Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

EPROM

Vikipediya, azad ensiklopediya

EPROM (erasable programmable read-only memory ~ silinəbilən proqramlaşdırılabilən daimi yaddaş) – enerji mənbəyindən asılı olmayan, hazırlandıqdan sonra proqramlaşdırılanyaddaş mikrosxemi. Enerji mənbəyindən asılı olmayan yaddaşda saxlanılan verilənlərdə və ya mikroproqramlarda dəyişiklik etmək lazım gəldikdə yeni PROM modulları hazırlamaqdansa, EPROM mikrosxemini yenidən proqramlaşdırmaq daha faydalı ola bilər. PROM-dan fərqli olaraq, EPROM mikrosxeminin tərkibini silmək olar; adətən, bunun üçün mikrosxemdən qoruyucu qapaq çıxardılır və mikrosxem ultrabənövşəyi işıqla şüalandırılır, bundan sonra onu yenidən proqramlaşdırmaq olar. EPROM yaddaşının PROM-dan baha olmasına baxmayaraq, son nəticədə o, daha qazanclı ola bilər (xüsusən, tez-tez dəyişikliklər gərəkli olduqda).

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=EPROM&oldid=7702607"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp