Diskordianizm, müxtəlif şəkildədin,fəlsəfə,paradiqma və ya dinin təqlidi kimi müəyyən edilən Yunan fitnə və nifaq ilahəsiEridaya[1] həsr olunmuş bir inancdır. Bu cərəyan1963-cü ildə Qreq Hill və Kerri Vendell Tornlinin birgə yazmış olduqları kitabı -ing.Principia Discordia- nın[2] nəşrindən sonra yaradılmışdır.
Diskordianizm Rinzai məktəbinin, eləcə dəDaosizm fəlsəfəsinin şərhlərinə əsaslanaraqZen-buddizmə bənzədilib. Diskordianizm, həmnizamın, həm də nizamsızlığın insansinir sistemi tərəfindən kainata tətbiq etdiyi illüziyalar olduğu və bu zahiri nizam və pozğunluq illüziyalarının heç birinin digərindən daha dəqiq və ya obyektiv olaraq doğru olmadığı fikrinə əsaslanır.
Diskordianizmin təqlidçi din olduğuna dair bəzi müzakirələr var. Diskordianların sayını təxmin etmək çətindir, çünki onlardan Diskordianizmi yeganə inanc sistemi kimi qəbul etmələri tələb olunmur.[3] Bu cərəyanda ayrılıqlar vəfitnəkarlıq yaratmağa təşviq var.[4][5]
Episkoposlar, ehtimal ki, Diskordianizm təriqətlərinin nəzarətçiləridir. Onlar Erida iləepifiz vəzilərindən istifadə edərək danışırlar.Principia Discordia- da deyilir ki, Erida və ya Eris hər dinləyiciyə fərqli şeylər deyir. O, hətta hər Episkoposa kökündən fərqli şeylər deyə bilər, lakin onun dedikləri eyni dərəcədə onun sözüdür kimi fikirlərin səsləndirilməsi bəziləri üçün absurd, amma bu dini qəbul edənlər üçün dərin məna kəsb edir.[6]
Principia Discordia- ya görə, "Yer üzündəki hər bir kişi, qadın və uşaq"papadır.[7]Principia Discordia- ya daxil edilmiş rəsmi Papa kartı hər kəsə sərbəst şəkildə paylana bilər.[7] Lakin papalıq bu karta sahib olmaqla verilmir.
Papa anlayışının Diskordianizmdə geniş səlahiyyətləri mövcuddur. Məsələn,Principia Discordia -nın girişində deyilir: "Yalnız Papamüqəddəsi kanonlaşdıra bilər. Beləliklə, siz özünüzü və hər kəsi və ya başqa bir şeyi müqəddəs təyin edə bilərsiniz."
Diskordianizmdə beş müqəddəs sinif var. Onlar ən yaxşı nümunə və kamilliyə daha yaxın olanlardır.[8] Bu siniflərdən yalnız birincisi - "Müqəddəs ikinci sinif" həqiqi insanları (mərhum və yaşayan) ehtiva edir, növbəti siniflər Diskordiya baxışına daha yaxşı çata bilən uydurma varlıqlardan ibarətdir.[9]
Müqəddəs ikinci sinfin məşhur nümunəsi 19-cu əsrdə San-Fransisko sakiniİmperator Nortondur, ruhi əzab çəkməsinə baxmayaraq şəhərin çox hissəsi tərəfindən sevilirdi. Həyatını gördüyü və hiss etdiyi həqiqətə uyğun yaşadığı və başqalarının qəbul etdiyi reallığa məhəl qoymadığı üçün Diskordianizm daxilində bir müqəddəs kimi şərəfləndirilir.[10]
Diskordian əsərlərə bir sıra kitablar daxildir, lakin onların hamısı hazırda mövcud deyil. Nəşr olunanlar arasında ilk dəfə 1965-ci ildə nəşr olunanPrincipia Discordia var (buraya“Həqiqətin Dürüst Kitabı” nın hissələri daxildir); vəİlluminatus!Trilogiy- ilk cildi 1975-ci ildə nəşr olunmuşdu.
Principia Discordia, Qreq Hill və Kerri Vendel Tornli tərəfindən yazılmışdini mətndir.NyutonunPrincipia Mathematica- nı xatırladanPrincipia Discordia ifadəsi, ehtimal ki, Diskordant Prinsiplər və ya Uyğunsuzluq Prinsipləri mənasında nəzərdə tutulub.
Summa Universalia, Kainatın xülasəsi olduğu iddia edilən Qreq Hillin başqa bir əsəri idi, lakin heç vaxt nəşr olunmadı.Principia nəşrlərindən birinin müqəddiməsində bu barədə bəhs edilmiş və əsərdən birinci nəşrdə sitat gətirilmişdir.[11][12][13][14]