Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Doqquz Xatun

Vikipediya, azad ensiklopediya
Doqquz xatun
1256 –1265
SonrakıMariya Paleologina
Şəxsi məlumatlar
Doğum tarixiII minillik
Vəfat tarixi
Həyat yoldaşıHülaku xan
Uşağı
AiləsiKereitlər[d]
DiniNestorianlıq

Orokina Xatun, digər adıylaDoqquz Xatun (?- ö. 16 iyun 1265, Elxanilər dövləti) —XIII əsrdə yaşamış və Monqol hökmdarıHülaku xan ilə evli olan birKereit xanzadəsiydi.[1] Hülaku xanınBağdadıalması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi.[2]

Həyatı

[redaktə |vikimətni redaktə et]
Süryani İncilindəHülakü və Doqquz Xatun

Doqquz XatunKereitlərin bir zamanlar xanı olmuşToğrul xanın oğlu Uyku və ya Abaqunun qızı idi.[3] O, babasının ölümündən sonra ilk öncəÇingiz xanın oğluToluy xana ərə verilmişdi. Beləki babası gələcəyinÇingiz xanına 1203-cü ildə məğlub olduqdan sonra Doqquz Xatun onun ən gənc oğluToluya ərə verilmişdi. Toluyun 1232-ci ildə vəfat etməsindən sonra o,levirat evliliyə uyğun olaraq vəfat etmiş ərinin oğlu Hülakü xana ərə verildi. Bu zaman Hülakü xan özününOrta Şərqə doğru yürüşünə başlamaqda idi. Doqquz Xatunun əriHülakünü hərbi yürüşlərdə müşayiət etdiyi bilinməkdədir.Bağdadın mühasirəsi zamanıHülakü xan minlərlə insanə qətlə yetirilməsi barədə əmr versə də, Doqquz Xatunun müdaxiləsi ilə xristianlar qətllərdən azad edilmişdilər.[2]

Doqquz Xatun Şərq KilsəsininNestorian xristian inancında olan bir şəxs idi və o dövrün qaynaqlarında tez-tez xristian inancının böyük xeyriyyəçisi kimi qeyd edilməkdədir.AvropayaMəmlük dövlətinə qarşı ittifaq formalaşdırmaq üçün göndərilən monqol elçilikləri Doqquz Xatunun xristian inancında olmasından istifadə etməyə çalışırdılar. Belə elçiliklərElxani imperatriçası olan Doqquz Xatun və onun bibisiSörköktəni Bəgi kimi əsilzadələrin Prester Conun[a] soyundan gəldiklərini bildirirdilər.[2]

Hülakü xanın ölümündən sonra Doqquz Xatun özünün ögey övladıAbaqa xanın taxta iddiasını dəstəkləmiş, hətta ərinin ölümündən sonra da saraydakı nüfuzunu qoruyub saxlaya bilmişdir.[6] Eyni zamanda o,I Denhanın Şərq Kilsəsi rəhbərliyinə keçməsini də təmin etmişdir.[7] O, 16 iyun 1265-ci ildə ərinin ölümündən 4 ay sonra vəfat etmişdir. Stefanos Orbelian daha sonralar iddia etmişdi ki, guya Doqquz Xatun əslindəŞəmsəddin Cüveyni tərəfindən zəhərlənərək öldürülmüşdür. Lakin bu barədə başqa qaynaqlarda heç bir şey deyilməməkdədir.[6] Doqquz Xatunun heç bir övladı olmamışdır. Lakin o, Hülakünün cariyələrdən olan övladlarının yetişdirilməsində mühüm rol oynamışdı.[6]

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. Prester Con əfsanəvi xristian patriarxı, presviteri və kralıdır. 12-17-ci əsrlərdə onun barədə Avropada əfsanəvi hekayələr dolaşmaqda idi. Onun Şərqdə bütpərəstlər və müsəlmanlar arasında itirilən bir xristian xalqa hakimlik etdiyi bildirilirdi.[4][5]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Runciman, 1987. səh. 299
  2. 123Runciman, 1987. səh. 303
  3. May, 2016. səh. 146
  4. Delaney, 2012. səh. 28
  5. Rossabi, 1992
  6. 123Melville, 1995. səh. 303
  7. Mazzola, 2018. səh. 413

Mənbə

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Doqquz_Xatun&oldid=7739439"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp