Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Epistemologiya

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Epistemologiya (q.yun.ἐπιστήμη — bilik, bacarıq vəλόγος — elm) —fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsidir. Məlumat fəlsəfəsi olaraq da adlandırılmaqdadır. Bu termini ilk dəfə fəlsəfə elmində şotland filosofuC.F.Feryer "Metafizikanın əsasları" (1854) kitabında işlətmişdir. O fəlsəfəni iki hissəyəOntologiya və Epistemologiyaya bölmüşdür.

Fəlsəfənin bu bölməsi faktlar haqqında proporsional bilgi, bacarıqlar şəklində təctübi bilgi və s. kimi bilik növlərini izah edir. Epistemoloqlar bilginin mahiyyətini anlamaqdan ötrü iman, həqiqət və əsaslandırma konsepsiyasını araşdırırlar. Bilginin necə yarandığını tapmaqdan ötrü qayvatış, introsepsiya, yaddaş, səbəb və şəhadət kimi əsaslandırma mənbələrini tədqiq edirlər.

Müasir fəlsəfəyə əsasən, Epistemologiya və ya “bilik nəzəriyyəsi” fəlsəfənin üç ana qolundan biridir. Digər iki qolu isəontologiyaaksiologiyadır; birincisi varlıqdan, ikincisi isə dəyərdən bəhs edir. Epistemologiya isə insanın biliklə bağlı fundamental suallarını əqli metod əsasında araşdıran bir elm sahəsidir. Bu elmdə müzakirə edilən bütün mövzular bu üç sual – “Bilik nədir?”, “Bilik əldə etmək mümkündürmü?”, “Biliyin qaynaqları hansılardır?” ətrafında dövr edir. Bu üç sual ilk baxışda “üç sual” kimi görünür, amma suala verilən cavabların doğurduğu yeni suallar, əslində, sayıla bilməyəcək qədər çoxdur; bu üç sualdan hər biri özü ilə birgə saysız-hesabsız suallar doğurur. Beləcə, hər bir suala verilən cavabdan yeni suallar və yeni cavablar doğur. Deməli, epistemologiya bütün bunları bir çətir altına toplayan elmin adıdır.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Epistemologiya&oldid=7985795"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp