Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Danimarka

Vikipediya, azad ensiklopediya
Danimarka
Kongeriget Danmark
BayraqGerb[d]
BayraqGerb[d]
Guds hjælp, Folkets kærlighed, Danmarks styrke
(Allahın köməyi, Xalqların sevgisi, Danimarkanın qüdrəti)
Himn: Der er et yndigt land
("Sevilən torpaq var")
Tarixi
 • Dövlətin formalaşmasıVIII əsr
 • Aİ-yə qəbul1 yanvar1973
Rəsmi dilləri
PaytaxtKopenhagen
İdarəetmə formasıKonstitutsiyalı monarxiya
KraliçaFrederik X[ 14.I.2024 ~]
Baş nazirMette Frederiksen[ 27.VI.2019 ~]
SahəsiDünyada 134-cü
 • Ümumi42931 km²
 • Su sahəsi (%)1,6%
Əhalisi
 • Əhali5 600 min[1] nəfər (113-cü)
 • Siyahıyaalma (1.1.2001)5 349 212 nəf.
 • Sıxlıq129 nəf./km² (78-ci)
 • Ümumi398.303.272.764 $[3], 395.403.906.582 $[3]
ÜDM(AQP)
 • Ümumi249,5 milyard[2] dollar  (58-ci)
 • Adambaşına44 300 dollar  (30-cu)
ÜDM(nominal)
 • Ümumi (2010)313,825 milyard dollar  (31-ci)
 • Adambaşına56.790 dollar  (5-ci)
İİİ(2013)0.901
ValyutaDanimarka kronu[4][5]
İnternet domeni.dk
ISO koduDK
BOK koduDEN
Telefon kodu+45
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Danimarka (dan.Danmark) —Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabərKopenhagenFrederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Ərazi

[redaktə |vikimətni redaktə et]

Danimarka KrallığıŞimali Avropada yerləşir. Ölkə qərbdənŞimal dənizi, şərqdənBaltik dənizi, cənubdanAlmaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsiyarımadada yerləşir. PaytaxtKopenhagenZelandiya və Amager adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür.KopenhagenFerederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.

Əhali

[redaktə |vikimətni redaktə et]

Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-nidanimarkalılar, 2%-nialmanlar, farerlər, isveçlər, qalanlarını isəQrenlandiyada yaşayaneksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığınlüteran qrupuna daxildir..

Tarixi

[redaktə |vikimətni redaktə et]

X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarkakonstitusiyalı monarxiya elan olunur. 1940-cı ildəİkinci dünya müharibəsinin gedişindəFaşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.

Coğrafiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Danimarka coğrafiyası

Danimarkanın ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka,İsveçin cənub-qərbində,Norveçin cənubunda vəAlmaniyanın şimalında yerləşir. Danimarka həmBaltik həm dəŞimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi,AlmaniyanınŞlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka,Baltik dəniziniŞimal dənizi ilə birləşdirənSkagerrakKattegat boğazlarına nəzarət edir. Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlarMezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka,Skandinaviya ölkələrindəngeoloji olaraq fərqli bir ölkədir. Danimarkanın çayları qısadır. Onlardan ən uzunuQuden çayıdır (149kilometr). Buna görə Danimarka çaylarındasu elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu saydagöl yaranmışdır.Kiçik Kəmər boğazı,Yutlandiya yarımadasınınFyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edənZelandiya adası yerləşir. Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunuLimford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində,Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.[6]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Danimarka Statistikası".6 oktyabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 aprel 2011.
  2. "Beynəlxalq Valyuta Fondunun Danimarka Hesabatı".22 sentyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 aprel 2011.
  3. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  4. https://www.workwithdata.com/place/denmark.
  5. https://web.archive.org/web/20120730153248/http://www.kgl-moent.dk/DKM/UK/RoyalMint.nsf/side/History_of_Danish_coinage%21OpenDocument.
  6. ""Europe :: Denmark" ([[Azərbaycan dili|azərb]]."Avropa :: Danimarka"‎)"(ingilis).CIA. 11 iyul 2017.18 sentyabr 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:14 iyul 2017.
⛭
Danimarka mövzularda
Danimarka
⛭
EU members and candidates
⛭
Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri
Almaniya  •Avstriya  •Belçika  •Bolqarıstan  •Kipr  •Çexiya  •Danimarka  •Estoniya  •Finlandiya  •Fransa  •İrlandiya  •İspaniya  •İsveç  •İtaliya  •Latviya  •Litva  •Lüksemburq  •Macarıstan  •Malta  •Niderland  •Polşa  •Portuqaliya  •Rumıniya  •Slovakiya  •Sloveniya  •Xorvatiya  •Yunanıstan
EU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər
Keçmiş üzvlər
⛭
İttifaq üzvləri
Namizəd ölkələr
⛭
Baltik dənizi ölkələri

AlmaniyaAlmaniya  ·  DanimarkaDanimarka  ·  LatviyaLatviya  ·  LitvaLitva  ·  PolşaPolşa  ·  RusiyaRusiya  ·  FinlandiyaFinlandiya  ·  İsveçİsveç  ·  EstoniyaEstoniya

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Danimarka&oldid=8085863"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp