Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Filippin

Vikipediya, azad ensiklopediya
Filippin
Republika ng Pilipinas
Republic of the Philippines
BayraqGerb[d]
BayraqGerb[d]
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa»
Himn: Lupang Hinirang
Seçilmiş Torpaq
Rəsmi dilləri
PaytaxtManila
İdarəetmə formasırespublika
Sahəsi
 • Ümumi300000 km²
Əhalisi
 • Əhali105.000.000 nəfər
 • Ümumi394.087.362.017 $[4], 404.284.327.312 $[4]
ValyutaFilippin pesosu
İnternet domeni.ph
ISO koduPH
BOK koduPHI
Telefon kodu+63
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Filippin

Filippin (filip.Pilipinas;ing.Philippines) və ya rəsmi adı iləFilippin Respublikası (filip.Republika ng Pilipinas;ing.Republic of the Philippines) —Cənub-şərqi Asiyada ada-dövlət. FilippinSakit okeanda yerləşir və ölkə qərbdənCənubi Çin dənizi, şərqdənFilippin dənizi, cənub-qərbdənSulavesi dənizi ilə əhatə olunmuşdur. ŞimaldanTayvan, şimal-şərqdənYaponiya, şərqdənPalau, cənubdanİndoneziya, cənub-qərbdənMalayziyaBruney, qərbdənVyetnam, şimal-qərbdən isəÇinlə su sərhəddinə malikdir. PaytaxtıManila, ən böyük şəhəriKeson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğruLuson,VisayMindanao adaları başda olmaqla 7641 adadan ibarətdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Filippin tarixi

Coğrafi mövqeyi

[redaktə |vikimətni redaktə et]

Filippin dövləti Asiyanın cənub-şərqində,Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir. Filippin dövlətinə mənsub olan 7100-dən çox adanın ən iriləri Luson, Mindahao, Samar, Panay, Palavan, Neqros, Mindoro, Sebu, Leyte adası və Boxol adalarıdır. 860 adada məskunlaşma vardır. Filippin arxipilaqının şimaldan cənuba doğru uzunluğu 2000 km, qərbdən şərqə doğru 900 km.-dir. Arxipelaqın qərb sahillərini Cənubi Çin dənizinin, şərqdə Filippin dənizinin, cənubda Sulavesi dənizinin suları yuyur, şimalda Filippin arxipelaqını Tayvan adasından Başi boğazı ayırır. Filippin adalarının ən şimal nöqtəsi Batanes adası, ən cənub nöqtəsi Sibutu adası, ən qərb nöqtəsi Balabak adası, ən şərq nöqtəsiMindanao adası dır. Sahil xətlərinin uzunluğu 36,3 min kv. km.-dir. Adaların ümumi sahəsi 299,7 min kv. km.-dir.

PaytaxtıManila şəhəridir. ŞimaldaTayvan, cənubdaMalayziyaİndoneziya, şərqdəSakit okean, qərbdə isə CənubiÇin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi diliFilippin dili dir.İspan diliingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippinlər Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidipesodur[5].Mindanao adasındaMüsəlman Mindanao Muxtar Bölgəsi fəaliyyət göstərir.

Tarix

[redaktə |vikimətni redaktə et]

Qədim dövr

[redaktə |vikimətni redaktə et]

V əsrdən başlayaraq müasir Filippinin ərazisində müxtəlif xalqların və mədəniyyətlərin qovuşmasından yaranmış sivilizasiya formalaşmışdır. Adaların neqritlərdən və aetlətdən ibarət yerli əhalisi tarixəqədər dövrdə adaların geniş ərazilərinə yayılsalar da, nəhayət, sıx meşələrə çəkildilər. Sonralar, adalarda Tayvan vasitəsilə Cənubi Çindən gələn və avroneziya dillərində tayfalar məskunlaşdılar. VIII əsrdə bu ərazilərdə Çin tacirləri daha tez-tez görünürdülər. VV_XVII əsrlərdə hind-malay dəniz krallığına daxil olan Filippinə 1521-ci ildə gələn Fernando Magellan yerli tayfalarla toqquşmalardan birində öldürülmüşdür.

XIV əsrdə Filippin ərazisinə ərəblər gəldilər. Filppinin şimalındakı adalara (indiki Manila ərazisinə) ilk Avropalılar gələnədək Cənub-şərqi Asiyada yerləşən Şrivicay krallığına xərac ödəyən, eyni zamanda müstəqil daxili idarəetmə səlahiyyətlərinə malik racə tərəfindən idarə olunurdu.

İspan idarəçiliyi dövrü

[redaktə |vikimətni redaktə et]

1521-ci ildə Fernando Magellanın başçılığı ilə ispan ekspedisiyası Filippin sahillərinə çıxdı. 27 aprel 1565-ci ildə ispan konkistadoru Migel de Laqaspi 400 nəfər silahlı əsgərin müşaiyəti ilə adaya gəldi və ilk ispan yaşayış məntəqəsinin — San Migel yaşayış məskəninin əsasını qoydular. Sonralar ispanlar adanı İspaniya kralı II Filippin şərəfinə Filippin adlandırdılar. Bu ərazi Yeni İspaniyanın vitse-kralına tabe edildi. Əhalisi əsasən müsəlman olan qiyamçı cənub əyalətləri istisna olmaqla, digər ərazilərdə ispan dili və katolik dini geniş yayıldı.

1762-ci ildə ağır döyüşlərdən sonra Manila şəhəri Böyük Britaniyanın müstəmləkə ordusu tərəfindən işğal edilsə də, növbəti il həmin ərazilər İspaniyaya qaytarıldı. XVIII əsrin sonlarında Filippində separatizm hərəkatı genişləndi. Müsəlmanlar və yerli Çin diasporu İspaniya əleyhinə mübarizəni gücləndirdilər.

Görməli yerlər

[redaktə |vikimətni redaktə et]

Sebu Filippininlər böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippinlər arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan "Ağ çimərliyi" ilə məşhurdur.[5]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 7 //Constitution of the Philippines. 1987.
  2. http://ncca.gov.ph/subcommissions/subcommission-on-cultural-disseminationscd/language-and-translation/development-of-filipino-the-national-language-of-the-philippines/.
  3. 7 // Constitution of the Philippines. 1987.
  4. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  5. 12"Dünyanın ən gözəl adalarından biri Filippində yerləşir".2011-07-07 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2009-09-09.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Filippin mövzularda
Filippin
⛭
⛭
Map showing the Major non-NATO allies
⛭
 Filippin ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Filippin&oldid=7402379"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp