Emili Bronte (ing.Emily Jane Brontë,30 iyul1818[2][3][…] –19 dekabr1848[2][3][…]) 1847-ci ildə yazdığıTufanlı yoxuşlar romanı ilə tanınaningilis yazıçısı. O, həmçinin bacıları Şarlotta və Anna ilə birlikdə "Karrer, Ellis və Akton Bellin şeirləri" adlı şeir kitabının müəlliflərindən biridir.
Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili,Şarlotta Bronte nın kiçik bacısı idi. Anası Emili üç yaşında olarkən vəfat etmiş, uşaqlar isə bibisi Elizabet Branvellin himayəsində qalmışdılar. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik.1820-ci ildə ailə Havorda köçdü. Emilinin təhsili əsasən Hoartın keşişi olan atası Patrik Bronte tərəfindən verildi. O, bacıları ilə, xüsusən də kiçik bacısı Anna ilə çox yaxın idi və onlar birlikdə xəyalı dünyaları təsvir edən hekayələr yazırdı. Emili bacısı Şarlotta tərəfindən tənha, iradəli, cəmiyətə uyğunlaşmaqda çətilik çəkən, təbiətə və heyvanlara böyük məhəbbət bəsləyən biri kimi təsvir edilmişdir.
Qardaşları Bronvel Bronte tərəfindən 1834-cü ildə çəkilmiş rəsm əsərində, üç bacısını təsvir etmişdir: Anna, Emili və Şarlotta
Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdəBrüsseldəki özəl bir məktəbdə davam etmişdir. On yeddi yaşında Emili Şarlottanın müəllim olduğu Roe Head Qızlar Məktəbinə qatıldı. Bu, Emilinin Kouan Bridge-də keçirdiyi bir neçə aydan sonra ilk dəfə məktəbə getməsi idi. Bu zaman qızların məqsədi öz kiçik məktəbi açmaq üçün kifayət qədər təhsil almaq idi. Emili Roe Head-də həyata uyğunlaşmaq üçün mübarizə apardı və ancaq bir neçə aydan sonra onu tərk etdi, onun yerini Ann aldı[5]. Daha sonra Şarlotta bunu Emilinin həddindən artıq ev həsrəti və məktəbin gündəlik və nizam-intizamına qarşı müqaviməti ilə əlaqələndirdi və bildirdi ki, Emili evə buraxılmasaydı, öləcəkdi[6]. 1838-ci ilin sentyabrında iyirmi yaşı olanda Emili Halifaxın Yorkşir şəhərindəki Law Hill məktəbində müəllim oldu. Onun səhhəti on yeddi saatlıq iş gününün stressi altında əziyyət çəkirdi və bu səbəbdən ordan ayrıldı[7]. O, yazmağa davam edirdi və həmin ərəfədə bir neçə şeir yazdı[8]. O, 1839-cu ilin aprelində Havorta evə qayıtdı, xidmətçiyə yemək bişirmək, ütüləmək və təmizlik işlərində kömək edirdi. Emili özü alman dilini kitablardan, pianoda ifa etməyi öyrəndi[9] və yaxşı pianoçu oldu. Həmçinin Gondal hekayələrini yazmağa davam edirdi. Bunlar bir çox şeirlər silsiləsi kimi sağ qalır, onların çoxu onun Heathcliffin yaradılmasından əvvəl olan faciəvi, Bayron fiqurlarına olan marağını əks etdirir.
1844-cü ilin fevralında Emili yazdığı bütün şeirləri nəzərə keçirməyə, onları iki dəftərə köçürməyə başladı[10] Bir dəftər "Qondal şeirləri" başlıqlı idi; digəri isə başlıqsız idi. Fani Raçford və Derek Roper kimi alimlər bu şeirlərdən Gondal hekayəsini və xronologiyasını birləşdirməyə çalışdılar[11][12]. 1845-ci ilin payızında Şarlotta dəftərləri tapdı və şeirlərin çap olunmasını təkid etdi. Emili şəxsi həyatına müdaxilə olunmasına qəzəblənərək əvvəlcə razılaşmadı, lakin Şarlottanın sözlərinə görə, Anna öz əlyazmalarını gətirib, onun da gizlicə şeirlər yazdığını söyləyəndən sonra Emili yumşaldı. Təxminən elə həmin vaxt Emili ən məşhur şeirlərindən biri olan "Qorxaq Ruh Mənim deyil"i yazdı. Bəzi ədəbi tənqidçilər bu şeirin Anna Brontedən bəhs etdiyini iddia edirlər, digərləri isə bunu onun şəxsi həyatına müdaxiləyə cavab kimi görürlər[13]. Sonralar Şarlotta bunun Emili tərəfindən yazılmış son şeiri olduğunu iddia edirdi, lakin bu, doğru deyil[14]. Bu, Emilinin dəftərinə köçürdüyü son şeir olsa da, o, bundan da sonra şeirlər yazmağa davam etmiş, lakin yaradıcılığının çox hissəsini nəsrə yönəltdi[15]. 1846-cı ildə bacıların şeirləri Londonun Aylott & Jones adlı kiçik bir nəşriyyat tərəfindən onların öz vəsaiti hesabına nəşr olundu. Şeirlər "Kurrer, Ellis və Akton Bellin tərəfindən şeirlər" adlı bir cilddə dərc olundu. Emili və Annanın təkidi ilə Bronte bacıları nəşr üçün təxəllüslər qəbul etdilər, ancaq baş hərflərini saxladılar: beləliklə, Şarlotta "Kurrer Bell", Emili "Ellis Bell" və Anna "Akton Bell" oldu. Şarlotta "Ellis və Akton Bell haqqında bioqrafik qeyd"də yazırdı ki, bu "ikimənalı seçim" onların kişi adları daşıyan xristian adlarını açıq şəkildə götürməkdə vicdani tərəddüd keçirmələri, eyni zamanda özlərini qadın kimi açıqlamaq istəməmələri ilə bağlı idi, çünki".....qadın müəlliflərin qərəzlə qarşılaşmasına meyilli olduqları barədə qeyri-müəyyən bir təəssüratımız var idi". Şarlotta on doqquz şeir təqdim etmişdi, Emili və Anna isə hər biri iyirmi bir şeir yazdı. Nəşrdən bir neçə ay sonra bacılara kitabın yalnız iki nüsxəsinin satıldığı deyilsə də[16], onlar ruhdan düşmədilər. Şarlottanın şeirlərə daha çox maraq oyatmaq üçün etdiyi uğursuz cəhdlərdən sonra o, kitabın nüsxələrini Uillyam Uordsuort, Alfred Tennyson, Hartli Kolric, Tomas de Kuinsi və Ebenezer Elliot kimi məşhur şairlərə göndərdi. Daha sonra isə Aylott & Jones nəşriyyatına bildirdi ki, "C, E və A Bell hazırda mətbuat üçün bir-biri ilə əlaqəsiz üç ayrı hekayədən ibarət bədii əsər hazırlayırlar. Bu hekayələr ya birlikdə adi roman ölçüsündə üçcildlik əsər kimi, ya da ayrıca təkcildlik əsər kimi nəşr oluna bilər". Onun nəzərdə tutduğu üç roman "Professor", "Tufanlı Yoxuşlar" və "Agnes Grey" idi. 1847-ci ildə təkromanı olanTufanlı Yoxuşlar romanını yayımlamışdır ki, bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan Aqnes Qrey adlı romandır. Romanın müasirlikçi tərəfi tənqidçiləri ciddi bir şəkildə təəccübləndirmişdir. Hər nə qədər ilk yayımlananda həm yaxşı, həm də pis şərhlər alsa da, roman zamanla biringilis ədəbiyyatı klassiki halına gəlmişdir. 1850-ci ildə Şarlotta, romanı yayıma hazırlamış və Emilinin gerçək adıyla, təkbaşına bir əsər olaraq "Tufanlı Yoxuşlar" adıyla yayımlamışdır.Bacıları kimi, Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbiylə zəifləmiş, pisləşmişdir. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 dekabr 1848-ci il tarixində vəfat etmişdir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilmişdir.
"Tufanlı yoxuşlar"– ingilisyazıçısı və şairiEmili Brontenin 1847-ci ilindekabrında Elis Bell təxəllüsü ilə nəşr olunan yeganə romanı və ən məşhur əsəridir[17]. Emili Brontenin "Tufanlı Yoxuşlar" əsəri ilk dəfə Londonda Tomas Kotli Nyubi tərəfindən, Şarlotta Brontenin "Ceyn Eyr" əsərinin 1847-ci ilin oktyabrında nəşr olunmasından və dərhal uğur qazanmasından qısa müddət sonra nəşr olunmuşdur. Bu əsər Smith, Elder & Co. tərəfindən nəşr olunmuşdur. Roman, Anne Brontenin "Agnes Grey" əsərinin də daxil olduğu üç cildlik dəstin ilk iki cildi kimi ortaya çıxmışdır. Müəlliflərin adları Ellis və Akton Bell idi; Emilinin əsl adı 1850-ci ildə ölümündən sonra, redaktə edilmiş kommersiya nəşrinin başlıq səhifəsində çap olunana qədər görünməmişdir.[18] Roman - məhkum olunmuş sevgi, nifrət, intiqamdan bəhs edən gotik hekayədir və əsərin əvvəlində göstərilən fermada və onun ətrafında yaşayan müxtəlif cütlüklərin münasibətlərini təsvir edir. Yokşir mühitində cərəyan etməsinə baxmayaraq, roman Emilinin "Qondol" yazılarından, eləcə də Volter Skotun "Rob Roy" əsərindən xeyli təsirlənmişdir. Qərbi Yorkşirin çöllərində baş verir və iki ailənin - Ernşo və Linton - Xitklif ilədramatik münasibətini təsvir edir. Onun nümunəvi süjeti, çoxsaylı rəvayətçilərin innovativ istifadəsi və torpaq zadəganlarının həyatının təfərrüatlarına diqqət yetirilməsi, təbiət hadisələrinin romantik şərhi, canlı təsvirlər və qotika romanının konvensiyalarının yenidən işlənməsi ilə birləşərək "Tufanlı yoxuşlar"ı bir filmə çevirir.[19] Tənqidçilər romanın qeyri-adi quruluşu ilə çaşqınlığa düşmüşdülər, əsərdəki zorakılıq və ehtiras isə Viktoriya dövrü ictimaiyyətini və bir çox erkən rəyçiləri onun bir kişi tərəfindən yazıldığı qənaətinə gətirmişdir. Romanın ilk tənqidçilərindən birin1848-ci ilin yanvarında Atlas jurnalında yazaraq, əsərdəki bütün personajları "ya tamamilə nifrət doğuran, ya da tamamilə alçaq" adlandırmışdı. The Examiner jurnalında yazan anonim rəyçi isə belə qeyd edirdi:
Bu qəribə bir kitabdır. Onda kifayət qədər güclü ifadə vasitələrinin olduğuna dair dəlillər var, lakin bütövlükdə əsər vəhşi, qarışıq, inandırıcılıqdan uzaqdır. Nəticələri baxımından kifayət qədər faciəvi olan bu dramı təşkil edən bu insanlar isə Homəvvəlki dövrlərdə yaşamış insanlardadn da daha kobud və vəhşidir.
Bəziləri hətta romanın müəllifliyini belə mübahisə altına alırdılar. Emili özü məxfiliyini qorumaq üçün təxallüsünü saxlamaqda israr etmişdir, lakin onun ölümündən sonra Şarlotta "Tufanlı Yoxuşlar" romanının müəllifi kimi Emilinin adını açıqladıqda, Bronvel Brontenin iki dostu romanın əsl müəllifinin Bronvel olduğunu iddia etdilər. Ardınca People's Magazine jurnalında anonim bir meqalə dərc olundu və orada belə bir əsərin "utancaq və özünəqapanıq bir qadın" tərəfindən yazıla biləcəyini inanımsızlıq ifadə edilirdi. Naşirinin Eliz-Bell adına ünvanladığı bir məktub Emiliya ikinci roman yazmağa başladığını göstərsə də, həmin əlyazma heç vaxt tapılmamışdır. Ehtimal olunur ki, ya bu məhv edilib, ya da məktub əslində artıq "Uayldfell Holun sakini" (The Tenant of Wildfell Hall) romanını yazmaqda olan Anna Bronteyə ünvanlanmışdır.
Bir çoxları tərəfindən “Tufanlı Yoxuşlar” romanına ilham mənbəyi hesab edilən Top Witens ferması.
Şarlotta iləBrüsseldəfransız dilini öyrənərkən Emili bu günə qədər gəlib çatmış bir neçə qısaesse (Belçika esseləri) yazdı[20]. Onlara əlavə olaraq dörd dənə “gündəlik kağızı” sağ qalmışdır, onlardan ikisi Anne Bronte tərəfindən oxşar “kağızlarla” oxşar yazılmışdır. Emilinin ailədən kənarda heç bir dostu olmadığı üçün onun yazışmaları demək olar ki, tamamilə itirilir (Şarlottanın dostu Ellen Nussiyə bir neçə qısa qeyd istisna olmaqla). Bronte Bacıları Muzeyində sağ qalan sənədlərdən bəziləri saxlanılır.
Brass plaque on family vault of Emily Brontë and Charlotte Brontë at St Michael and All Angels' Church, Haworth
Emilinin tənhalığa meyli və qapalı təbiəti onun nevroloji xestə olması barədə şayiələrin yaranmasına səbəb olmuşdur. Bronte bacılarının bioqrafiyasında Cülyet Barker yazır ki: "Emili...özünə və ədəbi yaradıcılığına o qədər qapılmışdı ki, ailəsində baş verən çətinlikləri heç görmürdü". Bioqraf Kler Harman isə Emilinin gündəlik iş rejiminə bağlılığınən, qəzəbini idarə etmə problemlərinin, assosial olmasının, evinə yaxınlarına güclü bağlılığı onun autizmin bir forması ola biləcəyinə işarə edəcəyini düşünür. O, guya yemək bişirməyi, mətbəxdə vaxt keçirməyi sevsə də, Con Sazerlend onun " aralıqsız oruc tutmasından" bəhs edir, bioqraf Ketrin Frenk isə Emilinin anoreksiyadan əziyyət çəkmiş ola biləcəyini irəli sürür. Emilinin qardaşı Branvell 24 sentyabr 1848-ci il bazar günü, uzun müddət alkoqolizm və narkotik asıllığından sonra, ehtimal ki, vərəmdən vəfat etdi[21]. Bir həftə sonra onun dəfn mərasimində Emili güclü soyuqladı və tez bir zamanda ağciyərlərin iltihabına çevrildi[22] və butun bunlar vərəm xəstəliyinə səbəb ola bilərdi. Emilinin sağlamlığının evdəki antisanitar şəraitdən zəiflədiyi güman edilir. Evlərində istifadə edilən su kilsə qəbiristanlığından axan su ilə çirklənirdi. Vəziyyəti getdikcə pisləşsə də, Emili onun yanında "onu daha da zəhərləyən həkimi" olmayacağını deyərək tibbi yardımdan imtina etdi[23] 19 dekabr 1848-ci il səhəri bacısı üçün narahat olan Şarlotta yazırdı:
O gündən-günə zəifləyirdi. Həkimin rəyi onu inandırmadı və o həkimin göndərdiyi dərmanları qəbul etmədi. Biz ailləmizdə hələ belə qaranlıq anlar yaşamamışdıq - Alllahdan yalnızca kömək istiyirik.
Həmin günün günorta çağı Emilinin vəziyyəti daha da pisləşdi. Son sözlərini o Şarlottaya dedi: "Əgər indi həkim çağırsan onu qəbul edərəm". Lakin artıq cox gec idi. Ele həmin gün təxminən saat 2-də vəfat etdi. Bioqraf Meri Robinsonu yazdığına görə, Emili keşişlər üçün nəzərdə tutulmuş qonaq otağında divanın üstündə ölüb. Şarlottanın Uilyam Smit Uilyamsa yazdığı məktubda Emilinin iti Kiperin onun ölüm yatağının yanında uzandığı qeyd olunur. Emili Bronvelin ölümündən üç ay keçməmiş vəfat etmişdi, bu da xidmətçi Marta Braunun "Miss Emili qardaşına olan sevgidən ureyi dayanmadığı üçün öldü" deməsinə səbəb olmuşdu. Emili o qədər arıqlamışdı ki, tabutun eni cəmi 16 düym (40 santimetr) idi. Dülgər bildirmişdir ki, indiyə qədər bir yetişkin üçün hələ belə dar bir tabut hazırlamamışdı. Onun nəşi Havortdakı St Michael and All Angels' Church-də ailə sərdabəsində dəfn edildi. 2024-cü ildə Vestministr abbatlığının Şairlər güşəsindəki xatirə lövhəsində ailə soyadının səhf yazılışı düzəldildi (Brontdan Bronteye).
Emili (Emily, 2022) Emili Brontenin həyatından bəhs edənbioqrafik filmdir. İstehsal:Böyük Britaniya,ABŞ. Emili Bronte rolunda: İngilis aktrisa Emma Maki.Carmilla (The Carmilla Movie, 2017)komediya qorxu filmidir.Kanadada istehsal olunub. Emili Bronte rolunda: Kara Qi.
↑Barker,, Juiet.The Brontes. Abacus(ingilis). 2010. pp. 403–405.ISBN978-0748122189..
↑Gaskell,.The Life of Charlotte Brontë,(ingilis). p. 149.
↑Barker,, Juliet.The Brontes. Abacus(ingilis). 2010. . pp. 498–499.ISBN978-0748122189..
↑Barker,, Juliet.The Brontes. Abacus(ingilis). 2010. pp. 497–499.ISBN978-0748122189..
↑Wallace,, , Robert K.Emily Brontë and Beethoven: Romantic Equilibrium in Fiction and Music(ingilis). University of Georgia Press. 2008. p. 223.
↑Barker,, Juliet.The Brontes. Abacus(ingilis). 2010. pp. 732–733.ISBN978-0748122189..
↑Ratchford, Fannie,(ingilis). ed.,Gondal's Queen. University of Texas Press,. 1955.ISBN0-292-72711-9..
↑Roper,, Derek,.The Poems of Emily Brontë(ingilis). Oxford University Press,. 1966.ISBN0-19-812641-7..
↑McGill,, Meredith L.The Traffic in Poems: Nineteenth-century Poetry and Transatlantic Exchange(ingilis). Rutgers University Press. 2008. p.240.
↑Brontë, Emily Jane, Brown, Helen; Mott, Joan.Gondal Poems(ingilis). Oxford: The Shakespeare Head Press. 1938. pp. 5–8.
↑Barker,, Juliet.The Brontes. Abacus(ingilis). 2010. p. 799.ISBN978-0748122189..
↑Gérin,, Winifred.Charlotte Brontë: the evolution of genius(ingilis). 1969. p. 322.
↑Уолтер Патер. Романтичнейший роман (из эссе) // Эмили Бронте. Грозовой перевал. — СПб.: Издательский дом «Азбука-классика», 2008. — 384 с. —ISBN 978-5-91181-646-9.
↑Mezo,, Richard E.A Student's Guide to Wuthering Heights by Emily Brontë(ingilis). 2002. p. 2.
↑Ш. Бронте. Предисловие редактора к новому изданию «Грозового перевала» / Пер. с англ. М. Тугушевой // Писатели Англии о литературе, XIX—XX вв.: Сборник статей / Сост. К. Н. Атаровой. — М.: Прогресс, 1981. — С. 86-89.
↑ The "Profile Portrait" - Emily or Anne? Дата обращения: 1 декабря 2016. Архивировано 20 октября 2016 года.
↑"Branwell Bronte, the Mad, Bad and Dangerous Brother"(ingilis). The Independent. 22 February 2023.
↑Barker,, Juliet.The Brontes. Abacus(ingilis). 2010. pp. 955–958.ISBN978-0748122189..
↑Fraser,."Charlotte Brontë: A Writer's Life",(ingilis). p. 316.