Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Corciya Universiteti

33°57′21″ şm. e. 83°22′28″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Corciya Universiteti
University of Georgia
Əsası qoyulub1785
Tələbə sayı38.920[1],40.118[2]
Ölkə
ÜnvanAdministration Building, Athens, GA, 30602[5]
Saytuga.edu
33°57′21″ şm. e. 83°22′28″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corciya UniversitetiABŞ — nınCorciya ştatının Atens şəhərində yerləşən dövlət universiteti. Əsası 1785-ci ildə qoyulub, ABŞ-ın ən qədim dövlət universitetlərindən biridir.[6] Universitet Corciya universitet sisteminin qabaqcıl[7] məktəbi hesab olunur.

2014-cü ildə ABŞ-də "U.S. News & World Report" jurnalının nəşrinə görə ABŞ Dövlət universitetlərinin reytinqində 20-ci yeri tutmuşdu.[8]

Tarixi

[redaktə |vikimətni redaktə et]
Avraam Bolduin Corciya Universitetinin qurucularından biri və ilk rektoru

Corciya Universiteti 1785-ci il yanvarın 27-də Corciya Baş Assambleyası tərəfindən təsis edilmişdir. Gələcək Corciya Universitetinə "kollec və ya seminariya" yaratmaq məqsədilə 40.000 akr (160 km) torpaq sahəsi verilmişdir.[9] Universitetin Elmi Şurası Corciya ştatıSenatının sədrlik edən Qəyyumlar Şurasından ibarət idi.

Universitetin Qəyyumlar Şurasının ilk iclası 13 fevral 1786-cı ildəCorciya ştatının Augusta şəhərində baş tutmuşdu.[10]

Bu iclasda universitetin ilk rektoruYel Universiteti məzunuKonnektikutdan olan Abraham Bolduin seçildi. BolduinABŞ Konstitusiyasını imzalayanlardan biridir.

UniversitetVətəndaş müharibəsi səbəbindən 1863-cü ilin sentyabr ayında bağlandı və 1866-cı ilin yanvarında təxminən 80 tələbə ilə yenidən açıldı.[11]

Təşkilatı və idarəetməsi

[redaktə |vikimətni redaktə et]

Corciya Universitetininrektoru baş idarəçidir. O, Corciya Müdirlər Şurası tərəfindən təyin və nəzarət edilir. 1785-ci ildə qurulandan bəri Corciya Universitetinin 22 rektoru olub. Hər bir kollec və məktəbə birdekan rəhbərlik edir. Universitetdə tələbə-müəllim nisbəti bir müəllimə 17 tələbədir.[12][13]

İxtisasları

[redaktə |vikimətni redaktə et]

Kollecləri

[redaktə |vikimətni redaktə et]
Franklin İncəsənət və Elmlər kolleci1801
Corciya Universiteti Hüquq məktəbi1859
Corciya Universiteti Kənd Təsərrüfatı və Ətraf Mühit Elmləri kolleci1859
Corciya Universiteti Əczaçılıq kolleci1903
Daniel B. Varnell adına Meşəçilik və Təbii Sərvətlər məktəbi1906
Mary Frances adına İbtidai Təhsil kolleci1908
Corciya Universiteti Ali məktəbi1910
Terri Biznes kolleci1912
Henri V. Gradi Jurnalistika və Kütləvi Kommunikasiya kolleci1915
Corciya Universiteti Ailə və İstehlak Elmləri kolleci1918
Corciya Universiteti Baytarlıq Tibb kolleci1946
Corciya Universitetinin Sosial İş kolleci1964
Corciya Universiteti Ətraf Mühit və Dizayn kolleci2001
Corciya Universitetinin İctimai və Beynəlxalq Münasibətlər kolleci2001
Corciya Universiteti İctimai Sağlamlıq kolleci2005
Odum Ekologiya məktəbi2007
Corciya Universiteti Mühəndislik kolleci2012
Morehead Fəxri kolleci2021
Elektron hesablama məktəbi2022

Ödənişi

[redaktə |vikimətni redaktə et]

Orta bakalavr tələbəsi üçün 9 aylıq tədris ilinə əsaslanan 2018–2019-cu illərin təxmini davamiyyət dəyərinə əsasən, Corciya sakinləri üçün təhsil və ödənişlər 11,830 ABŞ dollar, rezidentlər üçün isə 30,404 dollar təşkil edir. Orta beynəlxalq bakalavr tələbəsi üçün təhsil haqqı və ödənişlər (9 aylıq tədris ilinə əsasən) 30,392 ABŞ dollarıdır.

