Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fərəh Pəhləvi

Vikipediya, azad ensiklopediya
Fərəh Pəhləvi
فرح پهلوی
Fərəh Diba (1972)
Fərəh Diba (1972)
İran şahbanusu
21 dekabr 1959 –11 fevral 1979
Şəxsi məlumatlar
Doğum adıFərəh Diba
Doğum tarixi(87 yaş)
Doğum yeriTehran,İran
Fəaliyyətiyazıçı, tərcüməçi, memar, siyasətçi, kraliça-konsort[d]
AtasıSöhrab Diba
AnasıFəridə Qütbi
Həyat yoldaşıMəhəmməd Rza Pəhləvi
UşaqlarıRza Pəhləvi
Fərəhnaz Pəhləvi
Əli Rza Pəhləvi
Leyla Pəhləvi
AiləsiPəhləvilər
Diniİslam

Təltifləri"Niderland şiri" ordeni Grand Star of the Decoration for Services to the Republic of Austria — 1965 I Leopold ordeni Order of the Queen of Sheba "Fəxri legion" ordeninin böyük xaçı "Cənubi xaç" ordeni "Qiymətli tac" ordeni "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" ordeninin xüsusi dərəcəsinin böyük xaçı — 1967 "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 1965 "Katolik İzabella" ordeninin böyük xaçı Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 1970 "Serafimlər" ordeni "Fil" ordeni — 1963 Grand Cross of the Order of Polonia Restituta "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin boyunbağılı böyük cəngavər xaçı — 1974 Supreme Order of the Renaissance Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni "Yuqoslaviya ulduzu" ordeni "Xilaskar San-Martin" ordeni Order of the Crown of the Realm Order of Merit for National Foundation Family Order of Laila Utama Order of Independence "İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı Order of Aryamehr "Ağ şir" ordeni "Təbəssüm" ordeni Shah Reza Pahlavi Investiture Meda "Astek qartalı" ordeni
İmzanın şəkli
farahpahlavi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərəh Təbatəbai Pəhləvi (Fərəh Diba,fars.فرح پهلوی‎‎;14 oktyabr1938,Tehran[1]) — sonuncu İran şahıMəhəmməd Rza Pəhləvinin xanımı,şahbanu.

Həyatı

[redaktə |vikimətni redaktə et]
Tacqoyma mərasimindən sonra Pəhləvilər ailəsinin şəkli

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi1938-ci iloktyabrın 14-dəTehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəniTehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran vəParisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, həttabasketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır.1959-cu ildə Parisdəİran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şahaFransada təhsil alan tələbə kimi təqdim olunur. Amma onların tanışlığının başqa bir versiyası da mövcuddur — Tehranda iki dəfə yüzlərlə gənc xanımın iştirak etdiyi xüsusi idman paradı təşkil olunmuşdu. Birinci parad zamanı Məhəmməd şah seçim edə bilməmiş və parad yenidən keçirilmişdi. Şah Fərəhə işarə etmişdi. 21 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu ildekabrın 21-də baş tutmuşdu.[2][3][4][5]

Ailəsi

[redaktə |vikimətni redaktə et]
Fərəh Pəhləvi Tehrandakı ofisdə işləyərkən, 1970-ci il
İran şahbanusu Fərəh Pəhləvi

Bu, şahın üçüncü evliliyi idi. Birinci xanımıMisir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi.1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirdi. Onların ümumilikdə dörd övladları oldu:Rza Pəhləvi (1960),Fərəhnaz Pəhləvi (1963),Əli Rza Pəhləvi (1966-2011) vəLeyla Pəhləvi (1970-2001).

Tacqoyma mərasimi və sonrakı fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirildi. Ona şahbanu titulu verildi. O dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi və bu hadisə böyük əks-səda doğurdu. Əvvəllər Fərəh hökumət işlərinə maraq göstərmirdi, onun fəallığının pik vaxtı1970-ci illər oldu. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh İranda dəb qaydalarını yaratdı, onun zamanında qızlarıbaletə qoymaq və Qərbdə oxutmaq populyarlaşdı. İranlılar bir neçə dil öyrənməyə başladılar. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibbin və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. Ən böyük uğurlarını incəsənət sahəsində qazanmışdı. Onun təşəbbüsü ilə İrana bir çox tarixi sərvətlər qaytarılmış, həmçininAsiya ərazisində ən böyük muzey yaradılmışdı. Fərəh qadınların hüquqları uğrunda uğurlu mübarizə aparırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Həmçinin o, Qərbdə də çox məşhur idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən hesab olunurdular.[6]

ŞahbanuAzərbaycanda

[redaktə |vikimətni redaktə et]
Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvi ABŞ-dən ayrılarkən

1972-ci ildə şahbanu FərəhAzərbaycan SSR-ə dəvət olundu.Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunmuşdu. Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri —Zeynəb Xanlarova,Müslüm Maqomayev,Şövkət Ələkbərova,Rəşid Behbudov,Fidan Qasımova və başqaları çıxış etmişdilər.

Qürbətdəki həyat

[redaktə |vikimətni redaktə et]

Məhəmməd Rza və ailəsi İranı1979-cu ilyanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi. "O günün ən ağır və güclü xatirəsi – son dəqiqələrdə Tehran hava limanında dayanan yoldaşımın gözlərindəki yaşlar idi. Yadımdadır, zabitlərdən biri diziüstə şaha getməməsi üçün yalvarırdı. Bu, həyatımın ən ağır anı idi" — Fərəh Pəhləvi xatırlayır.

Fərəh Pəhləvi 1972-ci ildə

Məhəmməd Rza əvvəlcəMisirə yollanmış, sonraMərakeş,Baham adalarıMeksikada sürgündə yaşamışdır. Şah limfa xərçəngindən əziyyət çəkirdi. O,1980-ci iliyulun 27-dəQahirədə vəfat etdi və ər-Rifahi məscidində dəfn olundu. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərəkReyqanın dəvəti iləABŞ-yə yollandı.

Ailəsi ilə birlikdə ABŞ-də məskunlaşan Fərəh bütün həyatını"Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti" adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilən bu kitab bir çox dillərdə nəşr olunub.[7]

2001-ci ildə Fərəh daha bir bədbəxt hadisə ilə üzləşdi. Belə ki, onun kiçik qızı şahzadə Leyla vəfat etdi. 31 yaşlı Leyla gözəlliyi sayəsində məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən idi. Onun model biznesindəki fəaliyyəti anoreksiyaya (həddindən artıq arıqlama) və depressiyaya gətirib çıxarmışdı. Leyla ABŞ vəBöyük Britaniyanın bir çox klinikalarında müalicə qəbul edirdi. Səfərlərin birində o, həddindən artıq dərman qəbulundanLondon otellərinin birində dünyasını dəyişmişdi. Fərəh qızı LeylanıParisin Passi qəbiristanlığında anasının yanında dəfn etdi.

2011-ci ilyanvarın 4-də Fərəhin ikinci oğlu Əli Rza Pəhləvi evində ölü tapılmışdır. Onun ölüm səbəbi kimi bacısının intiharından indiyə kimi özünə gələ bilməməsi və intihar etməsi göstərilir. Həmin vaxt oBostonda yaşayırdı.

Hazırkı həyatı

[redaktə |vikimətni redaktə et]

Hazırda Fərəh Pəhləvi Parisdə vəVaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran emiqrantlarının bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra varis kimi o bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinci və yeganə imperatriçəsidir.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Afkhami, Gholam Reza.The Life and Times of the Shah. University of California Press. 12 yanvar 2009.ISBN 9780520942165.
  2. Afkhami, Gholam Reza.The life and times of the Shah (1). University of California Press. 12 yanvar 2009. səh. 44.ISBN 978-0-520-25328-5.
  3. Shakibi, Zhand.Revolutions and the Collapse of Monarchy: Human Agency and the Making of Revolution in France, Russia, and Iran. I.B. Tauris. 2007. səh. 90.ISBN 978-1-84511-292-9.8 oktyabr 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 iyul 2024.
  4. Taheri, Amir.The Unknown Life of the Shah. Hutchinson, 1991.ISBN 0-09-174860-7; p. 160
  5. Pahlavi, Farah. 'An Enduring Love: My life with The Shah. A Memoir' 2004
  6. "Empress Farah Pahlavi Official Site - سایت رسمی‌ شهبانو فرح پهلوی". farahpahlavi.org.15 iyul 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2 iyun 2013.
  7. Sonuncu İran şahının azərbaycanlı xanımı Fərəh Pəhləvinin "xatirələr"i Bakida nəşr olunub

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fərəh_Pəhləvi&oldid=8247032"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp