "Balaca qadın") "Frans Kafka. Seçilmiş əsərləri" adı ilə buraxmışdır.[204] Bundan əlavə,Qanun nəşriyyatı "Hökm" və "Çevrilmə" novellalarını, pritçalarından nümunələri, gündəliklərindən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçaları "Vəsiyyət" adı ilə buraxmışdır.[205] 2017-ci ildə İdiot Yayın Evi Kafkanın "Cəza koloniyası" əsəriniAzərbaycan dilinə tərcümə edərək nəşr etmişdir.[206]

İrs

[redaktə |vikimətni redaktə et]

Ədəbi və mədəni təsiri

[redaktə |vikimətni redaktə et]

Digər məşhurlardan fərqli olaraq Kafkanın adı başqaları tərəfindən nadir hallarda çəkilir. Bunun əvəzinə, onun baxış bucağı və fikirləri qeyd edilir.[207] Professor, ədəbi tənqidçi və yazıçı Şimon SendbenkXorxe Luis Borxes,Alber Kamü,Ejen İonesko,Con Maksvell KutzeeJan Pol Sartr kimi yazıçıların Kafkadan təsirləndiyini bildirmişdir.[208] "Financial Times" qəzeti KafkanınJoze Saramaqoya təsir etdiyini bildirmiş,[209] yazıçı və redaktor Al Silverman isəCerom Selincerin Kafkanın əsərlərini oxumağı sevdiyini qeyd etmişdir.[210] 1999-cu ildə 99 müəllif, elmi işçi və ədəbi tənqidçidən ibarət komitet Kafkanın "Məhkəmə" və "Qəsr" romanlarınıXX əsr almandilli ədəbiyyatının ən görkəmli 2-ci və 9-cu romanları olaraq göstərmişdir.[211] Sendbenk qeyd edir ki, Kafka bütün dünyada tanınmasına baxmayaraq, onun qəribə stili hələ də önə çəkilməyib.[208]Binqemton Universitetindəalman dili və müqayisəli ədəbiyyat professoru olan və Kafkanın əsərlərini öyrənən Nil Kristian Peycs deyir ki, Kafkanın təsiri ədəbiyyat sərhədlərini aşır, təsviri incəsənət,musiqipopulyar mədəniyyət sahələrinə nüfuz edir.[212] Alman və yəhudi ədəbiyyatı professoru Harri SteynhauerXX əsrdə ədəbiyyat cəmiyyətinə Kafkadan daha güclü təsir etmiş yazıçının olmadığını bildirmişdir.[7] Brod bir günXX əsrin "Kafka əsri" adlanacağını demişdir.[7]

Mişel-Andre Bossi Kafkanın qətiyyən sarsılmaz və sonsuz bürokratik kainat yaratdığını qeyd etmişdir. Kafka hüquqi və elmi terminlərlə dolu qərib üslubda yazmışdır. Ciddi kainatının həmçinin uzaqgörən yumoru vardı: "Guya rasional olan dünyanın köklərindəki məntiqsizlik".[183] Kafkanın personajları tələyə düşür, başları qarışır, günahlandırılır, cəhdləri nəticəsiz qalır və onların qeyri-real dünyasını başa düşə bilmirlər. Postkafka uydurmasının, xüsusiləelmi fantastikanın böyük qismi Kafka kainatının mövzularını və qaydalarını izləyir. Bu,Corc OruellRey Bredberi kimi müəlliflərin əsərlərində görülə bilər.[183]

Aşağıda Kafkanın təsiri ilə yaradılmış əsərlərə misallar verilmişdir:

BaşlıqİlMediaQeydlərİst.
"Kafkanın dostu"1962qısa hekayəNobel mükafatı laureatıİsaak Başevis-Zinger tərəfindən. Frans Kafkanı tanıdığını deyən Jak adlı idiş aktyor haqqındadır; hekayəyə görə Jak Kon deyirdi ki, Kafka yəhudi folklorundan əfsanəvi varlıqQolemə inanırdı.[213]
Məhkəmə1962filmfilmin rejissoruOrson Uells demişdir: "İstədiyinizi deyin, amma Məhkəmə mənim ən böyük işimdir, hətta Vətəndaş Keyndən belə".[214][215]
Qarpız adam1970filmqismən "Çevrilmə" romanından ilham alınıb: ağ fanatik qaradərili adam kimi oyanır.[216]
Sinif münasibətləri1984film"Amerika" romanının film adaptasiyası. RejissoruŞtrau-Yuye cütlüyü idi.
Kafka-Fragmente, Op. 241985musiqimacar bəstəkarDyörd Kurtaq tərəfindən skripka və soprano üçün bəstələnib, Kafkanın məktub və gündəliklərindəki fraqmentlərdən istifadə olunub.[217]
Kafkanın penisi1986oyunAlan Bennett tərəfindən. Kafka, atası Herman və Brodun ruhları ingilis sığorta katibinin və arvadinin evinə gəlib çıxırlar.[218]
Kafka1991filmBaş rolda Ceremi Ayrons oynayır; ssenaristiLem Dobbs, rejissoruSteven Soderberqdir. Kafka yoxa çıxmış tələbə yoldaşlarından birinin axtarışından çıxır.[219]
Qəsr1992operaAribert Rayman tərəfindən bəstələnmiş opera. Librettosunun Kafkanın "Qəsr" romanı və onun Maks Brod tərəfindən dramatizasiyası əsasında yazıb. İlk dəfə 2 sentyabr 1992-ci ildə Mixael Boderin rejissorluğu iləAlman Opera Teatrında tamaşaya qoyulub.[220]
Frans Kafkanın bu möhtəşəm həyatı1993filmBBC Scotland üçün istehsal olunmuş və Oskar mükafatına layiq görülmüş qısametrajlı komediya filmi. Rejissoru və ssenaristiPiter Kapaldidir. Kafka rolunuRiçard Qrant canlandırır.[221]
Bad Mojo1996videooyunbir qədər "Çevrilmə" əsərindən təsirlənib. Oyunda Frans və Rocer Zammz adlı personajlar var.[222]
Cəza koloniyasında2000operaFilip Qlass tərəfindən[223]
Kafka sahildə2002romanYaponiya yazıçısıHaruki Murakami tərəfindən."The New York Times" tərəfindən 2005-ci ilin ən yaxşı 10 kitabından biri seçilib, 2006-cı ildə Dünya Fentezi Mükafatını qazanıb.[224]
Kafkanın məhkəməsi2005operadan bəstəkarPoul Ruders tərəfindən. Kafkanın həyatı və romanına əsaslanıb; ilk dəfə 2005-ci ildə tamaşaya qoyulub, daha sonra CD şəklində buraxılıb.[225]
Kafkanın şorbası2005kitabMark Krik tərəfindən. Məşhur yazıçının stilində yazılmış kulinariya kitabıdır.[226]
Kafkanı təqdim etmək2007qrafik romanRobert KrambDavid Zeyn Mayrovits tərəfindən. Kafkanın həyatından və əsərlərindən götürülmüş səhnələrdən və mətnlərdən ibarətdir.
A Country Doctor2007anime filmiKoci Yamamura tərəfindən
"Kafkavari"2010teleserial"Çətinliyə baş vurmaq" serialının 3-cü mövsümünün Piter Qould və Corc Mastras tərəfindən yazılmış seriyası.Cessi Pinkman qrup terapiya görüşündə camaşırxanadakı yeni iş yerini cansıxıcı və qatı adlandırır, "bürokratiya"ya bənzədir. Pinkman öz bosundan şikayətlənir, iş yeri sahibinin heç kim tərəfindən görülmədiyi, lakin hər kəsin ondan qorxduğunu bildirir. Qrup lideri "Kafkavari kimi səslənir" cavabını verir.
Myuzikal Kafka2011radio tamaşaBBC Radio 3 tərəfindən"Həftənin oyunu" verilişi çərçivəsində hazırlanmışdır. Frans KafkaDavid Tennant tərəfindən canlandırılmışdır.[227]
Sound Interpretations Dedication To Franz Kafka2012musiqiHAZE Netlabel"Sound Interpretations — Dedication To Franz Kafka" adlı musiqi buraxmışdır. Bu buraxılışda musiqiçilər yenə Kafkanın ədəbi irsi haqqında düşünürlər.[228]
Google Doodle2013internet mədəniyyətiGoogle 2013-cü ildə Kafkanın 130 illiyi münasibətilə papaq geyinmiş və qapı açan tarakanın təsvir olunduğududl hazırlamışdır.[229]
Çevrilmə2013rəqsRoyal Ballet şirkəti tərəfindənEdvard Uotson ilə hazırlanıb.[230]
Kafka kafesi2014operaispan bəstəkar Fransisko Koll tərəfindən bəstələnən, librettosu Meredit Oaks tərəfindən yazılan, Kafkanın mətnlərindən təsirlənən opera.[231]

Kafkavari

[redaktə |vikimətni redaktə et]
Kafkanın "Çevrilmə" əsəri "Famous Fantastic Mysteries" elmi fantastika jurnalının 1953-cü il iyun buraxılışında yenidən çap olunmuşdur.

"Kafkavari" termini Kafkanın əsərlərini (əsasən "Məhkəmə" və "Çevrilmə" əsərləri) xatırladan vəziyyət və konsepsiyaları təsvir etmək üçün istifadə olunur. Əsas bənzərlik insanları məğlub edənbürokratiya, mənasızlıq, disorientasiya və köməksizlik hissi oyadansürreal, kabus kimi mühitdir. Kafkavari qurmada yer alan personajlar labirint kimi qarışıq olan situasiyalardan qaça bilmirlər. Kafkavari elementlər tez-tezekzistensialist əsərlərdə peyda olur, lakin termin artıq ədəbiyyat hüdudlarını açmış, real həyatda qəribə, başadüşülməz, qarışıq, məntiqsiz vəziyyətlər və hadisələri bildirmək üçün istifadə edilməyə başlamışdır.[7][214][232][233]

Bir çoxfilm və televiziya əsəri Kafkavari stildə çəkilmişdir. Bu stil xüsusiləantiutopikelmi fantastikada rast gəlinir. Bu janrda olduğu hesab edilən əsərlər sırasınaPatrik Bokanovskinin 1982-ci il istehsalı "Mələk" filmi, Terri Gilyamın 1985-ci il istehsalı "Braziliya" filmi və 1998-ci il istehsalıneonuar "Qaranlıq şəhər" filmi aid edilir. Başqa janrlarda olub Kafkavari stildə olan filmlər isə "İcarədar" (1976) və "Barton Fink" (1991) filmləridir.[234] "Məhbus" və "Alaqaranlıq zona" teleserialları isə Kafkavari stildə olanteleseriallar hesab olunur.[235][236]

Ümumi və çox geniş istifadəsinə baxmayaraq Kafka tədqiqatçıları terminin düzgün şəkildə istifadə edilmədiyini bildirirlər.[237] Daha doğrusu, müəllif Ben Markus "Atlantika" adlı əsərində Co Fasslerin "Kafkavari olmaq nə deməkdir" əsərindən yararlanaraq deyir: "Kafkanın tipik xüsusiyyətləri dilin təsiredici istifadəsi,fentezi ilə reallıq arasında qalan qurma və ümidsizliklə mübarizə duyğusudur".[238]

Xatirəsi

[redaktə |vikimətni redaktə et]
Frans Kafkanın başı,Praqa

Frans Kafkanın doğulduğu binaya 1966-cı ildə Karel Hladik və Yan Kapliçki tərəfindən dizayn olunmuş xatirə lövhəsi quraşdırılmışdır.Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında 11 metr hündürlüyündə və 42 fırlanan paneldən ibarətFrans Kafkanın başı adlı heykəl quraşdırılmışdır. Heykəlin müəllifiDavid Çernidir. 2003-cü ildə isəPraqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsində müəllifiYaroslav Rona olanFrans Kafka heykəli quraşdırılmışdır.

Praqada Kafka və onun əsərlərinə həsr olunmuşFrans Kafka muzeyi fəaliyyət göstərir. İlk Kafka sərgisi 1999-cu ildəBarselonada açılmış, 2002–03-cü illərdəNyu-Yorkdakı Yəhudi muzeyinə transfer edilmişdir. 2005-ci ilin yayındaPraqada indiki muzey açılmışdır. Muzeydə bir çox Frans Kafka kitabları, eləcə də, orijinal məktublar, gündəliklər və rəsmlər sərgilənir. Muzeyin kitab mağazasında ziyarətçilər Kafkanın istənilən əsərini satın ala bilərlər.[239]

2001-ci ildəFrans Kafka CəmiyyətiPraqa şəhəri tərəfindənFrans Kafka mükafatı adlı illik ədəbiyyat mükafatı təsis edilmişdir. Mükafat "mədəni, milli, nitqi və dinitolerantlığa humanist yanaşma və töhfəyə görə,ekzistensialist, vədəsiz xarakterə görə, ümumi insanı inandırıcılığına görə və bizim dövr haqqında fikirləri çatdırmaq qabiliyyətinə görə" təqdim edilir.[240] Seçki komissiyasının üzvləri və alıcılar dünyanın istənilən ölkəsindən ola bilərlər, lakin yaşayan müəlliflərinçex dilində ən azı bir əsəri olmalıdır.[240] Qalib oktyabrın sonunda – Çexiya Dövlət BayramındaPraqanın Qədim şəhər zalında 10.000ABŞ dolları, diplom və bürünc kiçik heykəlciklə mükafatlandırılır.[240]

1998-ci ildəSan-Dieqo Dövlət Universiteti tərəfindənKafka layihəsi başladılmışdır. Layihənin məqsədi Kafkanın son yazılarını tapıb üzə çıxarmaqdır.[164]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. Almanca tələffüz: [fʁants ˈkafkaː];Çexcə tələffüz: [ˈfrants ˈkafka];çex dilində bəzənFrantişek Kafka (Çexcə tələffüz: [ˈfrancɪʃɛk ˈkafka]) deyilir.
  2. Bəzi mənbələr Kafkanın məzun olduğu ayı iyun (Murrey), bəziləri iyul (Brod) olaraq göstərir.[41][42]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Robertson R.Kafka: A Very Short Introduction (ing.).University of Oxford, 2004. P. 1.ISBN 978-0-19-280455-6
  2. 1234Kafka F.The Metamorphosis (ing.): The Translation, Backgrounds and Contexts, Criticism. /S. Corngold,S. Corngold 1W. W. Norton & Company, 1996. P. 211.ISBN 978-0-393-96797-5
  3. 123Kafka F.The Metamorphosis (ing.): The Translation, Backgrounds and Contexts, Criticism. /S. Corngold,S. Corngold 1W. W. Norton & Company, 1996. P. 213.ISBN 978-0-393-96797-5
  4. 12Кафка Франц //Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред.А. М. Прохорова 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  5. Spindler, William."Magical Realism: A Typology"(PDF). Forum for Modern Language Studies. XXIX (1). 1993: 90–93.doi:10.1093/fmls/XXIX.1.75.ISSN 0015-8518.
  6. Frans KafkaEncyclopædia Britannica Online ensiklopediyasında
  7. 1234567Steinhauer, 1983. səh. 390–408
  8. 12Gilman, 2005. səh. 20–21
  9. Northey, 1997. səh. 8–10
  10. Kohoutikriz, 2011
  11. Brod, 1960. səh. 3–5
  12. Northey, 1997. səh. 92
  13. Gray, 2005. səh. 147–148
  14. Hamalian, 1974. səh. 3
  15. Kafka, Franz.The Metamorphosis. 1230 Avenue of Americas: Simon and Schuster Paperbacks. 2009. ix.ISBN 978-1-4165-9968-5.
  16. Corngold, 1972. səh. xii, 11
  17. 12Kafka-Franz, Father, 2012
  18. Brod, 1960. səh. 9
  19. 12Brod, 1960. səh. 15–16
  20. Brod, 1960. səh. 19–20
  21. Brod, 1960. səh. 15, 17, 22–23
  22. Stach, 2005. səh. 390–391, 462–463
  23. Stach, 2005. səh. 13
  24. Brod, 1960. səh. 26–27
  25. 12Hawes, 2008. səh. 29
  26. 123Sayer, 1996. səh. 164–210
  27. Kempf, 2005. səh. 159–160
  28. Koelb, 2010. səh. 12
  29. Corngold, 2004. səh. xii
  30. Diamant, 2003. səh. 36–38
  31. Brod, 1960. səh. 40–41
  32. 12Gray, 2005. səh. 179
  33. Stach, 2005. səh. 43–70
  34. Brod, 1960. səh. 40
  35. 12Brod, 1960. səh. 14
  36. Brod, 1966. səh. 53–54
  37. Stach, 2005. səh. 362
  38. Gray, 2005. səh. 74, 273
  39. Brod, 1960. səh. 51, 122–124
  40. Stach, 2005. səh. 80–83
  41. Murray, 2004. səh. 62
  42. Brod, 1960. səh. 78
  43. Karl, 1991. səh. 210
  44. Glen, 2007. səh. 23–66
  45. Corngold et al., 2009. səh. 28
  46. Drucker, 2002. səh. 24
  47. Corngold et al., 2009. səh. 250–254
  48. Stach, 2005. səh. 26–30
  49. Brod, 1960. səh. 81–84
  50. Stach, 2005. səh. 23–25
  51. Stach, 2005. səh. 25–27
  52. Spector, 2000. səh. 17
  53. Keren, 1993. səh. 3
  54. Stach, 2005. səh. 34–39
  55. Koelb, 2010. səh. 32
  56. Stach, 2005. səh. 56–58
  57. Brod, 1960. səh. 29, 73–75, 109–110, 206
  58. Brod, 1960. səh. 154
  59. Corngold, 2011. səh. 339–343
  60. 12Hawes, 2008. səh. 186
  61. Stach, 2005. səh. 44, 207
  62. Hawes, 2008. səh. 186, 191
  63. 12European Graduate School, 2012
  64. Stach, 2005. səh. 43
  65. 12Banville, 2011
  66. Köhler, 2012
  67. 123Stach, 2005. səh. 1
  68. Seubert, 2012
  69. Brod, 1960. səh. 196–197
  70. Hawes, 2008. səh. 129, 198–199
  71. Murray, 2004. səh. 276–279
  72. Stach, 2005. səh. 379–389
  73. Brod, 1960. səh. 240–242
  74. S. Fischer, 2012
  75. Alt, 2005. səh. 303
  76. Hawes, 2008. səh. 180–181
  77. Stach, 2005. səh. 1, 379–389, 434–436
  78. Apel, 2012. səh. 28
  79. 12345Brod, 1966. səh. 389
  80. Hempel, 2002
  81. Janouch, 1971. səh. 14, 17
  82. 12Fichter, 1987. səh. 367–377
  83. Repertory, 2005
  84. Brod, 1966. səh. 41
  85. Brod, 1966. səh. 42
  86. Brod, 1966. səh. 97
  87. 123Brod, 1966. səh. 49
  88. Brod, 1960. səh. 47
  89. Brod, 1966. səh. 90
  90. Brod, 1966. səh. 92
  91. 12Brod, 1960. səh. 214
  92. Brod, 1960. səh. 156
  93. Pérez-Álvarez, 2003. səh. 181–194
  94. Miller, 1984. səh. 242–306
  95. McElroy, 1985. səh. 217–232
  96. Project Gutenberg, 2012
  97. Gray, 1973. səh. 196
  98. Brod, 1960. səh. 139–140
  99. Fichter, 1988. səh. 231–238
  100. Gilman, 1995, back cover
  101. Brod, 1960. səh. 128
  102. Brod, 1960. səh. 86
  103. 12Lib.com, 2008
  104. Bergman, 1969. səh. 8
  105. 123Bruce, 2007. səh. 17
  106. Preece, 2001. səh. 131
  107. Hughes, 1986. səh. 248–249
  108. Bathrick, 1995. səh. 67–70
  109. 1234Socialist Worker, 2007
  110. History Guide, 2006
  111. 123Haaretz, 2008
  112. 12Kafka-Franz, 2012
  113. Gilman, 2005. səh. 31
  114. Connolly, 2008
  115. Harper's, 2008
  116. Hawes, 2008. səh. 119–126
  117. Bloom, 1994. səh. 428
  118. Kahn, Hook, 1993. səh. 191
  119. 123Rothkirchen, 2005. səh. 23
  120. Tal, Josef. Tonspur – Auf Der Suche Nach Dem Klang Des Lebens. Berlin: Henschel, 2005. pp. 43–44
  121. Brod, 1960. səh. 196
  122. Bloom, 2011
  123. Believer, 2006
  124. Brod, 1960. səh. 209–211
  125. Brod, 1960. səh. 211
  126. F. Kafka,New Jewish Cemetery, Prague: Marsyas 1991, p.56
  127. 12New York Times, 2010
  128. Stach, 2005. səh. 2
  129. Murray, 2004. səh. 367
  130. Furst, 1992. səh. 84
  131. Pawel, 1985. səh. 160–163
  132. 123Brod, 1966. səh. 388
  133. Brod, 1966114f
  134. Ernst, 2010
  135. Hawes, 2008. səh. 159, 192
  136. Stach, 2005. səh. 113
  137. Brod, 1960. səh. 129
  138. Brod, 1966. səh. 113
  139. Sokel, 1956. səh. 203–214
  140. Luke, 1951. səh. 232–245
  141. Dodd, 1994. səh. 165–168
  142. Gray, 2005. səh. 131
  143. Horstkotte, 2009
  144. Brod, 1960. səh. 113
  145. Brod, 1960. səh. 128, 135, 218
  146. Koelb, 2010. səh. 34
  147. Sussman, 1979. səh. 72–94
  148. Brod, 1960. səh. 137
  149. Stach, 2005. səh. 108–115, 147, 139, 232
  150. 123Kakutani, 1988
  151. Boyd, 2004. səh. 139
  152. Rastalsky, 1997. səh. 1
  153. 12345Itk, 2008
  154. Brod, 1966. səh. 94
  155. Brod, 1966. səh. 61
  156. Brod, 1966. səh. 110
  157. 123European Graduate School, Articles, 2012
  158. Brod, 1966. səh. 115
  159. Leiter, 1958. səh. 337–347
  160. Krolop, 1994. səh. 103
  161. Kafka, 1988, publisher's notes
  162. McCarthy, 2009
  163. Butler, 2011. səh. 3–8
  164. 12Kafka Project SDSU, 2012
  165. Contijoch, 2000
  166. Kafka, 2009. səh. xxvii
  167. 12Diamant, 2003. səh. 144
  168. Classe, 2000. səh. 749
  169. Jewish Heritage, 2012
  170. 12Kafka, 1998, publisher's notes
  171. O'Neill, 2004. səh. 681
  172. Adler, 1995
  173. Oxford Kafka Research Centre, 2012
  174. Guardian, 2010
  175. Buehrer, 2011
  176. NPR, 2012
  177. 12Lerman, 2010
  178. Rudoren, Noveck, 2012
  179. Bloom, 2002. səh. 206
  180. Durantaye, 2007. səh. 315–317
  181. Paris Review, 2012
  182. 12Gale Research Inc., 1979. səh. 288–311
  183. 123Bossy, 2001. səh. 100
  184. Furst, 1992. səh. 83
  185. Sokel, 2001. səh. 102–109
  186. Burrows, 2011
  187. Panichas, 2004. səh. 83–107
  188. Gray, 1973. səh. 3
  189. Kavanagh, 1972. səh. 242–253
  190. Rahn, 2011
  191. Kundera, 1988. səh. 82–99
  192. Glen, 2007
  193. 12Banakar, 2010
  194. 12Glen, 2011. səh. 47–94
  195. Hawes, 2008. səh. 216–218
  196. Preece, 2001. səh. 15–31
  197. Hawes, 2008. səh. 212–214
  198. Ziolkowski, 2003. səh. 224
  199. Qanun, 2013
  200. Bakı KK, 2017
  201. Qanun, 2017
  202. Qanun, m1
  203. Qanun, m2
  204. Şərqqərb, 2006
  205. Qanun, 2016
  206. İdiot, 2017
  207. Hawes, 2008. səh. 4
  208. 12Sandbank, 1992. səh. 441–443
  209. Financial Times, 2009
  210. Silverman, 1986. səh. 129–130
  211. LiteraturHaus, 1999
  212. Coker, 2012
  213. Singer, 1970. səh. 311
  214. 12Adams, 2002. səh. 140–157
  215. Welles Net, 1962
  216. Elsaesser, 2004. səh. 117
  217. Opera Today, 2010
  218. Times Literary Supplement, 2005
  219. Writer's Institute, 1992
  220. Herbort, 1992
  221. New York Times, 1993
  222. Dembo, 1996. səh. 106
  223. Glass, 2001
  224. Updike, 2005
  225. Ruders, 2005
  226. Milner, 2005
  227. BBC, 2012
  228. HAZE, 2012
  229. Bury, 2013
  230. Rizzulo, 2013
  231. Jeal, 2014
  232. Aizenberg, 1986. səh. 11–19
  233. Strelka, 1984. səh. 434–444
  234. Palmer, 2004. səh. 159–192
  235. O'Connor, 1987
  236. Los Angeles Times, 2009
  237. "The Essence of 'Kafkaesque'". The New York Times. 29 December 1991.18 April 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 December 2017.
  238. Fassler, Joe."What It Really Means to Be 'Kafkaesque'".2018-01-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2017-12-30.
  239. Kafka Museum, 2005
  240. 123Kafka Society, 2011

Mənbələr

[redaktə |vikimətni redaktə et]
  • Bloom, Harold."Franz Kafka's Zionism". Midstream. 57 (2). Spring 2011.-left
  • Boyd, Ian R.Dogmatics Among the Ruins: German Expressionism and the Enlightenment. Bern: Peter Lang AG. 2004.ISBN 978-3-03910-147-4.
  • Brod, Max.Über Franz Kafka(German). Hamburg: S. Fischer Verlag. 1966.
  • Bruce, Iris.Kafka and Cultural Zionism — Dates in Palestine. Madison, Wisconsin: University of Wisconsin Press. 2007.ISBN 978-0-299-22190-4.
  • Corngold, Stanley.Introduction to The Metamorphosis. New York: Bantam Classics. 1972.ISBN 978-0-553-21369-0.
  • Corngold, Stanley.Lambent Traces: Franz Kafka. Princeton, New Jersey: Princeton University Press. 2004.ISBN 978-0-691-11816-1.
  • Engel, Manfred; Auerochs, Bernd.Kafka-Handbuch. Leben – Werk – Wirkung(German). Metzler: Stuttgart, Weimar. 2010.ISBN 978-3-476-02167-0.
  • Elsaesser, Thomas.The Last Great American Picture Show. Amsterdam: Amsterdam University Press. 2004.ISBN 978-90-5356-493-6.
  • Gale Research Inc.Twentieth-Century Literary Criticism: Excerpts from Criticism of the Works of Novelists, Poets, Playwrights, Short Story Writers, & Other Creative Writers Who Died Between 1900 & 1999. Farmington Hills, Michigan: Gale Cengage Learning. 1979.ISBN 978-0-8103-0176-4.
  • Northey, Anthony.Mišpoche Franze Kafky(Czech). Prague: Nakladatelství Primus. 1997.ISBN 978-80-85625-45-5.
  • O'Neill, Patrick M.Great World Writers: Twentieth Century. Tarrytown, New York: Marshal Cavendish. 2004.ISBN 978-0-7614-7477-7.
  • Preece, Julian.The Cambridge Companion to Kafka. Cambridge: Cambridge University Press. 2001.ISBN 978-0-521-66391-5.
  • Sokel, Walter H.The Myth of Power and the Self: Essays on Franz Kafka. Detroit: Wayne State University Press. 2001.ISBN 978-0-8143-2608-4.

Jurnallar

  • Adams, Jeffrey."Orson Welles's "The Trial:" Film Noir and the Kafkaesque". College Literature, Literature and the Visual Arts. West Chester, Pennsylvania. 29 (3). Summer 2002.JSTOR 25112662.
  • Aizenberg, Edna."Kafkaesque Strategy and Anti-Peronist Ideology Martinez Estrada's Stories as Socially Symbolic Acts". Latin American Literary Review. Chicago. 14 (28). July–December 1986.JSTOR 20119426.
  • Butler, Judith."Who Owns Kafka". London Review of Books. London. 33 (5). 3 March 2011.İstifadə tarixi:30 noyabr 2017.
  • Corngold, Stanley."Kafkas Spätstil/Kafka's Late Style: Introduction". Monatshefte. Madison, Wisconsin. 103 (3). Fall 2011.doi:10.1353/mon.2011.0069.
  • Dembo, Arinn."Twilight of the Cockroaches: Bad Mojo Evokes Kafka So Well It'll Turn Your Stomach". Computer Gaming World. New York (143). June 1996.
  • Dodd, W. J."Kafka and Dostoyevsky: The Shaping of Influence". Comparative Literature Studies. State College, Pennsylvania. 31 (2). 1994.JSTOR 40246931.
  • Fichter, Manfred M."Franz Kafka's anorexia nervosa". Fortschritte der Neurologie · Psychiatrie(German). Munich: Psychiatrische Klinik der Universität München. 56 (7). July 1988: 231–8.doi:10.1055/s-2007-1001787.PMID 3061914.
  • Hughes, Kenneth."Franz Kafka: An Anthology of Marxist Criticism". Monatshefte. Madison, Wisconsin. 78 (2). Summer 1986.JSTOR 30159253.
  • Kavanagh, Thomas M."Kafka's "The Trial": The Semiotics of the Absurd". Novel: A Forum on Fiction. Durham, North Carolina: Duke University Press. 5 (3). Spring 1972.doi:10.2307/1345282.JSTOR 1345282.
  • Kempf, Franz R."Franz Kafkas Sprachen: "... in einem Stockwerk des innern babylonischen Turmes. .."". Shofar: an Interdisciplinary Journal of Jewish Studies. West Lafayette, Indiana: Purdue University Press. 23 (4). Summer 2005: 159.doi:10.1353/sho.2005.0155.
  • Keren, Michael."The 'Prague Circle' and the Challenge of Nationalism". History of European Ideas. Oxford: Pergamon Press. 16 (1–3). 1993: 3.doi:10.1016/S0191-6599(05)80096-8.
  • Kundera, Milan."Kafka's World". The Wilson Quarterly. Washington, D.C.: The Woodrow Wilson International Center for Scholars. 12 (5). Winter 1988.JSTOR 40257735.
  • Lawson, Richard H."Ungeheueres Ungeziefer in Kafka's "Die Verwandlung"". The German Quarterly. Cherry Hill, New Jersey: American Association of Teachers of German. 33 (3). May 1960.JSTOR 402242.
  • Leiter, Louis H."A Problem in Analysis: Franz Kafka's 'A Country Doctor'". The Journal of Aesthetics and Art Criticism. Philadelphia: American Society for Aesthetics. 16 (3). 1958.doi:10.2307/427381.
  • McElroy, Bernard."The Art of Projective Thinking: Franz Kafka and the Paranoid Vision". Modern Fiction Studies. Cambridge. 31 (2). Summer 1985: 217.doi:10.1353/mfs.0.0042.
  • Panichas, George A."Kafka's Afflicted Vision: A Literary-Theological Critique". Humanitas. Bowie, Maryland: National Humanities Institute. 17 (1–2). Spring–Fall 2004.
  • Pérez-Álvarez, Marino."The Schizoid Personality of Our Time". International Journal of Psychology and Psychological Therapy. Almería, Spain. 3 (2). 2003.
  • Rhine, Marjorie E."Untangling Kafka's Knotty Texts: The Translator's Prerogative?". Monatshefte. Madison, Wisconsin. 81 (4). Winter 1989.JSTOR 30166262.
  • Sayer, Derek."The Language of Nationality and the Nationality of Language: Prague 1780–1920 – Czech Republic History". Past and Present. Oxford. 153 (1). 1996: 164.doi:10.1093/past/153.1.164.OCLC 394557.
  • Sandbank, Shimon."After Kafka: The Influence of Kafka's Fiction". Penn State University Press. Oxford. 29 (4). 1992.JSTOR 40246852.
  • Sokel, Walter H."Kafka's "Metamorphosis": Rebellion and Punishment". Monatshefte. Madison, Wisconsin. 48 (4). April–May 1956.JSTOR 30166165.
  • Strelka, Joseph P."Kafkaesque Elements in Kafka's Novels and in Contemporary Narrative Prose". Comparative Literature Studies. State College, Pennsylvania. 21 (4). Winter 1984.JSTOR 40246504.

Qəzetlər

  • Adler, Jeremy."Stepping into Kafka's Head". New York Times Literary Supplement. 13 October 1995.21 February 2009 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:30 noyabr 2017. (abunə tələb olunur)
  • Apel, Friedman."Der Weg in die Ewigkeit führt abwärts / Roland Reuß kramt in Kafkas Zürauer Zetteln". Frankfurter Allgemeine Zeitung(German). 28 August 2012.
  • Batuman, Elif."Kafka's Last Trial". The New York Times. 22 September 2010.İstifadə tarixi:30 noyabr 2017.
  • Kirsch, Adam."America, 'Amerika'". The New York Times. 2 January 2009.İstifadə tarixi:30 noyabr 2017.

Onlayn mənbələr

  • Ernst, Nathan."The Judgement". The Modernismm Lab. Yale University. 2010.21 may 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:30 noyabr 2017.
  • Keynes, Laura."Kafka's Dick". Times Literary Supplement. August 2005.19 February 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:30 noyabr 2017.
  • Rahn, Josh."Existentialism". Online Literature. 2011.İstifadə tarixi:30 noyabr 2017.
  • Seubert, Harald."Bauer, Felice"(German). Kulturportal-west-ost.eu.İstifadə tarixi:30 noyabr 2017.Knochiges leeres Gesicht, das seine Leere offen trug. Freier Hals. Überworfene Bluse ... Fast zerbrochene Nase. Blondes, etwas steifes, reizloses Haar, starkes Kinn.
  • "Allegory". The Guardian. London. 4 April 1930.İstifadə tarixi:30 noyabr 2017.
  • "Franz Kafka"(Czech). The Research Library of South Bohemia in České Budějovice. 2011.İstifadə tarixi:30 noyabr 2017.
  • "Franz Kafka: Tagebücher 1910–1923 – Kapitel 5". Der Spiegel(German). Project Gutenberg — Spiegel Online. 21 June 1913.İstifadə tarixi:30 noyabr 2017.Die ungeheure Welt, die ich im Kopfe habe. Aber wie mich befreien und sie befreien, ohne zu zerreißen. Und tausendmal lieber zerreißen, als in mir sie zurückhalten oder begraben. Dazu bin ich ja hier, das ist mir ganz klar.
  • "Kafka". New York State Writer's Institute. State University of New York.İstifadə tarixi:30 noyabr 2017.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Jurnallar

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Digər layihələrdə
⛭
Romanlar
Hekayələr
1902–12
1914–17
1917–23
Hekayə
kolleksiyaları
Gündəliklər
Məktub
və esselər
Oyunlar
Əlaqəli
⛭
Frans Kafkanın əsərlərinin adaptasiyaları
Filmlər
Ədəbiyyat
Komiks
⛭
Film adaptasiyaları
Film variantları
Roman variantları
Digər
Facebook (ing.)
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10243396 ·BIBSYS90051900 ·BNCa10430088 ·BNEXX907590 ·BNF119093016 ·CiNiiDA00322776 ·CONOR8789347 ·EGAXAvtls000853107 ·GND118559230 ·GTAA116357 ·ICCUCFIV005851 ·ISNI000000012280370X ·LCCNn81063091 ·LNB000029151 ·NCL025614009 ·NDL00445030 ·NLC: 000160303 ·NKCjn19990218037 ·NLA35256821 ·NLG66001 ·NLR000116890 ·NLPa0000001179793 ·NSK000002427 ·NTA068494157 ·NUKATn93081138 ·PTBNP50086 ·LIBRIS205422 ·SUDOC027325822 ·VIAF56611857 ·ULAN500239670 ·WorldCat VIAF56611857
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Frans_Kafka&oldid=7963900"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp