Flavi Valeri Sever (lat.Flavius Valerius Severus), Roma tarixşünaslığında daha çoxII Sever[1] (III əsr,İlliriya –sentyabr307,Ravenna) — 306-307-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Severİlliriya vilayətindən idi və imperatorQalerinin sevimlisi sayılırdı. 305-ci ildəDiokletian taxtdan imtina etdikdən sonrasezar titulu almışdır. 306-cı ildəI Konstansi vəfat etmiş, Qaleri Severiavqust rütbəsinə yüksəltmişdir və onu həmimperator elan etmişdir. O, qərb vilayətlərini Severə vermək niyyətində idi, lakin xəbər gəldi ki,pretorlarMaksimian Herkulinin oğluMaksensiniRomada imperator elan etmişdi. Qaleri Severi bu üsyanı yatırmaq üçün göndərmiş və ona əvvəllər Maksimianın rəhbərliyi altında döyüşmüşlegionları verdi.İtaliyada yeni imperatoru görən legionerlər onun tərəfinə keçmişdir. Sever buna görə də Romadan çəkilməli olmuşdur. O,Ravennaya qaçmış və Maksimian tərəfindən mühasirəyə alınmışdır. Yanında qalan bir neçə döyüşçünün artıq ona xəyanət etməyə hazır olduğunu görən Sever Maksimian lehinə könüllü olaraq hakimiyyətdən imtina etmişdir. O, əsir götürülmüş və Romada damarları kəsilmişdir.[2]