Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

ETA

Vikipediya, azad ensiklopediya
Baskların Vətəni və Azadlıq

baskEuskadi Ta Askatasuna
Loqonun şəkli
LideriÇabi Eçebarryeta
Arqala
Çomin İturbe
Quruluş tarixi31 iyul1959
Dağılma tarixi3 may2018
İdeologiyaBask milliyyətçiliyi,
Sosializm (marksizm-leninizm),
separatçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ETA (baskEuskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq") —İspaniyanın şimalında vəFransanın cənub-qərbində yerləşənBasklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparanbask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı.1959-cu ildəFrankodiktaturasına qarşı mübarizə məqsədilə yaranmış,2011-ci ildə hərbi mübarizəni dayandırdığını elan etmişdir.[1]

1962-ci ildə təşkil olunan bask solçu milliyyətçilərinin qurultayında təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdu.1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 800 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. İspaniya və Fransa, həmçininAvropa İttifaqıABŞ tərəfindən terror təşkilatı kimi tanınmışdır. Təşkilatın 700-dən artıq üzvü İspaniya, Fransa və digər ölkələrdə həbs cəzasına məhkum edilmişdir.

Həyata keçirdiyi terror aktları arasında1973-cü ildəFransisko Frankonun yerinə hökumətə rəhbərlik edən admiralLuis Karrero Blankonun qətlə yetirilməsi,30 dekabr2006-cı ildəMadridinBarahas hava limanında 2 nəfərin ölümü, 4 nəfərin yaralanması və hava limanı binasının ciddi zədələnməsi ilə nəticələnən partlayış, həmçinin29 iyul2009-cu ildə İspaniyanınBurqos şəhərində Mülki Qvardiyanın əsgərlərinin və ailələrinin yaşadığı binanın qarşısında törədilən, 46 nəfərin yaralanması və 14 mərtəbəli yaşayış binasının qismən zədələnməsinə yol açan partlayış xüsusi yer tutur.

1975-ci ildə Frankonun ölümündən sonra "Basklar ölkəsi" İspaniyanın heç bir bölgəsinin malik olmadığı qədər geniş muxtariyyət qazansa da, ETA tam müstəqillik şüarından əl çəkməyib.

Fransa1990-cı illərədək ETA-nı İspaniyanın daxili problemi kimi qəbul edirdi və təşkilatın üzvləri Fransa ərazisində gizlənərək, öz hücumlarını burada hazırlayırdılar. Xüsusilə də Frankonun dövründə Fransa ETA-ya maneə yaratmırdı. Hazırda da ETA-nın əsas silahlanma mərkəzi Fransa ərazisindədir və təşkilatın rəhbərlərinin həbsləri adətən burada həyata keçirilir. Buna cavab olaraq ETA fransız polisinə, prokurorlara və hakimlərə qarşı bəzi terror aksiyaları həyata keçirmişdir.

ETA5 sentyabr2010-cu ildə atəşkəs elan etmişdir.

20 oktyabr2011-ci ildə ETA hərbi mübarizəni dayandırdığını bəyan etmişdir.[1]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12"Arxivlənmiş surət".2018-06-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-10-21.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaETA ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=ETA&oldid=7001262"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp