Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fotoelektrik effekt

Vikipediya, azad ensiklopediya

Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimiAlbert Eynşteyn kəşf etmiş və bu kəşfinə görəNobel mükafatına layiq görülmüşdür.

Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır.

Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisəxarici fotoeffekt də adlandırılır.Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir.

  • İşıq kvantlarının təsirilə metal lövhədən elektronların qopması
    İşıq kvantlarının təsirilə metal lövhədən elektronların qopması

Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır:

  • Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir.
  • Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil.
  • Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir,νqs{\displaystyle \nu _{qs}}kimi işarə olunur vəhνqs=A{\displaystyle h\nu _{qs}=A}şərtindən təyin olunur. Buradah=6,631034Csan{\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san} olub, Plank sabiti,A{\displaystyle A} isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir. Bu üç nəticə bəzən fotoeffektin 1-ci, 2-ci, 3-cü qanunu da adlandırılır.
  • İşığın təsiri nəticəsində elektronlar yalnız mənfi yüklə yüklənmiş katoddan buraxılır, lövhə mənbəyin müsbət qütbünə birləşdirilmişsə, fotoeffekt baş vermir.
  • Katodun işıqlanması və elektronların buraxılması prosesi ani olaraq baş verir. Fotoeffekt hadisəsini işığın dalğa nəzəriyyəsinə əsasən keyfiyyətcə izah etmək olmadı. Eynşteyn 1905-ci ildə Plank-ın işıq kvantlarinın buraxilması haqqında olan ideyası əsasındafotoeffekt hadisəinin nəzəriyyəsini yaratdı və bu işə görə o, Nobel mükafatına layiq görüldü.Xarici fotoeffekt üçün Eynşteyn düsturu:

hν=A+mv22{\displaystyle h\nu =A+{mv^{2} \over 2}}.

Yəni, udulan fotonun enerjisi elektronun metaldan qopmasına və onun kinetik enerjisinə çevrilir.

VikianbardaFotoelektrik effekt ilə əlaqəli mediafayllar var.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • A. Mehrabov və b., Fizika kursu Mmf 1982
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fotoelektrik_effekt&oldid=8041436"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp