Yunan-latın mənşəli söz olub, epi - haqqında, taphos -qəbir deməkdir. Antik dövrdə döyüş meydanında qəhrəmanlıqla həlak olanAfinalılar üçün dualar oxunurdu. Dualar əsasən anım mərasimlərində də oxunurdu. Sonralar bu dualar qısa şəkildə qəbir daşlarına yazılmağa başlandı.[1]
Qədim dövrlərdə ölülərə aid ayinlə və öləndən sonrakı şöhrət və xatirə qayğısı ilə bağlı olmuşdur.[2] Ölən şəxsin qəbir daşına həkk olunmaq üçün yazılan kiçik şeirlərdir. Məzmunca məhrumunqəbirstandan keçənlərə müraciətini-vəsiyyətini ifadə edir.[3]Avropa mədəniyyəti üçün səciyyəvi olan epitafiya tipiantik dövrdə yaranmışdır; o zaman mənzum epitafiya həm qəbirdaşları üçün real yazı, həm də yalnız şeirməcmuələrində daxil edilən şərti səciyyəli, uydurma əsər kimi mövcud idi.Sonralar qəbirdaşları üçün yazılan real epitafiya tədricən öz bədii əhəmiyyətini itirib, ədəbiyyatdan kənar hal alır və yalnız uydurma mənzum epitafiya ədəbi hadisə kimi yaşayıb, real epitafiyadan onun bəzi formal xüsusiyyətlərini götürür (kiçik həcm, mərhuma müraciət, yaxud mərhumunqəbristandan keçənlərə müraciəti və s.).Ənənəvi ciddi epitafiyalarla yanaşı, ədəbiyyatda parodiya səciyyəli, bəzən hətta satirik mahiyyətdə olan epitafiyalar da yaranmışdır. Belə əsərlərdəşair zarafatyana özünü, yaxud dostunu ölmüş qələmə verib, dirilərə müraciət edir, eyhamlı, yumorlu sözlər söyləyir.Azərbaycan ədəbiyyatında real qəbirdaşına yazılan növü -kitabə daha çox yayılmışdır.[2]