Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Danevirke

Vikipediya, azad ensiklopediya
UNESCO-nunÜmumdünya irsi obyekti
Archaeological Border complex of Hedeby and the Danevirke
Ölkə Almaniya
TipMədəni
Kriteriyaiii, iv
Keçid1553
Daxil edilməsi2018 (qeyri-məlum sessiya)
Danevirke xəritədə
Danevirke
Danevirke

Danevirke (dan.Dannevirke,q.skan.Danavirki,alm.Danewerk‎)[1][2]Almaniyanın şimalında,Şlezviq-Holşteyn torpağında tarixiDanimarka istehkamlar sistemi. Danevirkevikinqlər dövründəYutlandiya yarımadası boyunca inşa edilmiş əhəmiyyətli bir müdafiə quruluşudur. Bundan sonuncu dəfə 1864-cü ildə hərbi məqsədlər üçün istifadə edilmişdir.

Danevirke yarımadanın qərbindəki bataqlıqlardan Şlezviq şəhərinə qədər uzanır. Divarın başqa bir hissəsi Şvansen yarımadasını qoruyurdu.

Yazılı mənbələrə görə, Danevirkenin tikintisi prosesinə Danimarka kralıQudfred 808-ci ildə başlamışdır.[3] O vaxta qədərFriziya və Qədim Saksoniya xalqlarını fəth etmişfrankların işğalından qorxan Qudfred öz torpaqlarını müdafiə etmək üçün Yutlandiya yarımadasınıFrank krallığının şimal hüdudlarından ayıran nəhəng bir tikili üzərində işləməyə başlamışdı.[4]

Quruluşun uzunluğu təqribən 30 km, hündürlüyü 3,6–6 metr arasında dəyişir.[5]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Fehring, Günter P.The Archaeology of Medieval Germany: An Introduction. 24 October 2014.ISBN 9781317605119.6 July 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 November 2022.
  2. "Ordbog over det danske Sprog: Virke".2023-07-06 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-11-22.
  3. "Dannevirke"(danimarka). Gyldendal Business.2023-07-06 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-11-22.
  4. Danevirke – Ældre end hidtil antaget!Arxiv surəti 25 sentyabr 2015 tarixindənWayback Machine saytındaArxivləşdirilib 25 sentyabr 2015 at theWayback Machine Museum South-Jutland.  (dan.)
  5. Anders Bøgh."Valdemarstiden 1157–1241". danmarkshistorien.dk(danimarka). Aarhus University.14 March 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:20 December 2014.

Əlavə ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • H. Hellmuth Andersen: «Til hele rigets værn, Danevirkes arkæologi»
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Danevirke&oldid=7792621"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp