Farslaşdırma (fars.پارسیسازی) — qeyri-fars cəmiyyətinin "farslaşmış" halına gəldiyi mədəni dəyişikliyinsosioloji prosesi. Bu zaman həmin cəmiyyət farsdilini vəədəbiyyatını, İranmədəniyyətini,incəsənətini,musiqisini və kimliyini, eləcə də digər sosial-mədəni amilləri birbaşa mənimsəyir və ya ondan güclü şəkildə təsirlənir. Bu, tez-tezdil dəyişikliyini özündə ehtiba edənmədəni assimilyasiyanın spesifik formasıdır. Bu termin təkcə mədəniyyətlərə deyil, həm də fərdlərə şamil edilir, çünki onlar fars mədəniyyətinə alışıb "farslaşmış" olurlar.
Tarixən bu termin ümumiyyətləerkən və orta islam dövrlərindəİran mədəniyyəti sferasında yaşayan qeyri-İrandilli xalqların, xüsusənərəblər və müxtəlifQafqaz (məsələn,gürcü,erməni vədağıstanlı), həmçinintürk xalqları, o cümlədənsəlcuqilər,Osmanlılar vəQəznəvilərdə mədəniyyətlərində baş verən dəyişikliklərə istinad etmək üçün tətbiq edilmişdir.[1][2] Bu termin, həmçininİran yaylası ətrafındakı vilayətlərə, məsələn,Anadolu vəHindistan yarımqitəsində yaşayan qeyri-fars xalqlara linqvistik xüsusiyyətlər də daxil olmaqla, fars mədəniyyətinin aspektlərinin ötürülməsinə istinad etmək üçün də tətbiq edilmişdir.