Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fevral

Vikipediya, azad ensiklopediya
Bu məqalədəheç bir məlumatın mənbəsigöstərilməmişdir.
Lütfən,etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Fevral
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
232425262728 
2026-cı il

FevralQriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (4 ildən bir 29) ibarətdir. İlin ən qısa ayıdır.

Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilənQriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür.

Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarıYuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astronomSosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.

Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır.

Sezar başqa bir əmri ilə aylardan birinə öz adını verir — iyul ayına. Sonradan imperatorOktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.

Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. İtalyan bəstəkarıAntonio Rossini, fransız aktrisasıMişel Morqan, Azərbaycan yazıçısıƏnvər Məmmədxanlı, məşhur xizəkçiRaisa Smetanina həmin gün anadan olublar.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
     Bu şablona bax 
      Lüğətlər və ensiklopediyalar
    Normativ yoxlama
    ⛭
    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fevral&oldid=8047249"
    Kateqoriya:
    Gizli kateqoriya:

    [8]ページ先頭

    ©2009-2026 Movatter.jp