Təqaüdü

[redaktə |vikimətni redaktə et]

Corciya Universitetinin akademik təqvimi iki semestrdən ibarətdir. Təhsilin ümumi dəyəri hər il hesablanır. Corciya Universitetində yerli sakinlər üçün təhsil illik 4,438 $ başlayır. Xarici tələbələr üçün bir illik təhsilin qiyməti fərqlidir — minimal 12,590 $-dır. Universitetdə tələbələrə təhsil xərclərinin bir hissəsini ödəməyə kömək edən bir neçə təqaüd və tələbə maliyyə yardımı proqramları var.[14]

Təqaüd həm təhsil, həm də idman nailiyyətləri üçün mövcuddur. Universitet 12 idman növü üzrə təqaüd verir. Ən yaxşı 100 tələbə təhsil haqqının tam dəyərini və beynəlxalq səyahət və tədqiqatı maliyyələşdirənFoundation (Vəqf) təqaüdü alır.

Universitetə qəbul

[redaktə |vikimətni redaktə et]

Universitet qəbul zamanı bir çox amilləri nəzərə alır: orta məktəb qiymətləri, xüsusən də orta məktəbdə təhsilin ciddiliyi — şagirdin məktəbin "qabaqcıl" və ya "çətin" təhsil alması, standart testlər, SAT və ya ACT[15] proqramları üzrə ballar, akademik və şəxsi nailiyyətlər, məktəbdənkənar fəaliyyətlər, məcburi məktəb məsləhətçisi qiymətləndirmə məktubu, həmçinin müəllimlərdən akademik tövsiyə məktubları və tələbənin şəxsi ifadəsi.[16][17] Bu, yerli ərizəçilər üçün tələblərdir.[18]

Görkəmli məzunları

[redaktə |vikimətni redaktə et]
Mary Etel Kresvell, 1919-cu ildə universitetdə bakalavr dərəcəsi alan ilk qadın

Universitetin məzunlarına 110-dan çox ştat və federal qanunverici hakim, 70 federalhakim və çoxsaylı Corciya ştatının Ali məhkəməhakimləri, hökumət rəsmiləri vəsəfirlər daxildir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://www.usg.edu/assets/research/documents/enrollment_reports/SER_Fall_19_Final.pdf.
  2. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.).National Association of College and University Business Officers, 2023.
  3. ArchINFORM (alm.). 1994.
  4. SHERPA/RoMEO.
  5. Integrated Postsecondary Education Data System. 1992.
  6. Rudolph, Frederick (1961). The American College and University. University of Georgia Press. p. 275.ISBN 0-8203-1285-1.
  7. "Arxivlənmiş surət".5 oktyabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 dekabr 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "Top Public Schools"(ingilis). U.S.News & World Report.3 mart 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 iyul 2014. (#redundant_parameters); (#redundant_parameters)
  9. "Arxivlənmiş surət".24 iyul 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 dekabr 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. https://books.google.ru/books?id=lEkUAAAAYAAJ&printsec=frontcover&q=university&hl=ru
  11. https://books.google.az/books?id=LYEjvos3vD8C&redir_esc=y
  12. "Fast Facts". UGA Undergraduate Admissions.24 mart 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 noyabr 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. "Arxivlənmiş surət".8 iyun 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 dekabr 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. "Arxivlənmiş surət".7 dekabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 dekabr 2023.
  15. "Arxivlənmiş surət".6 fevral 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 dekabr 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  16. "Arxivlənmiş surət".18 aprel 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 dekabr 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  17. "First Year Admission Criteria". admissions.uga.edu. University of Georgia.1 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 may 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  18. "Blind/Neutral". University of Georgia. 6 sentyabr 2018.1 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 may 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Lüğətlər və ensiklopediyalar
BNF: 11868050d ·CiNii: DA02768437 ·ISNI: 000000041936738X ·LCCN: n79043128 ·Microsoft: 165733156 ·NKC: ko2010576332 ·SUDOC: 026431831 ·VIAF: 123893232 ·ULAN: 500312901 ·WorldCat VIAF: 123893232
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Corciya_Universiteti&oldid=8459160"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp