Ergo Proxy | |
![]() Poster. Personaj:Riel Meyer. | |
エルゴプラクシー (Erugo Purakushī) azərb.Erqo Proksi | |
---|---|
Janr | kiberpank, müəmma, fəlsəfi |
Anime | |
Rejissor | Şuuko Murase |
Prodüsser | Akio Matsuda Satoşi Fucii Hiroyuki Kitaura Takaşi Koçiyama |
Ssenarist | Day Sato |
Bəstəkar | Yoşihiro İke |
Studiya | Manglobe |
Digər lisenziyalar | Universal Sony Pictures Home Entertainment Funimation MVM Films |
Kanal | WOWOW, AT-X |
Digər kanallar | G4techTV (Anime Current) Fuse, Funimation Channel |
Buraxılış tarixi | 25 fevral 2006 – 12 avqust 2006 |
Seriyalar | 23(seriya siyahısı) |
Manqa | |
Ergo Proxy: Centzon Hitchers and Undertaker | |
Manqaka | Yumiko Harao |
Nəşriyyat | Shogakukan |
Jurnal | Monthly Sunday Gene-X |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 18 avqust 2006 – 19 fevral 2007 |
Cildlər | 2(cild siyahısı) |
Fəsil sayı | 10 |
![]() |
Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:?,azərb.Erqo Proksi) —kiberpank, müəmma, macəra, döyüş janrında olan,Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı25 fevraldan12 avqust2006-cı ilə qədərWOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malikvirus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektorRiel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur:hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü —Proksilərlə qarşılaşır.
Qnostisizm vəfəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialıYaponiyada yayımlandıqdan sonraABŞ-daGeneon Entertainment USA tərəfindənDVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır. Daha sonra isəFuse TV tərəfindən ekranlara buraxılmışdır. ŞouKanada,Britaniya,Avstraliya anime marketlərinə də paylanmışdır. Yayımlandığı gündən etibarənErgo Proxy mövzusuna və effektlərinə görə müsbət rəylərlə qiymətləndirilmişdir.
Hadisələr vətəndaşları min illər bundan əvvəl baş vermiş ekoloji fəlakətdən qorumaq üçün tikilmiş, nəhəng qübbəliRomdo şəhərində başlayır. Buutopik şəhər-dövlətdə insanlar və xüsusi androidlər —avtoreyvlər ("avto" və "life" sözlərinin birləşməsi) ümumi idarəçilik sistemi altındasülh içərisində yaşayırlar. Şəhərdə baş vermiş bir sıra cinayət hadisələri nəticəsində avtoreyvlər arasındaKoqito virusu (avtoreyvlərə azad iradə qazandıran virus) yayılmağa başlayır və bu, şəhərin sosial nizamını təhlükə altına salır. Bu hadisələr baş verərkən, şəhər hökuməti"Proksi" adlandırılan xüsusi və müəmmalı humanoid növü üzərində təcrübələr aparır. Proksilərin (tanrı, qüdrətli, ölümsüz, hər şeyə qadir kimi təsvir olunublar) insanların sağ qalması üçün açar rolunu oynadıqlarına inanılır.
Riel Meyer (Re-L Meyer və ya REAL) avtoreyv partnyoruİqqi ilə bu cinayətləri araşdırmaqla vəzifləndirilir. O, naməlum və çox güclü iki varlıqla qarşılaşır. Riel daha sonra Proksilər haqqında eşidir. Serialın digər əsas personajı,immiqrantVinsent Lounun hansısa yolla Proksilərlə əlaqəsi olduğu məlum olur. Hökumətin təqibinə məruz qalan Vinsent qübbəni tərk edib kiçik birkəndə sığınır. Kəndin əhalisi Təhlükəsizlik Bürosunun baş rəisiRaul Krid tərəfindən qətliama məruz qalır, Vinsent Proksilərlə hansı əlaqəsinin olduğunu öyrənmək və keçmiş xatirələrini yenidən qazanmaq üçün doğulduğuMosk şəhərinə getməyə qərar verir. Riel də ona qoşularaq qübbə və Proksi müəmmasının arxasında nələrin olduğunu öyrənməyə çalışır. Uşaq avtoreyvPino da onları müşayiət edir. Bu zaman aşkar olur ki, Romdo da daxil olmaqla bütün şəhərlər Proksilər tərəfindən yaradılmışdır və insanlar xüsusi inkubatorlarda yaradılır.
Romdo arkologiyasında hökumət bir neçə varlıqlar arasında bölünüb: İntellekt Bürosu, Sağlamlıq və Firavanlıq Bürosu və Təhlükəsizlik Bürosu. Bütün hökumət "Padşah" adlandırılan Rielin babası tərəfindən idarə olunur.
Əsas avtoreyv növləri "kompanyon" avtoreyvlərdir. Həmçinin asudə vaxtları birlikdə keçirmək və döyüş üçün avtoreyvlər hazırlanır.
Şəhərdəki insanlar süni uşaqlıqlarda böyüyürlər, amma hələ də əcdadları ilə bioloji baxımdan əlaqələnirlər. Anime serialının bir çox epizodundan dəfələrlə insanların təbii yolla uşaq dünyaya gətirə bilmədiklə bildirilir.
Personajların çoxunun adı həmtarixdən, həm dəmifologiyadan götürülmüşdür. Adlar fəlsəfi xarakter daşıyır. Proksilər seriyada vacib rol oynayırlar. Animedə təxminən 300 Proksinin olduğu göstərilsə də, sadəcə bir neçəsi adlandırılmışdır:Monad, Seneks, Kazkis, Erqo, eləcə də,Proksi Bir, MCQ və Uill B. Qud. Rielin İqqi ilə birlikdə Romdoya göndərdiyi Proksi heç vaxt adlandırılmamışdır.
"Ergo Proxy" anime serialının rejissoru Şuko Murase, ssenaristi Day Sato, personaj dizayneri Naoyuki Onda olmuşdur.[2] Anime serialının 23 seriya şəklində yayımlanacağıFransada MIP TV Ticarət Şousunda anons edilmişdir.[3] Manglobe ilk əvvəl Şuko Murase ilə 1-3-cü seriyaların ssenarisi, başlıq və Romdonun konsepti üçün görüşmüşdür. Manglobe Şuko Muraseyə ssenariniekzistensialist yanaşmayla hazırlamaq ideyası ilə inkişaf etdirməyə icazə verdilər.[4]
Ondan"Ergo Proxy" adını necə fikirləşib soruşduqda isə cavabı sadə olub:"Bu sadəcə əla səslənir".[5] Murase başa salır ki, o istəyirdi ki, bir şəxs iki şəxsiyyətə malik olsun. Muraseanimenin adını fikirləşərkənRene Dekartın"cogito, ergo sum" ("Düşünürəm, deməli mövcudam")aforizmdən ilhamlanmışdır. Sato qeyd edir ki, onlar əslində animedəqnostisizm elementlərinə yer vermək istəmirdilər. Amma, onlar fikirlərinin və ideyalarınınqnostisizm ilə üst-üstə düşdüyünün fərqinə varanda, onlardan istifadə etməyə qərar verdilər.[6]
İlk öncə istehsalçılar Vinsent Lounu əsas, Riel Meyeri yan personaj kimi təqdim etməyə hazırlaşırdılar. Amma Rielin şəxsiyyəti üzərində işləməyə başladıqdan sonra güclü şəxsiyyətə malik olmuş və Vinsent Loudan əsas rolu "oğurlamağa" başlamışdır. Buna görə də istehsalçılarhekayədə bir baş personajın olması əvəzinə hekayəyi iki personaj arasında bölməyə qərar vermişdilər.[4]
Yaponiyada"Ergo Proxy" anime serialı ödənişli peyk televiziyası olanWOWOW vasitəsilə25 fevral2006-cı ildən12 avqust2006-cı ilə qədər yayımlanmışdır.[7] Daha sonra animenin seriyalarıGeneon Entertainment tərəfindən25 may2006-cı ildən25 yanvar2007-ci ilə qədər 9DVD cildində satışa buraxılmışdır.[8][9] SerialGeneon Entertainment USA tərəfindən Region 1-də yayımlanması üçün lisenziyalaşdırılmışdır (21 noyabr2006-cı ildə).9 iyun2007-ci ildə anime serialınıningiliscə dublajının ilk seriyasıFuse TV-də yayımlanmışdır və daha sonra dublaj edilmiş seriyalar2008-ci ilin dekabrındaDVD formatında yayımlanmışdır.[10]
3 iyul2008-ci ildə Geneon Entertainment vəFunimation Entertainment serialınŞimali Amerikada yayımlanması haqqında razılığa gəldiklərini açıqlamışdır. Geneon Entertainmentın hələ də yayımlama lisenziyasına sahib olduğu halda, Funimation Entertainment yayım, paylanma, satış, istehsal hüquqlarına yiyələnmişdir.[11]29 mart2012-ci ildə bütün seriyalar Funimation tərəfindən lisenziyalaşdırılmışdır və3 iyul2012-ci ildə seriyalar"Anime Classics" etiketi ilə yenidən yayımlanmışdır.[12] Geneon həmçinin25 sentyabr2012-ci ildəBlu-ray boks-setini[13] və iki DVD boks-setini (uyğun olaraq25 sentyabr2012 və22 avqust2012) satışa buraxmışdır.[14][15]
Avstraliya vəYeni Zelandiyada"Ergo Proxy"DVD-ləriMadman Entertainment tərəfindən yayımlanmışdır. İlk cild2007-ci ilinmartında nəşr olunmuşdur."Ergo Proxy"-nin ilk cildiBöyük Britaniyada6 avqust2007-ci ildəMVM Films tərəfindən yayımlanmışdır. Serialıningiliscə dublajıABC2-də (milli, ictimai, rəqəmsal televiziya kanalı)3 iyul2007-ci ildən4 dekabr2007-ci ilə qədər göstərilmişdir.[16]Kanadada ingiliscə dublajAnime Current blokunun bir hissəsi kimi rəqəmsal və ödənişli televiziya kanalıG4 Canada vasitəsilə26 iyul2007-ci ildən27 dekabr2007-ci ilə kimi yayımlanmışdır.[17]
Ergo Proxy OST opus01 və opus02 | |
---|---|
Yoşihiro İke, Monoral, Radiohead tərəfindən ifa olunmuş Saundtrek | |
Növü | Saundtrek |
Yayımlanma tarixi | 25 may 2006 (opus01) 25 avqust 2006 (opus02) |
Janr | anime saundtreki |
Müddət | 57:00 (opus01) 53:46 (opus02) |
Anime serialı əsasında"Centzon Hitchers and Undertaker" (センツォン・ヒッチャーズ&アンダーテイカー, Sentson Hitçazu & Andateyka?) adlımanqa hazırlanmışdır. ManqaManglobe tərəfindən yazılmış və Yumiko Harao tərəfindən dizayn olunmuşdur. Manqa seriyası Shogakukan nəşriyyatının"Monthly Sunday Gene-X" jurnalında2006-cı ilinmartındandekabrına qədər nəşr olunmuşdur.[18] Manqa ikitankobon formatında yayımlanmışdır: birincisi18 avqust2006-cı ildə,[19] ikincisi19 fevral2007-ci ildə.[20]
Anime serialı üçünGeneon Entertainment tərəfindənErgo Proxy OST opus01 vəErgo Proxy OST opus02 adlı iki saundtrek hazırlanmışdır və uyğun olaraq25 may2006-cı ildə və25 avqust2006-cı ildə yayımlanmışdır.[21][22] Hər iki saundtrek Yoşihiro İkenin bəstəkarlığı ilə hazırlanmışdır. Birinci saundtrekə açılış və bağlanış mahnıları ("Kiri" (Monoral) və"Paranoid Android" (Radiohead)) daxil olmaqla, bir neçə trek daxildir. İkinci saundtrek isə ilk əvvəl birinci Region 1 DVD-sinin xüsusi nəşri ilə birlikdə yayımlanmışdır.[23]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Awakening" | 1:46 |
2. | "Kiri" | 1:46 |
3. | "New pulse" | 3:14 |
4. | "No. 0724FGARK" | 3:15 |
5. | "Prayer" | 2:53 |
6. | "Raging pulse" | 3:26 |
7. | "Autoreiv contagion" | 2:33 |
8. | "Romdo overshadows" | 2:26 |
9. | "RE-L124c41+" | 2:55 |
10. | "Deal in blood" | 3:13 |
11. | "Wasteland nostalgia" | 4:02 |
12. | "Vital signs" | 3:11 |
13. | "Written on clouds" | 3:22 |
14. | "WombSys" | 3:22 |
15. | "Last exit to paradise" | 3:38 |
16. | "He the empty" | 2:56 |
17. | "Centzontotochtin" | 2:59 |
18. | "Fellow Citizens" | 2:46 |
19. | "Paranoid Android" | 6:23 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Futu-risk" | 2:45 |
2. | "Mazecity" | 3:02 |
3. | "Bilbul" | 3:20 |
4. | "Confession" | 1:55 |
5. | "Wrong way home" | 2:49 |
6. | "Busy doing nothing" | 3:22 |
7. | "Cytotropism" | 3:13 |
8. | "Angel's share" | 3:15 |
9. | "Hideout" | 3:01 |
10. | "Ophelia" | 1:53 |
11. | "Domecoming" | 3:33 |
12. | "Terra incognita" | 3:22 |
13. | "Deus ex machina" | 3:30 |
14. | "Eternal smile" | 1:57 |
15. | "Life after god" | 3:14 |
16. | "Goodbye Vincent" | 2:49 |
17. | "Shampoo planet" | 2:28 |
18. | "kiri" | 4:18 |