Eros (yun.Ἔρως) — qədimYunan mifologiyasına görə eşq,məhəbbət vəşəhvət tanrısı.[2]Afroditanın vəAresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış.Erotika sözünün dəErotun adından götürüldüyü bildirilir. ErotunPsixeya adlı sevgilisi olmuşdur.
Rəvayətə görə bir dəfəApollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfaDəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu iləDəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə keçməmək üzün tanrılara və ilahəGeyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007ISBN 960-213-378-3,ISBN 978-960-213-378-1
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995ISBN 960-540-118-5
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008ISBN 978-88-476-2283-8
- Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, GreeceISBN 978-960-425-078-3
 |
|---|
| Əsas tanrılar | | |
|---|
| Kahinlər | |
|---|
İnanclar və ayinlər | |
|---|
Digər tanrılar, ilahlar və ruhlar | |
|---|
| Personalaşdırma | |
|---|