Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Dasit

Vikipediya, azad ensiklopediya
Boz,qırmızı, dəyişilmiş ağ, axın formalı pemza dasitlər
QAPF diaqramında dasit

Dasit[1] – narın dələnli, turş tərkibliriolit və orta tərkibliandezitin arasında keçid tiplimaqmatik süxur.[2] Adı qədimRoma Dakiyasından (Dacia) götürülüb.[3]

Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip.

Tapılması

[redaktə |vikimətni redaktə et]

Dasitlava axınlarında, lava gümbəzlərində,daykalarda, sillərdə vəpiroklastik tullanıtlarda rast gəlinir. O adətənsubduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavanokean plitəsinin əridiyi yerdə tapılır.[2]

Mineraloji tərkib

[redaktə |vikimətni redaktə et]
TAS diaqramında dasit

Riolitandezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çoxkvarsı, riolitə nisbətən isə daha çoxplagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin vəlabradoritlər olur.[3] Dasitqranodioritin narın dənəlieffuziv ekvivalenti (analoqu) hesab olunur.[4]

Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars,biotit,hornblend,avgitenstatit də rast gəlinir. Daha çox plagioklaz və kvarsdan ibarət olan dasit adətən açıq rəngli, tez-tez ağdan açıqboza qədər rənglərdə olur.Hornblend və biotitlə zəngin dasit açıq bozdan açıqqəhvəyiyə qədər rənglərdə ola bilər. Tutqun rəngli dasitlər adətən avgit və enstatidən ibarət olur.[2]

Dasit maqması

[redaktə |vikimətni redaktə et]

Dasitmaqması subduksiya zonasında nisbətən cavan okean plitəsinin qitə plitəsinin altına gömüldüyü yerdə inkişaf edir. Okean plitəsimantiyanın içinə daxil olanda sərbəstsuyun təsirindən hissəli əriməyə məzur qalaraq ətraf süxurları da əridir.[3]

Dasitin istifadəsi

[redaktə |vikimətni redaktə et]

Qədimdə insanlar onu kəsici alət kimi istifadə edirdi.[2]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti(az.). Elm nəşriyyatı. 2021. səh. 147.ISBN 978-9952-523-37-9.dasit
  2. 1234DaciteArxivləşdirilib 2022-04-21 at theWayback Machine. geology.com
  3. 123DaciteArxivləşdirilib 2022-05-31 at theWayback Machine. alexstrekeisen.it
  4. DaciteArxivləşdirilib 2022-05-31 at theWayback Machine. mindat.ogr

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Dasit&oldid=8366273"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp