Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ensiklopediya

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
D'Alembert və Diderotun 1772-ci ildə tərtib etdikləri "Encyclopédie" kitabın üz vərəqi

Ensiklopediya (yun.ἐγκύκλιος — "çevrə formalı";παιδεία — "dərs", "bilik") — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə "qamus" (az.-əski.قاموس‎) olaraq keçir.[1] Universal ensiklopediyalar insaniyyət üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.

Ensiklopediya problemləriensiklopedika fənnində elmi tədqiq olunur.

Adı

[redaktə |vikimətni redaktə et]

Ensiklopediya sözü Azərbaycan dilinə XX əsrdəsovet hökuməti zamanı dilə yeridilmişinternasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir.[2] Rus dilinə isə XVIII əsrdən eyni mənadə fransızcaencyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latıncaencyclopaedia yolu ilə daxil olub.

Qamus sözü ərəb dili vasitəsilə (ərəb.قاموس‎) yunanca ωκεανός (ōkeanós, "dərya, okean") kəlməsindən gəlmişdir.[1]

Tarixi

[redaktə |vikimətni redaktə et]

Ensiklopediyanın yaranması qədim dövrlərə —Antik Yunanıstana qədər gedib çıxır. İlk dəfə olaraq sistematik ensiklopediya yunan filosofu,Platonun qohumuSpevsipp tərəfindən yaradılmışdır. E.ə. 370-ci ildə heyvanat və bitki aləmi üzrə də ensiklopediya — Homoia yaradılır.

Başqa filosoflar da (məsələnAristotel) öz dövründə mövcud olan bilikləri toplu şəklinə salmışlar, ancaq onlar hər hansı ensiklopediya yarada bilməmişlər.

Roma dövründə dövlət adamıMark Porsi Katone.ə. 150-ci ildə "Libri ad Marcum filium" ( arkınrına kitablar) adlı toplunu tərtib edir. Bu kitablarkənd təsərrüfatı,tibb,ritorika, döyüş texnikası kimi sahələrin pedaqogika baxımından bir ensiklopediyada cəmlənməsi idi.

Növbəti ensiklopedik kitab Mark Terenti Varro tərəfindən yazılmış "Disciplinarum libri IX" idi. O, məlum kitabları tibb vəarxitektura ilə tamamlayır. Onun 41 kitabından yalnız fraqmentlər bizə gəlib çatmışdır.

Ən qədim, tam bizə qədər gəlib çatmışlatın dilidə olan sistematik ensiklopediya Roma tarixçisiPlini tərəfəindən tərtib olunmuşdur. Onun "Təbiətin tarixi" adlı kitabı 37 cilddə, 2493 fəsildən ibarət idi. Buradakosmologiya,coğrafiya,etnologiya,antropologiya,psixologiya,zoologiya,botanika,mineralogiyametallurgiya haqqında məlumat verilmişdir.

Mənbələrin verdiyi məlumatlara əsasən, bu kitabın tərtib olunmasında 500 müəllif iştrak etmişdir.[mənbə göstərilməlidir]1469-cu ildə bu ensikloipediyaVenesiyada yenidən nəşr olunur.1543-cü ildə onun 11 cildialman dilinə tərcümə olunur vəStrasburqda buraxılır.

Orta əsrlərdə tərtib olunan əsərlər daha yaxşı tərkibə malik idilər. Onlar latın dilində yazılmışdılar. Milli ensiklopediyalar sonralar, orta əsrin sonunda və yeni dövrün əvvəlində meydana gəlir.Bizans dövründə yazılmış yeganə kitab olan "Suda" dayunan dilində idi. "Suda" kitabında coğrafiya və tarixçi antik müəlliflər haqqında 32000 məqalə cəmlənməşdir.

Yeni dövrün başlanğıcında ensiklopediya yaradılması üzrə pioner fransız filosofuFrensis Bekon sayılır. O1620-ci ildə öz "Preparative toward a Natural and Experimental History" (Təbii və eksperimental tarixə hazırlıq) kitabında 130 adda müxtəlif elmləri sadalayır. Bu təsnifatlandırma ondan sonrakı alimlər üçün əsas götürülürdü. Ondan sonra yaşamışDidro öz ensiklopediyasında Bakona istinad edir.

1704-cü ildə riyaziyyatçıCon Harris Londonda texnika haqqında ensiklopediyanı (Lexicon technicum) çap etdirir. Bu texnika sahəsində ilk əlifba sırası ilə düzülmüş, ingilis dilində yazılmış ümumi ensiklopediya idi.

1751-ci ildə fransızDeni DidroJan Leron Dalamber tərəfindən fransız dilində tərtib olunmuş ensiklopediya "Encyclopédie ou Dictionnaire raisonné des sciences" (Elmlər ensiklopediyası və ya lüğəti71-ci illərdəUilyam Smayl tərəfindən Encyclopædia Britannica üç cildə çap olunur.

Azərbaycan dilində ilk ensiklopediya 1976–1987-ci illərdə nəşr edilmiş 10 cildlikAzərbaycan Sovet Ensiklopediyasıdır.Kiril qrafikası ilə çap olunan bu ensiklopediya hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

Ədəbiyyat ensiklopediyası

[redaktə |vikimətni redaktə et]

Avropada ədəbiyyat ensiklopediyasının ən qədim nümunəsiyunanşair və qrammatikiKallimaxın "Elmin bütün sahələrində məşhur olan adamlar və onların əsərləri haqqında cədvəllər"kataloqu hesab olunur.İsgəndəriyyə kitabxanasının kataloqu kimi yaradılan "Cədvəllər" tədricən qədim yunan ədəbiyyatının əsas sorğu mənbəyinə çevrilmiş və sonrakı sorğu kitabları üçün nümunə olmuşdur.İntibah dövründə ensiklopedik lüğətlər tez-tez çap olunurdu. OnlardanKonrad Gesnerin (1515–1565) "Universal kitabxana"sı (1545) xüsusi əhəmiyyətə malik idi. Kataloqa təqribən 5 min müəllif haqqında məlumat daxil edilmişdi. İohan Albert Fabrisiusİntibah dövrünəqədərki ədəbiyyatlarda olan biliklərə özünün silsilə sorğu kitablarında (2 cildlik "Latın kitabxanası, yaxud Qədim latın müəlliflərinin siyahısı" (Hamburq, 1697), 3 cildlik "Yunan kitabxanası" (Hamburq, 1705–1711) və 6 cildlik "Orta əsrlər və sonrakı illər latın kitabxanası" (Hamburq, 1734–36)) yekun vurdu. Biliklərin yeni, ensiklopedik icmalı və təsnifatı ingilisfilosofuFrensis Bekon tərəfindən "Yeni Orqanon" əsərində irəli sürülmüşdür[3].

Deni Didro və Dalamberinilə çıxan "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət" (Paris, 175(–72) Bekon sisteminə uyğun tərtib edilmişdir. XIX əsrdə Avropada qədim dövr ədəbiyyatına dair sorğu kitabları yaradıldı: naşir V. Roşerin 6 cildlik "Yunan və Roma mifologiyasının geniş leksikonu" (Leypsiq, 1884– 1937), V. Folmerin 3 cildlik "Bütün xalqların mifologiyasının tam lüğəti" (Ştutqart, 1836), Olden amerikan nəşriyyatının 20 cildlik "Dünya ədəbiyyatı ensiklopediyası" (Nyu-York, 1885–91) və s. XX əsrdə folklorşünaslığın genişlənməsi ilə əlaqədar olaraq, bu sahəyə aid maraqlı lüğətlər yarandı: "Əsas folklor, mifologiya və əfsanələr lüğəti" (Nyu-York, 1949–50, c. 1–2). Yazıçı və şairlərə həsr olunmuş biblioqrafik ensiklopediyalar geniş yayıldı: Koş Alman ədəbiyyatı lüğəti. Bioqrafik və biblioqrafik sorğu kitabı, c. 1–4, Bern, 1949–58; Ensiklopedik italyan ədəbiyyatı lüğəti, c. 1–6, Roma – Bari, 1966–70 və s.[3].

XX əsrin 2-ci yarısında fərdi ədəbiyyat ensiklopediyaları və lüğətlərə maraq artdı: "Göte haqqında soraq kitabı" (c.1–4, Ştutqart, 1955–61), Adolf Vilhelm Şmidtin "Şekspir leksikonu" (c.1–2, Berlin–Nyu-York, 1971), "Dante ensiklopediyası" (c. 1–5, Roma, 1970–76) və s. Bir çox ölkədə ədəbiyyatşünaslıqterminləri lüğətləri çıxmışdır: L. Georgiyevin (Sofiya, 1963, 1969), Q.fon Vilpetin, Q. Sounun (Nyu-York, 1972) və s.Rusiyada XIX əsr – XX əsrin əvvəllərində Nikolay Fyodoroviç Ostolopovun "Qədim və yeni poeziya lüğəti" (c.1–3, SPb, 1821); Semyon Vengerovun natamam "Rus yazıçı və alimlərinin tənqidi-bioqrafik lüğəti…" (SPb, 1886–1904, c. 1–5, 6-cı əlavə cild çıxmışdır) və s. nəşr edilmişdir. SSRİ-də 2 cildlik "Ədəbiyyat ensiklopediyası. Ədəbi terminlər lüğəti" (1925), 12 cildlik "Ədəbiyyat ensiklopediyası" (c. 1–9, 11 c. 1929–39; 10 və 12-ci cildlər çıxmamışdır), "Qısa ədəbiyyat ensiklopediyası" (c. 1–9, 1962–78), bircildlik "Ensiklopedik ədəbiyyat lüğəti" (1987) nəşr olunmuşdur. Ayrı-ayrı yazıçı vəşairlərə həsr edilmiş ensiklopediyalar da vardır ("Şevçenko lüğəti", c.1–12, Kiyev, 1976– 77; "Lermontov ensiklopediyası", M., 1981; "Dünya xalqlarının mifləri", c.1–2, M., 1980–82) və s. Çin,Hindistan, Türkiyə, Vyetnam,Yaponiya və s. ölkələrdə yazıçı və şairlərə həsr olunmuş lüğət-sorğu kitabları nəşr edilmişdir[3].

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycanda geniş yayılmış təzkirələr ədəbiyyat ensiklopediyaları və lüğətləri sayıla bilər: Dövlətşah Səmərqəndinin "Təzkirət üş-şüəra" (1481–87),Əlişir Nәvainin "Məcalis ün-nəfais" (1491),Əhdi Bağdadinin "Gülşəni üş-şüəra" (1563), Sam Mirzənin "Töhfeyi-Sami", Sadıq bəy Əfşarın "Məcmə ül-xəvas" (1599), Lütfəli bəy Azərin "Atəşgədə" (1762),Mir Möhsün Nәvvabın "Təzkireyi-Nəvvab" (nəşri 1913), Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" (1935)tәzkirәləri.Əziz Mirəhmədovun "Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət"i təkmilləşdirilmiş variantlarda 1957, 1965, 1988 və 1998 illərdə nəşr olunmuşdur. "Kitabi Dədə Qorqud Ensiklopediyası" (2 cilddə. B., 2000) son dövr Azərbaycan ədəbiyyatşünaslığının bu qəbildən olan ən fundamental əsəridir. Teymur Əhmədovun redaktəsi ilə "XX əsr Azərbaycan yazıçıları" (B., 2004) kitabı irihəcmli biobiblioqrafik lüğəti, Z. Ş. Əsgərlinin "Poetika: izahlı sözlük" (B., 2014) kitabı çapdan çıxmışdır[3].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12https://www.azleks.az/online-dictionary/%D1%8D%D0%BD%D1%86%D0%B8%D0%BA%D0%BB%D0%BE%D0%BF%D0%B5%D0%B4%D0%B8%D1%8F?s=my Энциклопедия. Qamus
  2. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000245658 İbtidai riyaziyyat ensiklopediyası [Mətn]: /A. S. Kovanko ; Azərbaycan Xalq Maaarif Komissarlığı. Müəllimlər İxtisasını Artırma İnstitutu Qiyabi Pedaqoji fakültəsi. A. S. prof. Kovanko, Bakı: Azərnəşr, 1930
  3. 1234Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 2019. səh. 600.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ensiklopediya&oldid=8339304"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp