Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Devid Lloyd Corc

Vikipediya, azad ensiklopediya
Deyvid Lloyd Corc
David Lloyd George
Böyük Britaniya baş naziri
Böyük Britaniya baş naziri
6 dekabr 1916 –19 oktyabr 1922
ƏvvəlkiHerbert Henri Askvit
SonrakıEndryu Bonar Lou
Şəxsi məlumatlar
Doğum adıDavid Lloyd George
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeriTŷ Newydd,Llanystumdwy,Caernarfonshire,Uels,Böyük Britaniya
Vəfat səbəbibeyin şişi
VətəndaşlığıBritaniya
PartiyaLiberal (1890–1916) və (1924–1945)Milli Liberal (1916–1924)
Fəaliyyətisiyasətçi, diplomat, Solisitor, dövlət qulluqçusu, yazıçı
Uşağı5
DiniBaptizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devid Lloyd Corc (ing.David Lloyd George;17 yanvar1863[2][3][…],Mançester,Lankaşir[1]26 mart1945[1][2][…]) – britaniyalı siyasətçi,1916-1922 illərdə baş nazir. 1945-ci ildə ölümündən qısa bir müddət əvvət Dvifor qrafı rütbəsi verildi.

Liberal Partiyasından seçilən sonuncu baş nazirdir.Birinci Dünya müharibəsi ərzində ölkəsini idarə etdi, müharibədən sonra Avropanın yenidən dirçəlməsində baş rol oynadı.Osmanlı İmperiyasını parçalama siyasətini dəstəklədi,İstiqlaliyyət Müharibəsi boyunca İngilis hökumətini idarə etdi.Türkiyə Cümhuriyyətinin qurulmasına səbəb olantürklərə qarşı açılmış müharibənin baş memarı oldu.

Gənclik illəri

[redaktə |vikimətni redaktə et]

1863-cü ildəMançesterə bağlı Korlton-on-Medlokda doğulan Lloyd Corc, fəhlə ailəsindən olan ilk ve əslənUelsdən olan yeganə Böyük Britaniya baş naziridir.

Hüququ bitirdi.1885-ci il seçkilərindəAusten Çamberlainın islahat programından təsirlənərək Liberal Partiyaya qatıldı.İrlandiyanın muxtariyyəti (Home Rule) üçün mübarizə aparan baş nazirWilliam E. Gladstoneun təqibçisi oldu. Uels üçün oxşar bir muxtariyyət programı təşkil etməyə çalışdı.1890-cı ildə parlamentə girdi. Parlamentdə xüsusiləAnqlikan Kilsəsinin rəsmi statusuna veBor Müharibəsinə qarşı çıxışları ilə tanındı.

1905-ci ildə Nazirlər Kabinetinə daxil oldu.1908-ci ildə maliyyə naziri oldu. İngiltərədə sosial təhlükəsizlik sisteminin qurulmasında baş rol oynadı. İşçi hüquqlarını müdafiə etdi. Lordlar Palatasının ayrı-seçliliklərinə qarşı mübarizə apararaq aristokratiyasın ingilis siyasətindəki ağırlığının azaldılmasını təmin etdi.

Baş Nazirliyi

[redaktə |vikimətni redaktə et]

Baş NazirAsquith liderliyindəki Liberal Partiya 1916-cı ildə bölündükdən sonra, Lloyd Corc partiyanın bir qanadı ilə birlikdə ayrılaraq Muhafizəkar Partiyanın dəstəklədiyi bir koalosiya hökuməti qurdu.6 dekabr1916-cı ildə baş nazir oldu.Birinci Dünya müharibəsinin son iki ilində, beş nəfərlik "Savaş Kabineti" ilə ingilislərin müharibə siyasətini idarə etdi.

Müharibədən sonra toplananParis Sülh Konfransı Lloyd Corcun karierasının zirvəsi idi. Parisdə qaldığı beş ay ərzindəFransa baş naziriClemenceauABŞ baş naziriVilson üzərində üstünlüyə sahib oldu. Müharibədən sonra başdaAlmaniyaOsmanlı İmperiyası olmaqla, yeni qurulacaq dünya nizamını müəyyən etməkdə mühüm rol oynadı.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123Ллойд Джордж Дэвид //Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред.А. М. Прохорова 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  2. 12Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Blake R. N. W., Blake B. David Lloyd George //Encyclopædia Britannica (ing.).
⛭
XVIII əsr
XIX əsr
XX əsr
XXI əsr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Devid_Lloyd_Corc&oldid=8006234"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp