Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Donald Tramp

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Donald.
"Tramp" bura istiqamətləndirir. Eyni soyadlı digər şəxslər üçün bax:Tramp (dəqiqləşdirmə).
Donald Tramp
Donald Trump
Rəsmi portret, 2025
Rəsmi portret, 2025
Vəzifədədir
20 yanvar 2025-ciildən
    Vitse-prezidentCeyms Devid Vens
    ƏvvəlkiCo Bayden
    20 yanvar 2017 20 yanvar 2021
    Vitse-prezidentMayk Pens
    ƏvvəlkiBarak Obama
    SonrakıCo Bayden
    Şəxsi məlumatlar
    Doğum adıDonald John Trump[1]
    Doğum tarixi14 iyun1946(1946-06-14)[2][1][…](79 yaş)
    Doğum yeri
    Partiya
    Təhsili
    Fəaliyyətibiznes maqnatı,investor,siyasətçi,oyun şousu aparıcısı[d],televiziya prodüseri[d],film prodüseri,yazıçı,aktyor,baş icraçı direktor,tacir,iş adamı,sahibkar
    AtasıFred Tramp[2][1]
    AnasıMeri Enn Maklaud[1]
    Həyat yoldaşı
    Uşaqları
    Elmi fəaliyyəti
    Elm sahəsimedia şəxsiyyəti[d],siyasət[7],kommersiya[7]
    Elmi dərəcəsi

    Təltifləri
    "Nil" ordeni — 2025Order of Mohammed — 2021"Kral Əbdüləziz" ordeniGrand Order of Mugunghwa — 2025"Zeyd" ordeni — 2025Order of Freedom — 2020Ellis Island Medal of Honor — 1986
    "Şəfəq" ordeni — 2012
    İmzanın şəkli
    donaldjtrump.com
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Donald Con Tramp (ing.Donald John Trump;14 iyun1946[2][1][…],Kuins,Kuins,Nyu-York,ABŞ[2][1]) — ABŞ siyasətçisi, iş adamı,ABŞ-nin 45-ci (2017–2021) və47-ci prezidenti (2025-ci ildən).

    Tramp 1968-ci ildəPensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olmuşdur. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin "Trump" adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"-nin istehsalını və aparıcılığını etmişdir.

    Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir. O cümlədən, onun müəssisələri altı dəfə iflas edib.Respublikaçılar Partiyasına mənsub olan Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokratHillari Klintonu üstələyərək prezident postuna yiyələnib. Onun prezident seçilməsi ölkədə kütləvi etirazlara səbəb olub. Trampxarici siyasət məsələlərinə qarışmamağı üstün tutur. O,mühafizəkarlığın təbliğinə önəm verir.

    Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-yə gəlişinə müvəqqəti qadağa qoyan miqrasiya sərəncamı imzalamışdır.

    6 noyabr 2024-cü ildə prezident seçkilərində qalib gəldi. Vəzifəsinin icrasına 20 yanvar 2025-ci ildə başlamışdır.

    Həyatı

    [redaktə |vikimətni redaktə et]

    Donald Tramp 14 iyun 1946-cı ildəKuins şəhərində anadan olub (Nyu-York ştatı).

    Atası —Fred Krist Tramp (11. oktyabr 1905,Vudheyvn,Nyu-York,ABŞ — 25. iyun 1999).

    Anası —Meri Enn Maklaud (10. may 1912, Tonq,chile,Lyuis adası,Şotlandiya — 7. avqust 2000). 1930-cu ildə 18 yaşındaNyu-Yorka bayram şənliklərinə gedir və orada bir inşaatçıya rast gələrək orada qalır. Toyları 1936-cı ildə olub.

    Donaldın ata tərəfindən baba və nənəsialman immiqrantları olublar: Frederik Tramp (ilk adlanması Fridrix Trump, 14. mart 1869,Kalşdtadt,Reynland-Pfals — 30. mart 1918)ABŞ-yə 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb; onun həyat yoldaşı — Elizabet Krayst (10.10.1880–6.06.1966)[9]. 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər.

    Ana xətti ilə D. Trampşotlanddır.

    Tarmpın iki qardaşı və iki bacısı var — Fred (kiçik), vəfat edib, Robert, Mariann və Elizabet. Böyük bacısıMarianna Tramp Barri — federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğluDevid Dezmond ABŞ-də məşhur neyropsixoloq və yazıçısıdır.

    Evlilikləri və övladları

    [redaktə |vikimətni redaktə et]

    D. Trump ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var. Trump ilk olaraq çexiyalı model Ivana Zelniçkova ilə evlənmişdir.1992-ci ildə boşanmalarına baxmayaraq yaxın əlaqələri uzun müddət davam etmişdir.1997-ci ildə aktrisa Marla Mapleslə evlənmişdir.2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırmışdır. Bu evlilikdən Tiffany adında bir qızları olub.3-cü evliliyini slovyan model Melaniya Trumpla olmuşdur.

    Uşaqlıq və yeniyetmə illəri

    [redaktə |vikimətni redaktə et]

    Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub və 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə şəxsi "Nyu-York hərbi akademiyası" məktəb-internatına göndəriblər[10]. Orada Tramp məktəbin mükafatlarını alır, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962–1964-cü illərdə beysbol komandalarında oynayır (1964-cü ildə komandanın kapitanı olur). Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə mükafatlandırır.

    1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdəBarışıq GünündəBeşinci Avenyda kursantların sıra yürüşünü təşkil etdilər.

    Özünün "Sövdələşmə məharəti" kitabında Tramp özünün tələbə karyerası haqqında yazır:

    "1964-cü ildə Nyu-York hərbi akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm … amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir.Fordem Universitetində oxumağa başladım... amma iki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün, elə oxumamağıma bərabərdir. Ona görə dəPensilvaniya Universiteti tərkibindəkiUorton Biznes Məktəbinə ərziə verdim və qəbul olundum … Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım."

    O 1968-ci ildəUorton Biznes Məktəbiniiqtisadiyyat ixtisasını maliyyə işləri üzrə ixtisaslaşan bakalavar dərəcəsi ilə bitirdi. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi.

    Şəxsi həyatı

    [redaktə |vikimətni redaktə et]

    Donald Trump lüks malikanələrdə yaşamağı sevir. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.[11]

    Karyerası

    [redaktə |vikimətni redaktə et]

    İlk dövr fəaliyyəti (1968–1989)

    [redaktə |vikimətni redaktə et]
    ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziriPaolo Gentiloni, 20 aprel 2017-ci il

    Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti iləBruklinddə,KuinsdəStaten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. O hələ kollecdə təhsil alarkənOhayo ştatında,Sinsinati şəhərində 1.200 mənzillik binanın modernləşməsindən başlayır : o prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi, Donald isə onu 100 faizə çatdıraraq binanı sata bilir. Bunun sayəsindəTrump Organization şirkəti binanı "Svift-Villic" şirkətinə 12 milyon dollara satır və 6 milyon dollar təmiz gəlir götürür.

    1971-ci ildə TrampManhettenə gəlir. O burada böyük imkanlar gördü. Manhettehdə memar layihələndiriliməsinə görə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mükün idi. İlk növbədəVest-Saydıb mərkəzi hissəsində köhnə Pensilvaniya sahələrində inşaat icazəsi alır. Sonradan iflas olanKommodor hotelini modernləşdirməklə onu yeni "Qrand- Hayatt" hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur.[12]

    Tramp öz torpağında tikilənCeykoba Cevitsa konfrans mərkəzinin baş çatmasında iştirak edir. Bu məsələdə trampla Nyu-York administrasiyası üz-üzə gəir : Tramp bu layihəni 110 milyon dollara qiymətləndirir, administrasiya isə onu 750 milyondan 1 milyard dollara qədər qiymətləndirir. Bu məslədə Donaldın təklifi qəbul edilmir.[13]

    Donald Tramp prezidentRonald ReyqanlaAğ Evdə rəsmi qəbul zamanı, 1987.

    Eyni vəziyyət şəhər administrasiyasınınNyu-York mərkəzi parkında Uolmen-Rink katokunun yenidən qurulumasında da baş verdi. Layihənin icrasına 1980-ci ildə başlandı və iki il yarıma nəzərdə tutulmuşdu. Ancaq işə 12 milyon dollar sərf edilsə də hətta 1986-cı ilə də iş başa çatmadı. Tramp obyekti pulsuz qəbul edərək onu öz hesabına başa çatdırmağı təklif etdi. Ona imtina etdilər və bu barədə yerli mətbuat yazmağa başladılar. Sonda Tramp bu razılığı aldı və nəzərdə tutulan 3 milyon dollardan 750 min dollarını qənaət etdi və altı aya işi başa çatdırdı.[14]

    Prezidentliyi (2017–2021)

    [redaktə |vikimətni redaktə et]
    Başlıq genişləndirmək
    Bu altbaşlığıgenişləndirmək lazımdır.
    Тramp seçicilərlə görüşdə (16. iyun 2016)

    Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi —demokratHillari Klintonu üstələyərəkABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildə isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb. O,2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibiCo Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona devr edir.[15]

    Prezidentlikdən sonrası (2021–h.h)

    [redaktə |vikimətni redaktə et]
    [icon]
    Bu bölmə boşdur.
    Məzmunəlavə edərək kömək edə bilərsiniz.

    2024 ABŞ prezident seçkilərində iştirakı

    [redaktə |vikimətni redaktə et]
    Başlıq genişləndirmək
    Bu altbaşlığıgenişləndirmək lazımdır.

    Tramp2024 ABŞ prezident seçkilərindəRespublikaçılar Partiyasının mümkün prezident namizədidir.[16] Eyni zamanda o, maliyyə saxtakarlığında ittiham olunduğu 34 epizodun hamısında təqsirli bilinib.[17]

    Sui-qəsd cəhdi

    [redaktə |vikimətni redaktə et]

    Tramp 14 iyul 2024-cü ildəPensilvaniya ştatının Balter yaxınlığında siyasi mitinq keçirən vaxt uğursuzsui-qəsd cəhdi nəticəsində qulağından güllə yarası alıb.[18][19] ABŞ Gizli Xidməti onu hadisə yerindən uzaqlaşdırarkən Tramp yumruğunu havaya qaldırıb. Ona yerli tibb müəssisəsində tibbi yardım göstərilib, ciddi xəsarətinin olmadığı açıqlanıb. Güllələr üç izləyiciyə də tuş gəlib, onlardan biri ölüb.[20][21][22] Sui-qəsdçi hadisə yerində Gizli Xidmətin snayperi tərəfindən zərərsizləşdirilib.[23][24] Səlahiyyətlilər hadisənin sui-qəsd cəhdi kimi araşdırılacağını açıqlamış vəFBI sui-qəsdçinin Pensilvanyanın Bathl Park qəsəbəsindən 20 yaşlı Tomas Metyu Kruks olduğunu müəyyən etmişdir.[25][26]

    Filmoqrafiya

    [redaktə |vikimətni redaktə et]
    Əsas məqalə:Donald Trampın filmoqrafiyası

    İstinadlar

    [redaktə |vikimətni redaktə et]
    1. 1234567Certificate of Birth Registration.
    2. 12345The Jamaica Hospital Certificate of Birth.
    3. Bush says Trump was a Democrat longer than a Republican 'in the last decade'. 2015.
    4. https://www.hollywoodreporter.com/features/trumps-wedding-melania-bill-hill-880088.
    5. 123President Donald J. Trump (ing.). 2017.
    6. 123Familypedia (alm.). 2004.
    7. 12Çex Milli Hakimiyyət Məlumat bazası.
    8. Yes, Donald Trump really went to an Ivy League school.The Washington Post, 2015.
    9. "Ancestry of Donald Trump". WARGS.11 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 may 2008.
    10. Bender, Marylin."The Empire and Ego of Donald Trump".The New York Times. 7 avqust 1983.11 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 may 2008.
    11. "Donald Trumpın sahib olduğu 5 möhtəşəm ev".7 mart 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 avqust 2021.
    12. "The House that Fred Built". The New York Time on the Web.11 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 iyul 2008.
    13. "No Stadium Needed".The New York Sun.7 dekabr 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 may 2008.
    14. "FASTER AND CHEAPER, TRUMP FINISHES N.Y.C. ICE RINK". Philly.com.11 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 iyul 2007.
    15. "Trump ikinci kez azline karar verilen ilk ABD Başkanı oldu, binlerce Ulusal Muhafız Kongre binasında nöbet tutuyor".14 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 iyun 2024.
    16. Colvin, Jill."Trump clinches 2024 Republican nomination". PBS NewsHour. 12 mart 2024.29 aprel 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 aprel 2024.
    17. "Donald Tramp hətta həbsxanada olsa, seçkilərdə iştirak edə biləcək".1 iyun 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 iyun 2024.
    18. "Secret Service rushes Trump off stage after popping noises heard at his Pennsylvania rally". NBC News(ingilis). 13 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyul 2024.
    19. "Trump wounded in assassination attempt. Biden calls it 'sick': Here's what we know". USA Today(ingilis). 13 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyul 2024.
    20. "Trump rally erupts in gunfire, former president safe, officials say". Reuters(ingilis). 13 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.
    21. "Trump's ear shot at rally in assassination attempt; gunman killed". USA Today(ingilis). 14 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.
    22. Sitat səhvi: Yanlış<ref> teqi;abcshootingJuly13 adlı istinad üçün mətn göstərilməyib
    23. "Donald Trump 'Fine' After Shots at Rally; Shooter Reportedly Killed". WSJ(ingilis). 13 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.
    24. "Law enforcement officials say assailant who opened fire at Trump rally was a 20-year-old man from Pennsylvania". AP(ingilis). 13 iyul 2024.13 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.
    25. "Trump injured in assassination attempt at rally in Butler; 1 attendee, suspected shooter killed". WPXI(ingilis). 14 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.
    26. "Live updates: Trump rally shooter ID'ed as Thomas Matthew Crooks by FBI". CNBC(ingilis). 14 iyul 2024.14 iyul 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 iyul 2024.

    Həmçinin bax

    [redaktə |vikimətni redaktə et]

    Xarici keçidlər

    [redaktə |vikimətni redaktə et]
    Facebook (ing.) ·Facebook (ing.) ·Facebook ·X (ing.) ·X
    Foto, video və audio
    Tematik saytlar
    Lüğətlər və ensiklopediyalar
    Şəcərə və nekropolistika
    BIBSYS: 97055467 ·BNC: a19573753 ·BNE: XX1127639 ·BNF: 12195835j ·CALIS: n2004370981 ·CiNii: DA08488604 ·CONOR: 74264419 ·EGAXA: Balis72483214 ·GND: 118834312 ·GTAA: 162022 ·ICCU: RAVV282134 ·ISNI: 0000000108986765 ·LCCN: n85387872 ·LNB: 000084831 ·NCL: 000593845, 002505241 ·NDL: 00476339 ·NLC: 040853213 ·NKC: jn19990008619 ·NLA: 35123886 ·NLG: 265994 ·NLR: 000226533 ·NLP: a0000001184270 ·NSK: 000386800 ·NTA: 073829463 ·NUKAT: n00079388 ·PTBNP: 1297779 ·РГБ: 000018418 ·LIBRIS: 291160 ·SUDOC: 145942198 ·VIAF: 49272447 ·ULAN: 500082105 ·WorldCat VIAF: 49272447
    ⛭
    Hazırkı G7 liderləri
    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Donald_Tramp&oldid=8484802"
    Kateqoriyalar:
    Gizli kateqoriyalar:

    [8]ページ先頭

    ©2009-2026 Movatter.jp