Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Roma Dakiyası

Vikipediya, azad ensiklopediya
(Dakiya səhifəsindən yönləndirilmişdir)
Romanın Dakiya əyaləti

Roma Dakiyası (lat.Dacia Romana) — Roma imperatoruTrayanın106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Roma işğalı sosial təbəqələşmə,quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilətaxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş,dulusçuluq təkmilləşdirilmiş,ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdəlatın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi.

Quruluşu

[redaktə |vikimətni redaktə et]

Dakiyada romanlaşmanın daşıyıcılarılegionerlər və veteranlar, əsasən,Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.180-ci ildə imperator Kommod Markoman müharibələri (166180) nəticəsində boşalmış əyalətdə azad dakları məskunlaşdırdı. Severlərdən sonra (235-ci ildən sonra) əyalət daima barbarların hücumlarına məruz qalırdı. Avrelianın dövründə romalılar əyaləti tərk etdilər (271/272). Eyni zamanda əyalətin sakinləriDunayı keçərək digər əyalətlərdən alınmış ərazilərdə yaradılan Sahilyanı Dakiya (Ripensis) və Daxili Dakiya (Mediter ranea) əyalətlərində məskunlaşdılar.

Romalıların tərk etdikləri əraziyə qonşubarbar xalqları köçdü. II-III əsrlər Roma Dakiyası əhalisi ilə Roma əyalətinin təxliyəsindən sonraRumıniya ərazisində məskunlaşmış xalqlar arasında varislik məsələsi alimlər tərəfindən müxtəlif formada şərh edilir.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Roma_Dakiyası&oldid=5852403"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp