2025 FİFA Klublararası Dünya Kuboku,FIFA tərəfindən təşkil edilən klublar arasında beynəlxalqfutbol yarışmasının 21-ci və genişləndirilmişFIFA Klublararası Dünya Kubokunun birinci turniridir. Turnir 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçirilib. O, əvvəlki 17 turnirlərdəki 7 seçmə komandadan (6 qitə çempionu və ev sahibi) 32 komandatadək genişlənən bir formatda[2] keçirilir.
2025-ci ildəki genişlənməyə aşağıdakılar daxildir: 2021-ci ildən 2024-cü ilə qədər hər bir konfederasiya üçün ən yaxşı klub turnirlərinin qalibləri; Okeaniya konfederasiyasından 2021–2024-cü illər arasında ən yüksək reytinqi olan klub; üstəgəl dörd illik dövr üçün klub sıralaması ilə müəyyən ediləcək əlavə komandalar.[3][4] "Mançester Siti" 2023-cü ildə köhnə formatda keçirilən son turnirdə özünün ilk titulunu qazanaraq turnirə hazırkı çempion kimi daxil olur.[5]
Genişləndirilmiş turnir formatı 2019-cu ilin martında elan edilmişdi və əvvəlcə onuÇində keçirmək planlaşdırılırdı, lakin sonradan 2021-ci ildəCOVID-19 pandemiyası ilə əlaqədar olaraq turnir təxirə salınmışdı. FİFA 2023-cü ilin fevralında konfederasiyalar arasında yerlərin ayrılmasını təsdiqlədi və dörd ay sonraABŞ-ı ev sahibi ölkəsi elan etdi. FIFA Qitələrarası Kuboku köhnə formatın çox oxşar versiyasından istifadə etməklə illik turnir kimi təsis edilib.
Turnirin genişləndirilməsiFIFPRO oyunçular həmkarlar ittifaqı və Dünya Liqaları Forumu tərəfindən matçların sıxlığına və oyunçuların rifahına gözlənilən təsirinə görə tənqidlə qarşılandı. Turnirdə dinamik qiymətlərin istifadəsi də tənqid olundu və satışların aşağı olması müəyyən matçlar üçün qiymətlərin azaldılması ilə nəticələndi. Qlobal yayım hüquqları, matçların yayım hüququnu digər televiziya yayımçılarına satan (sublisenziya) axın yayım onlayn platforması olan DAZN-ə məxsusdur. Həmrəylik ödənişləri və daxil olduqları konfederasiyalara uyğun olaraq hər bir komanda üçün məbləğ də daxil olmaqla, ümumilikdə bir milyardABŞ dolları mükafat fondu 32 iştirakçı komanda arasında bölüşdürüləcək.
Final 13 iyul 2025-ci ildə İst Ratenforddakı,Nyu Cersi ştatı, "MetLife" stadionunda keciriləcək
 |
|---|
| Mövsümlər | |
|---|
| Finallar | |
|---|
| Heyətləri | |
|---|
| İştirakçı ölkələr | |
|---|
| Seçmələr | |
|---|
| Əlaqəli | |
|---|
| Sələfi | |
|---|