Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Euronews

Vikipediya, azad ensiklopediya
Euronews
Loqonun şəkli
ÖlkəFransa,Lion
Yayım ərazisiAvropa ölkələri
Dilİngilis,fransız,alman,italyan,portuqal,ispan,rus,ərəb,türk,fars,ukrayna,yunan,macar
Baş qərargah
Yaranma tarixi1 yanvar1993
ŞüarMost-watched news channel in Europe (Avropada ən çox izlənilən xəbər kanalı)
Sayteuronews.com
arabic.euronews.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

EuroNews — çoxdilli xəbər kanalı.

Kanal yayıma1 yanvar1993-cü il tarixindəLionda başlamışdır. Xəbərləri Avropa perspektivindən dünyaya baxışlı xəbərlər çoxluğu təşkil edir və doqquz dildə yayımlanır. Euronews dünya səviyyəsində 151 ölkədə 330 milyon evə informasiya çatdırır. Tamaşaçı sayı baxımından Euronews,Avropa qitəsinin ən yüksək tamaşaçı nisbətinə sahib xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir.

Kanalda AB ilə əlaqədar yayımlanan xəbərlərAvropa Komissiyası başda olmaqla milli yayım təşkilatları ilə əməkdaşlıq içərisindədir. Kanal Avropa Birliyindən hər il 5.000.000 € fond alır.4 iyun2008-ci il tarixində Euronews rəsmi internet saytını, emblemini və kanal qrafiklərini yeniləmişdir. Qurulduğu gündən bu yana isə dörd fərqli loqo istifadə etmişdir.

Kanalingilis,fransız,alman,italyan,portuqal,ispan,rus,ərəb,türkfars dillərində yayımlanmaqdadır.

Tarixi və yaranması

[redaktə |vikimətni redaktə et]

I Körfəz Müharibəsinin başladığı dövrdə döyüşün tərəflərindən biri olan ABŞ mənşəli yayım quruluşuCNN-nin Avropa və dünyadakı tək beynəlxalq informasiya mənbəyi olaraq vəziyyəti çətinləşdirməsi üzərinəAvropa Yayım İttifaqı1992-ci ildə, Avropa dövlətlərinin baxışından məlumat təqdim edəcək olan Euronews kanalını qurmağa qərar verdi.1 yanvar1993 cü il tarixindəLion mərkəzli olaraq ilk yayımını həyata keçirən kanal,1996-ci ildəLondonda qurulan əlavə yayım mərkəzi ilə genişlənməyə başlamışdır.Kanalın qurucu 11 yayım quruluşu bunlardır:

Daha sonralar isə kanalın yayım şəbəkəsini genişləndirmək məqsədilə bu kanallarla müqavilələr bağlanmışdır:

Kanalın ən böyük hissədarları bunlardır:France Televisions (25.37%),RAI (22.84%),RTR (16.94%) vəTRT (15.70%)

Təqdimat

[redaktə |vikimətni redaktə et]

Euronews xəbərlərində qeyri-adi bir təqdimat tərzi istifadə edir. Kanalda müxbir və ya server istifadə edilmədən xəbərlər izləyənlərə təqdim edilməkdədir. Bu xəbər tərzi2004-ci ildə Gallup Europe tərəfindən "yavaş", "monoton" və "darıxdırıcı" olaraq xarakterizə edilmişdir. Son zamanlarda isə xüsusilə canlı verilişlərdə server və müxbir istifadə edilməkdədir.

Kanalın əsas xəbər qaynaqları Avropa Yayım Birliyinə bağlıAPTNReutersdir. Eyni zamanda fransızAFP, italyanANSA, portuqaliyalıLUSA, almanDPA, türkAA, ispanEFE və rusİTAR TASS agentlikləri də kanalın xəbər qaynaqlarındandır.

Yayım dili

[redaktə |vikimətni redaktə et]
#Dilİlk efir
1İngilis dili1 yanvar 1993
1Fransız dili1 yanvar 1993
1Alman dili1 yanvar 1993
1İtalyan dili1 yanvar 1993
1İspan dili1 yanvar 1993
6Portuqal dilinoyabr 1999
7Rus dili2 oktyabr 2001
8Ərəb dili12 iyul 2008
9Türk dili30 yanvar 2010
10Fars dili27 oktyabr 2010
11Ukrayna dili24 avqust 2011
12Yunan dili18 dekabr 2012
13Macar dili30 may 2013
+1Polyak dili
(lakin bu yayım adətən ingilis dilində olur)
16 dekabr 2011

Proqramlar

[redaktə |vikimətni redaktə et]
  • news | Avropa, Asiya (xüsusilə Ərəb dünyası) və digər beynəlxalq xəbərlər.
  • press | Hər səhər Avropanın müxtəlif qəzetlərinin başlıqlarına ön baxış.
  • business | Maliyyə xəbərləri.
  • markets | Dünya səhm bazarları, valyuta, əmtəə və neft qiymətləri xəbərləri.
  • Wall Street live | Nyu-York Fond Birjasından açılış və bağlanış dəyərləri xəbərləri.
  • headlines | Əsas xəbərlərə və biznes dünyası xəbərlərinə qısa bir baxış.
  • Europe | Avropa ölkələrini maraqlandıran mövzular.
  • sport | Əhəmiyyətli idman yarışlarından xəbərlər.
  • eurofoot | Avropa futbol matçlarının nəticələri.
  • no comment | Şərhsiz qısa videolar.
  • meteo Europe /world /airport | Hava haqqında proqnozlar.
  • interview | Əhəmiyyətli şəxslərlə reportajlar.
  • reporter | Avropa vətəndaşlarının həyatlarına qısa bir baxış.
  • agora | Mövzuda sözü keçən şəxslərin müzakirələri.
  • sawa | Aralıq dənizi və ətrafındakı Avropa vətəndaşlarının həyatına qısa bir baxış.
  • metropolitans | Bir şəhərdə şəhərləşmə problemlərinin həlli üçün görülən yenilikçi və təsirli işlər.
  • questions for Europe, ya da qısacaf.a.q. | AB məsələləri haqqında ümumi məlumatlar.
  • le mag | Musiqi, moda, səyahət və mədəniyyət haqqında məlumatlandırma.
  • cinema | Yayımlanan son filmlər və tənqidlər.
  • you | AB vətəndaşlarının gündəlik hadisələr haqqındakı düşüncələri.
  • space | Avropa Kosmos Agentliyi ilə birlikdə hazırlanan kosmos texnologiyası məlumatları.
  • talent | Qeyri-adi qabiliyyətləri olan adi insanlar.
  • science və hi-tech | Elm və texnologiya işləri haqqında son nailiyyətlər.
  • futuris | Gələcəyin texnologiyaları və nəzəriyyələr.
  • Rendez-vous | Avropadakı mövcud mədəni tədbirlər.
  • parlament | Avropa Parlamenti ilə əlaqədar xəbərlər.
  • perspectives | Fərqli Avropa televiziya kanallarının aktual hadisələr haqqındakı yayımları.
  • comment Visions | Mütəfəkkir, islahatçılar və fikir liderləri ilə danışıqlar.
  • flashback | Son yeddi gündə reallaşan ən mühüm hadisələrin xülasəsi.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Contact euronews.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
VikianbardaEuronews ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Euronews&oldid=6550880"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp