Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Duman

Vikipediya, azad ensiklopediya
Duma ilə səhv salmayın.
San-Fransisko körfəzində duman

Dumanhavada xırda su buxarı hissəciklərininkondensasiya məhsullarının toplanması, daha doğrususu buxarınınYer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxanatmosfer hadisəsi.Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur.

Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.

İlıq və rütubətlihavanın soyumuşYer səthi üzərində hərəkəti nəticəsində əmələ gələndumana advektiv duman deyilir. Advektiv dumanokeanlarda isticərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Duman&oldid=8066053"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp