Bu məqaləünsiyyət vasitəsi olan dil haqqındadır.Digər mənalar üçünDil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Mixi yazı, tanınan ən qədimi yazı növlərindən biridir. Dilin yazıya geçməsindən əvvəl, bu yazıların tarixindən hətta minlərcə il əvvəl də danışıldığı qəbul edilir.
Dil — ancaqinsanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərtisistem.
O, yalnızünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.
Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir[2]