Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Eduard Mane

Vikipediya, azad ensiklopediya
Eduard Mane
fr.Édouard Manet
Doğum tarixi23 yanvar1832(1832-01-23)[1][2][…]
Vəfat tarixi30 aprel1883(1883-04-30)[1][2][…](51 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Passi qəbiristanlığı[d]
Fəaliyyətirəssam, illüstrasiyaçı[d], litoqraf, memarlıq çertyojçusu[d], boyakar[d], vizual incəsənət rəssamı, incəsənət xadimi
Janrlarportret[4], janr rəssamlığı[4], natürmort[4], peyzaj[4], dini rəssamlıq[d][4]
Stilimpressionizm[4]
Tanınmış işləri
Mükafatları"Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eduard Mane (fr.Édouard Manet;23 yanvar1832[1][2][…]30 aprel1883[1][2][…],VIII arondisman[3]) — fransızimpressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanındanimpressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard ManeÇəmənlikdə səhər yeməyiOlimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsərimodern mədəniyyətin başlanğıcı hesab olunur.

Həyatı və fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Gənclik illəri

[redaktə |vikimətni redaktə et]

Eduard Mane 1832-ci ilin 23 yanvar tarixindəParis şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr.Eugénie-Desirée Fournier)İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.Auguste Manet) isə məhkəmə hakimi vəzifəsində çalışırdı və oğlunun da özü kimi hüquq təhsili alıb, bu sahədə işləməsini istəyirdi. Dayısı Şarl Furnye (fr.Charles Fournier) Manenin rəssam olmasını istəyirdi və bu məqsədlə onu tez-tezLuvr muzeyinə aparırdı. 1825-ci ildə Mane dayısının məsləhətlərindən sonra rəssamlıq dərsləri almağa başladı. Bu dərslər əsnasında gələcəkdə Fransa Mədəniyyət naziri vəzifəsində çalışacaq Antonin Prust ilə tanış oldu. Antonin Prust Eduard Mane ilə ömrünün sonlarına qədər dostluq etmişdir.

1848-ci ildə, atasının təkidlərindən sonra təhsil nazirliyinə məxsus bir gəmi iləRio-de-Janeyro şəhərinə getdi. Dəniz donanmasına daxil olmaq üçün iki dəfə imtahan verdi, ancaq hər iki imtahandan hərbi biliklərinin az olması səbəbindən kəsildi. Atası Manenin hüquq və hərb sahəsində istedadının olmadığını gördükdə, onun rəssamlıqla məşğul olmasına icazə verdi. Mane 1850–1856-cı illərdə irihəcmli tarixi tabloların hazırlanması ilə məşğul olan Tomas Kounturn yanında çalışdı. Mane boş vaxtlarınıLuvr muzeyində olan məşhur əsərlərinin sürətini çıxarmaqla keçirirdi.

1853–1856-cı illərdəAlmaniya,İtaliyaHollandiya kimi ölkələrə səfərlər etdi. Bu səfərləri zamanıFrans Hals,Dieqo VelaskesFransisko Qoyya kimi rəssamların orijinal əsərləri ilə tanış oldu və Mane bu əsərlərdən çox təsirləndi. 1856-cı ildə Eduard Mane şəxsi emalatxanasını açdı.

Yaradıcılığı

[redaktə |vikimətni redaktə et]

Çəmənlikdə səhər yeməyi

[redaktə |vikimətni redaktə et]
Çəmənlikdə səhər yeməyi tablosu

Çəmənlikdə səhər yeməyi[5][6][7] və ya Çəmənlikdə piknik[8] (fr.Le déjeuner sur l'herbe) —Fransızimpressionist rəssamı Eduard Manenin 1862–1863-cü illərdəyağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırdaParis şəhərindəOrse muzeyində saxlanılır. Tabloda, çılpaq qadınla iki qara qeyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın isə suyun icərsində təsvir edilir. Eduard ManeÇəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçünParis Salonuna təqdim etmişdir.[9] Solonda rəsm əsərlərini qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı daha 3.000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir.III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolarRədd edilənlər salonu adlı mərkəzdə toplanırdı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başlanmışdır.[10]

O dövrə qədərDieqo VelaskesFransisko Qoyya kimiispan rəssamlardan təsirlənən Mane bu tablodaİntibah dövrü rəssamlarından təsirlənmişdir.[9] Mane, əsərin mövzusunuTisian VeçellionunFiesta Campestre əsərindən, kompazisiyası isəRafael Santinin hazırladığı,Markantonio Raimondinin yekunlaşdırdığı Parisin günahı adlı qravürdən götürmüşdür.[11][12] Tabloda olan tarixi cizgilərə baxmayaraq, iki kişinin çılpaq qadınla çəmənlikdə təsvir edilməsi, dövrün kübar cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməmişdir.[13]Çəmənlikdə səhər yeməyi həm mövzusu, həm də janrı baxımından sərgilənməyə başladığı gündən etibarən, ciddi mübahisələrə səbəb olmuşdur.[14]

Tablo üçün Eduard Manenin yaxın rəfiqəsi və özü də rəssam olanViktorina Möran çılpaq şəkildə, rəssamın qardaşı Qustav və gələcək bacanağı Ferdinand Leyenhof poza vermişdilər. Əsərin böyük mübahisələrə səbəb olmasından sonra, bir çox nüfuzlu şəxslər Eduard Maneni sərt tənqid etməyə başladılar.[15]

Bütün tənqidlərə baxmayaraq, Manenin mövqeyni müdafiə edən şəxslər də vardı.Emil Zolya,Stefan MalarmeŞarl Bodler kimi cəmiyyətin nüfuzlu şəxsləri əsəri müdafiə edənlər arasında idi.Realizm cərəyanının formalaşmasındaQustav Kurbe və Eduard Manenin rolu böyükdür.Çəmənlikdə səhər yeməyi,OlimpiyaFoli-Berjerdə bar tablolarımodernizm cərəyanının ilk nümunələri hesab olunur.[16] Hər üç tablo Eduard Manenin ən uğurlu işlərindən sayılır. Qeyd edilən tablolarPablo Pikasso,Mari Kasset,Pol SezannKlod Mone kimi dahi rəssamların yaradıcılığına öz təsirini göstərmişdir.[17] Bununla incəsənət dünyasında yeni cərəyanınİmpressionizmin əsası qoyulmuşdur[18]

Olimpiya

[redaktə |vikimətni redaktə et]
Olimpiya tablosu

Tablo, ilk dəfə 1865-ci ildəParis Salonunda, sənətçinin digər əsəri olan"Əsgərlər tərəfindən hörmətsiz olan İsa" ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb oldu.[19] Əsərdə, fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın, üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvirlənmişdi.[20] Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane, klassik tabloların əksinə heç bir göndərmə ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri, birtanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xəttlərə və təzad ehtiva edən sərt rənglərə sahib şəkillə qarşılaşınca çox çaşdılar.[21] Olimpiyanın izləyənlərə utanmazca baxması, işığın qadının nəfəs bədənini oxşaması və üzərində yatdığı atlaz adyallarda əks olunması maraq çəkdi.[22] O ilParis Salonu haqqında yazılan 85 məqalənin 72-si, gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri"Olimpiya" haqqında idi. Salon rəhbərliyi, sərgi davam edərkən, Manenin hər iki portretini başqa bir otağa hərəkət və hücum ehtimalına qarşı qoruma altında tutmaq məcburiyyətində qaldı.[23]

Gələn tənqidlərə qarşıŞarl Bodler,Emil Zolya,Klod Mone kimi adların müdafiə etdiyi tabloda olan çılpaq, Manenin favorit modeliViktorina Möran idi.XVIXVII əsrlərdəYunanRoma heykəllərinin kəşfi ilə çılpaq qadın portretləri məşhur olmuşdu. Mane də"Olimpiya"nın tərkibində bu dövrün əhəmiyyətli nümunələrindən biri olanTisian Veçellionun"Urbinolu Venera" əsərindən təsirləndi.[24] HəmçininCorconenin"Yatan Venera"Fransisko Qoyyanın "Çılpaq Maxa" əsərləri rəssamın digər ilham mənbəyi idi. Bu tarixi göndərmələrə baxmayaraq Manenin qadınında bir etiraz vardır və rəssam ənənəvi əsərlərdə ideal qadın obrazını pozmuşdur.[25]

Pablo Pikasso, Ernst Ludviq Kirçner,Pol Qogen,Pol Sezann, Larri Rivers,Jan Dübüffe, Jan-Mikel Basquiyat kimi rəssamları təsir edən və onlara ilham mənbəyi olan"Olimpiyanın", sənət tarixinin ilkavanqard çılpağı olduğu düşünülür.[26].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Édouard Manet (nid.).
  3. 12http://archives.paris.fr/s/4/etat-civil-actes/resultats/?.
  4. 123456RKDartists (nid.).
  5. Rəssamlar və Qadınlar. Metu Press, 2003. Səhifə 18
  6. Farthing, Stephen.Ölmədən əvvəl baxılmalı 1001 rəsm əsəri. Carette Kitabları. avqust 2007. Səhifə 436.ISBN 978-975-92722-9-6
  7. Sérullaz, 1991. səh. 123
  8. Magalhaes, Roberto Carvalho.Möhtəşəm sənət əsərləri. Alfa kitab evi, 2008. Səhifə 832.ISBN 978-975-297-994-9
  9. 12Walther, 1992. səh. 491
  10. White, Nicholas.The Family in Crisis in Late Nineteenth-century French Fiction.Cambridge University Press, 1999.ISBN 978-0-521-56274-4
  11. Rubin, James Henry.Manet's silence and the poetics of bouquets.Harvard University Press, 1994. Səhifə 47.ISBN 978-0-674-54802-2
  12. Brombert, Beth.Edouard Manet: Rebel in a Frock Coat.University of Chicago Press, 1997. Səhifə 125.ISBN 978-0-226-07544-0
  13. Brombert, Beth.Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 131.ISBN 978-0-226-07544-0.
  14. Mauclair, Camille.The French Impressionists (1860–1900). BiblioBazaar, LLC, 2008.ISBN 978-0-554-28887-1
  15. Acton, Mary.Learning to look at modern art. Routledge, 2004. Səhifə 29.ISBN 978-0-415-23811-3
  16. Harris Jonathan P., Greenberg Clement, Fried Michael, Clark Timothy J.Writing back to modern art: after Greenberg, Fried, and Clark. Routledge, 2005. Səhifə 57.ISBN 978-0-415-32429-8.
  17. Discogs album coverArxivləşdirilib 2020-12-02 at theWayback Machine, accessed 2010–09–05.
  18. Wittel Betina, Hermesch Robert, Breaux T. A.Absinthe, Sip of Seduction: A Contemporary Guide. Fulcrum Publishing, 2008.ISBN 978-1-933108-21-6. Sayfa 11
  19. Little, Stephen. İzmler: Sənəti Anlamaq. Tikinti Sənaye Mərkəzi Nəşrləri, 2006.ISBN 978-975-8599-75-2. Səhifə 81
  20. Jones, Stephenson, 1999. səh. 102
  21. Locke, 2003. səh. 2
  22. Rapelle, 2001. səh. 67
  23. Katz, CELESTINE, 2000. səh. 70
  24. Luban , David. Legal Modernism. University of Michigan Press , 1997.ISBN 978-0-472-08439-5 . Səhifə 56
  25. Berger , John . Görmə Formaları. Metis Yayınları , 2006.ISBN 975-342-083-8 . Səhifə 63
  26. Foster, Hal. Prosthetic gods. MIT Press, 2004.ISBN 978-0-262-06242-8. Səhifə 12

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Rəsm əsərləri
⛭
Yaradıcılar
Təəssürat, Doğan günəş (1872/1873)
Himayəçilər
Tacirlər
ABŞ rəssamları
Digər rəssamlar
Digər media
Həmçinin bax
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Eduard_Mane&oldid=8045847"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp