Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Elektron poçt

Vikipediya, azad ensiklopediya
(Email səhifəsindən yönləndirilmişdir)
İnternet
Visualization of Internet routing paths
İnternetin bir hissəsindəki rutinq yollarının Opte Layihəsi zamanı vizuallaşdırılması
П:  İnternet portalı

Elektron poçt (ing.electronic mail) və yaimeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri.[1] E-mail hazırkı dövrdəinsanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzindəİnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn,veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.ABŞAvropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur

Tarixi

[redaktə |vikimətni redaktə et]

İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışanRels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi:

"İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi."

E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.İnternetin 90-cı illərdə yayılmasıyla birlikdə e-mail çox əhəmiyyətli bir vasitəyə çevrildi. Belə ki, AmerkanınKaliforniya Universiteti, Berkeleyin 2001-ci ildə açıqladığı statistik rəqəmlər bizə emailin nüfuzunu göstərdi. Araşdırmaya görə 2001-ci ildə gündə ortalama 31 milyard email göndərilirdi. 2008-ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. 2011-ci ildə isə bu rəqəmlər bir az daha artaraq 294 milyarda çatdı.[2]

İş prinsipi

[redaktə |vikimətni redaktə et]

Elektron ünvanla işləyərkənSMTPPOP3protokollarından istifadə edilir.SMTP protokolu məktubun göndərilməsinə,POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçtserverin daimi yaddaşında yerləşənkataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər.Abonentserverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır.

Elektron məktublarınünvanıDNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir.

Yazılış qaydası

[redaktə |vikimətni redaktə et]
"ət" işarəsi

abonent@ünvan —@ ("ət" və ya "doq") işarəsikompüterə məktubun göndərildiyiserver ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent dedikdə həminserverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçthostinq serverləri kimiGmail.com,Yahoo!,Hotmail tanınır.MDB məkanında isəYandex,Mail.ru,Rambler kimi poçt servisləri məşhurdur.

.gov – hökumət qurumlarına aid veb və ya elektron poçt ünvanlarını göstərən suffiks (government – hökumət).

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Şəxsi məlumatların qorunması: e-poçt ünvanı".2020-07-02 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2020-07-02.
  2. Bir gündü 294 milyard email gönderiliyorArxivləşdirilib 2015-02-15 at theWayback Machine Hurriyet.com.tr

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
⛭
Asinxron konfrans
Sinxron konfrans
Yayımlama
İnformatika
İnformatika haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Elektron_poçt&oldid=8057014"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp