Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fəryad

Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Fəryad (dəqiqləşdirmə).
Fəryad
norv."Skrik"
RəssamEdvard Munk
Tarixi1893
Texnikasıyağlı boya,pastel,tempera (kətan üzərində)
Ölçüləri91 sm ×73,5 sm
Saxlanıldığı yerNorveç milli qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəryad (ing."The Scream",norv."Skrik") —norveçli rəssamEdvard Munk tərəfindən1893-cü ildə çəkilmişdir və hazırda rəsmNorveç milli qalereyasında sərgilənir.

Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki,Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.

Əsərin təsviri

[redaktə |vikimətni redaktə et]

Əsərdərəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub.Kətan üzərinə köçürülən bu mənzərə barədəMunk hələ öz gündəliklərində,22 yanvar,1892-ci il tarixində, yazır:[1][2]

"“Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakin mən yerimdə donub qaldım. Qorxudan titrəyərək, təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.”"

Əsər haqqında

[redaktə |vikimətni redaktə et]

Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi.Munkun arxivindəki sənədlərə nəzər salaq,rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki,1893-cü ildə yaradılmış “Çığırtı”, onun1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görəMunk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb?

Yalnız2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər.1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə nəticələnənKrakatau vulkanının püskürməsi baş vermişdi. Bunun nəticəsində atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılmışdır ki, bu dagünəş şüalarının təsiri nəticəsində, qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olurdu. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində təzahür eləmişdir. Belə ki,rəssam Vilyam EskroftTemza sahilində apokaliptik qürubu müşahidə elədiyini öz qeydlərində bildirmişdir.Pensilvaniya ştatındakı qəzetlərdən birində isə, göydəAmerika bayrağının zolaqlarının görünməsi barədə yazı getmişdir. Beləliklə vulkanın izlərini1883-cü ilin noyabrından1884-cü ilin fevralına qədər,Norveçin paytaxtı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə edə bilmişdilər. Beləliklə,Krakatau vulkanı nəinki atmosferdə həmçininincəsənətdə də böyük iz buraxmışdır.

Əsərdə ön plana çəkilən üz elə əslindəMunkun özüdür. Əsas cizgilər burda tam təsvir olunmasa da, dəhşət hissi yaşıyan hər bir insana xas olan ümumi cizgilər burda dəqiq aydın təsvir olunub.Munkun yaradıcılığını araşdıran prof. Robert Rozemblyumun araşdırmasına görə uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər, həmin vaxtlardaFransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülmüşdür.

Əsərdə diqqət çəkən bir an da var.Munkdan uzaqlaşan dostlar. Bu əsərdəki tənhalıq hissini daha da qabarıq ifadə edir. Alman incəsənət tarixçisi Ulrix Bişofa görə,Munkun yaradıcılığında kölgə elementi, keçmiş və ölümü təsvir edir. Bu hardasa onun uşaqlıq xatirələriylə bağlıdır. Belə ki, rəssam anasının və bacısının vərəm xəstəliyindən ölümünün şahidi olmuşdur.

Qalereya

[redaktə |vikimətni redaktə et]
  • 1893: pastel ilə kətan üzərində çəkilib. "Çığırtı"nın erkən versiyasıdır.
    1893:pastel ilə kətan üzərində çəkilib. "Çığırtı"nın erkən versiyasıdır.
  • 1893: yağlıboya, tempera and pastel ilə kətan üzərində çəkilib. Ən çox tanınan versiyası sayılır, Oslo, Norveçdəki milli qalereyada saxlanılır.
    1893: yağlıboya,tempera andpastel ilə kətan üzərində çəkilib. Ən çox tanınan versiyası sayılır,Oslo,Norveçdəki milli qalereyada saxlanılır.
  • 1895: Litograf versiyası.[3]
    1895: Litograf versiyası.[3]
  • 1895: pastel ilə kətan üzərində çəkilib, 2012-ci ildə Sotheby's-də baş tutan incəsənət auksionunda 120 milyon amerikan dollarına satılıb.[4][5]
    1895:pastel ilə kətan üzərində çəkilib, 2012-ci ildə Sotheby's-də baş tutan incəsənət auksionunda 120 milyon amerikan dollarına satılıb.[4][5]
  • 1910: tempera ilə kətan üzərində çəkilib, 2004-cü ildə Munk muzeyindən oğurlanıb, lakin 2006-cı ildə tapılıb.
    1910:tempera ilə kətan üzərində çəkilib, 2004-cü ildə Munk muzeyindən oğurlanıb, lakin 2006-cı ildə tapılıb.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Quick Facts"Arxivləşdirilib 2013-05-13 at theWayback Machine. Çikaqo incəsənət universiteti. (İngiliscə) 6 May 2012.
  2. Peter Aspden"So, what does 'The Scream' mean?"Arxivləşdirilib 2013-10-14 at theWayback Machine. Financial Times. (İngiliscə) 21 aprel 2012.
  3. "The Scream"Arxivləşdirilib 2016-09-02 at theWayback Machine. Çikaqo incəsənət universiteti. (İngiliscə) 6 May 2012.
  4. "'The Scream' Is Auctioned for a Record $119.9 Million"Arxivləşdirilib 2022-07-04 at theWayback Machine. The New York Times. (İngiliscə) 3 May 2012.
  5. "Munch's "The Scream" Sold to Financier Leon Black"Arxivləşdirilib 2013-05-13 at theWayback Machine. The Wall Street Journal. (İngiliscə) 22 Avqust 2012.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fəryad&oldid=7469801"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp