Ermənifobiya və yaantiermənilik —ermənilərə və yaErmənistana qarşı yazılı və ya vizual formada olan mübahisəli düşmənçilik və ya nifrət forması.Türkiyədə vəAzərbaycanda geniş bir formada yayılmışdır.[1]
Türkiyədə yaşayan erməni milli azlığı müntəzəm olaraqifrat sağçıların və yatürk milliyətçilərinin şifahi və yazılı formada olan zorakılığına, təhqir və təhdidlərinə məruz qalır.[2] 2012-ci ildəTaksim meydanında təşkil edilmiş olanXocalı soyqırımının anım günündə erməniləri təhdid edən və nifrət ifadələri ehtiva edən pankartlar və bannerlər nümayiş etdirilmişdir.[3]
Bəzi yazıçıların fikirlərinə görə, Türkiyədə ermənilərə qarşı olan nifrətin bir nümunəsi də 19 yanvar 2007-ci ildə "Aqos" qəzetinin baş redaktoruHrant Dinkin qətlə yetirilməsidir.[4]