Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Desfluran

Vikipediya, azad ensiklopediya
Desfluran
Desfluran
Desfluran
Kimyəvi birləşmə
IUPACDesfluran
Brutto-
formul
C3H2F6O 
Mol.
kütlə
168.038 g/mol
CAS57041-67-5
PubChem42113
DrugBankDB01189
Təsnifatı
ATKN01AB07
Farmakokinetika
Metabolizmolunmur
Ekskresiyarenal
Dərman forması

Desfluran fluran qrubundan yeni dövr inhalyasion anestetiklərindən olub, yaxşı hipnotik, lakin zəif analgetik və əzələ relaksasiya təsirə malikdir. 1992-ci ildən sintez olunmağa başlanılmış desfluran demək olar ki, indiki dövrdə anesteziyada gniş tətbiq olunmaqdadır. Sələflərindən tez təsirli, bədəndən tez xaric olma, həlim anestesiya effektliliyi, minimal toksikliyi ilə müsbət şəkildə fərqlənir. DesfluranAlmaniya,Avstriyaİsveçrədə Bekster firmasının istehsal etdiyiSuprane adı ilə tanınır.

Kimyəvi xüsusiyyəti

[redaktə |vikimətni redaktə et]

Xüsusiyyətləri

[redaktə |vikimətni redaktə et]

Desfluranın maye kimi sıxlığı 1,465 q/ml olub, qaynama temperaturu 22,8 °C, buxar təzyiqi 20 °C 88,5 kPa-dır. Aşağı qaynama temperaturuna malik olduğuna görə onun istifadəsi üçün xüsusi dozimetr qurğu gərəkdir[1].

Stereokimyası

[redaktə |vikimətni redaktə et]

Desfluran rasemat, yəni aşağıdakı iki enantiyomerin 1: 1 qarışığıdır:[2]

Enantiomeri Desfluran
Structural Formula of (R)-Desfluran
(R)-Enantiomer
Structural Formula of (S)-Desfluran
(S)-Enantiomer

Farmakologiyası

[redaktə |vikimətni redaktə et]

Desfluranın qanın qaz tərkibində yayılma dərəcəsi 0,42-dir. Belə ki, desfluranın alveol qovucuqlarında 1həcm faizi, qanda 0,42 həcm faizinə bərabərdir. Desfluranın tez bir zamanda yuxuya getmə və yuxudan ayılma qabiliyyətinə malik olması, onun alveollardan qana yüksək keçmə xüsusiyyəti ilə izah olunur, lakin desfluranın qanda həllolma dərəcəsi zəifdir. Onun minimal alviol konsentrasiyası (MAK) 6%-dir. Bununla da o, izofluran və sevoflurandan fərqli olaraq bir qədər zəif potensiyaya malikdir. Desfluranın digər bir zəif cəhəti isə nəfəs yolu selikli qişalarına qıcıqlandırıcı təsir eməsidir ki, bu da bronxospazmlara və larinqospazmlara gətirib çıxara bilir. Bu məqsədlə giriş narkozu qismində istifadəsi məsləhət görülmür[1].

Desfluranın metobolizm dərəcəsi çox aşağı olub, 0,1% təşkil edir. Bu xüsusiyyətinə görə də qaraciyər toksikliyi çox zəifdir. Qaraciyəri zədəli yaxud xəstə olan pasiyentlərin narkozunda istifadəsi üçün tam müvafiq sayılır. Digər inhalyasion anestetiklər kimi desfluran da beyindaxili təzyiqi artırır, eyni zamandabədxassəli hipertermiyaya səbəb ola bilir[1].

Anesteziya təsiri əsas nəzəriyyəyə əsasən desfluranın sinir membrabındazülal, lipid və su ilə müştərək və mürəkkəb əlaqəsi ilə izah edilir.

Əlavə təsirləri

[redaktə |vikimətni redaktə et]
  • Selikli qişanı qıcıqlandırdığına görə öskürək,
  • Başağrısı
  • Ürək ritminin pozğunluğu: taxikardiya, bradikardiya
  • Hipertoniya, hipotoniya
  • Faringit
  • Konyunktivit
  • Ürəkbulanması, qusma

Əks göstərişlər

[redaktə |vikimətni redaktə et]
  • Koronar ürək xəstəliyində (ürəyin işemik xəstəliyində)
  • Bədxassəli hipertoniya riskli xəstələrə.
  • Uşaq cərrahiyyəsində

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 123Rolf Rossaint, Christian Werner, Bernhard Zwissler (Hrsg.): Die Anästhesiologie. Allgemeine und spezielle Anästhesiologie, Schmerztherapie und Intensivmedizin. 2., aktualisierte und erweiterte Auflage. Springer, Heidelberg 2008,ISBN 978-3-540-76301-7, S. 297–320.
  2. Rote Liste Service GmbH (Hrsg.):Rote Liste 2017 — Arzneimittelverzeichnis für Deutschland (einschließlich EU-Zulassungen und bestimmter Medizinprodukte). Rote Liste Service GmbH, Frankfurt/Main, 2017, Aufl. 57,ISBN 978-3-946057-10-9, S. 175.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Desfluran&oldid=7162028"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp