Juan Manuel Fangionun 1954 və 1955-ci illərdə titullarını qazandığı Mercedes Benz W196-nın şəkli.
Formula-1 (ing.Formula One World Championship) – Dünyanın ən bahalı idman növü olan Formula-1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula-1 üzrə dünya çempionatı hər il keçirilir vəQran-pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın13-də Böyük Britaniyanın Silverstoun trasında baştutub. Hər ilin sonunda çempionatın qalibi müəyyənedilir. Çempionatda həm sürücülər, həm dəkomandalar yarışırlar. Sürücülər dünya çempionutitulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.
Komandalar hər bir yarışa özünün hazırladığı şassi iləçıxırlar, hər bir komandanı iki sürücü təmsil edir,sürücü çempionatda iştirak etmək üçünBeynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır.Komandalar öz şassilərinə kənar motoristehsalçısından aldıqları motoru quraşdıra bilərlər.
Son idman reqlamentinə görə, motorun işçi həcmi 1.6litrdir, silindrlərin sayı isə V6-dır, motorun çəkisi 145kq-dır. Bu balaca motor 850-900 at qüvvəsi hasil edirvə düz yollarda 370 km/saatadək sürət yığmağaimkan verir. Ümumiyyətlə, Formula-1 maşınları əndinamik maşınlar sayılırlar, yəni ən qısa vaxt ərzində sürətlənir və ən qısa vaxt ərzində dayanırlar.
Formula-1 maşınlarını bolidlər, sürücülərini isə pilotlarda adlandırırlar.
Builki dünya çempionatı 21 mərhələdən, Qran-pridənibarətdir. Hər bir Qran-prini üçgünlük həftəsonu (uik-end) təşkil edir. Reqlamentə görə, sürücülər cüməgünü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə traslatanış olurlar, maşınları qarşıdakı sıralanma turu vəyarışa sazlayırlar. Monako Qran-prisində sürücülər cümə günü deyil, bir gün əvvəl - cümə axşamı eyni işigörürlər.
2020-ci ildə keçirilən F1 yarışlarında 10 komanda iştirak edəcək. Hər komanda yarışlarda iştirak edəcək 2 sürücü seçir. Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görəhesablanır. Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.
2010-cu ildən etibarən Formula1-də yeni xal sistemi tətbiq olunur. İlk 8 pilotun xal qazandığı köhnə sistemdən fərqli olaraq, yeni sistemə görə ilk 10 yeri tutan pilotlar xal qazanırlar və 1-ci yerin sahibi ilə digər pilotlar arasındakı xal fərqi kəskin şəkildə artırılıb.
Karyerası ərzində ən çox xal toplayan pilotMihael Şumaxerdir — 1.369 xal.