Fransa respublikaçı təqvimi və yaİnqilab təqvimi —Böyük Fransa inqilabından sonra 5 oktyabr 1793-cü ildəMilli Konvent tərəfindən verilmiş dekretləFransada tətbiq olunmağa başlanılmış təqvim. Fransa respublikaçı təqvimi 1 yanvar 1806-cı ildəNapoleon Bonapart tərəfindən ləğv edilmişdir. TəqvimJilber Rommun rəhbərliyi altında hazırlanmışdır. Məqsəd dini xristian təqvimi yerinə ateist və materialist təqvim yaratmaq olmuşdur.
Təqvimdə Fransa inqilabının birinci ili — 1792-ci il era başlanğıcı elan edilir. Beləliklədə xristianlıqla başlanan era isə ləğv edilmiş olunur. 1792-ci ilin 22 sentyabrından başlayaraq illər hesablanmağa başlanmış olur. İl hər biri 30 gündən ibarət 12 aya bölünür. Qalıq qalmış 5 ya 6 gün isəsankulotid adlandırılmışdır. Hər bir gün isə təbiət hadisələrinə müvafiq xüsusi adlarla adlandırılmışdır. Ayları isə fransız, yunan və latın söz köklərinin konstruksiyalarından yaranmış adlarla (məsələn: "früktidor" — "bar verən" =lat.fructus — "meyvə, bar" +yun.δῶρον — "vergi") adlandırılmışdır.
Vətəndaşlara dekadanın hansı günlərini istirahət etməklərini özlərinin seçməsi təklif olunur. Dövlət məmurları isə dekadanın yalnız bir günü istirahət kimi istifadə edə bilərlər.
Uzunluq, həcm, çəki vahidləri kimi zaman üçün də onluq sistemi yaradılmışdır. Belə ki, 1 dekada 10 günə bir gün 10 saata, hər bir saat 100 dəqiqəyə, hər bir dəqiqə isə 100 saniyəyə bölünmüş olur.
24 noyabr 1793cü il (4 Frimer II) dektetindən:
fr.XI. Le jour, de minuit à minuit, est divisé en dix parties ou heures, chaque partie en dix autres, ainsi de suite jusqu’à la plus petite portion commensurable de la durée. La centième partie de l'heure est appelée minute décimale; la centième partie de la minute est appelée seconde décimale.
Tərcümə:
XI Gün, günortadan gecəyarısınadək 10 hissəyə və ya saata bölünəcək, hər bir hissə isə daha kiçik ölçü vahidlərinə bölünəcək. Saatın yüzdə biri desidəqiqə adlanmalıdır; dəqiqənin yüzdə biri isə desisaniyə adlanmalıdır.
Bundan belə gecəyarısı 12 saat əvəzinə saat 10 və günorta isə saat 5 hesab olunur.