Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir. İqlimi rütubətli subtropikdir. Dağlarda, əsasən, palıd, şam və fıstıqdan ibarət meşə sahələrinə rast gəlinir. Yağıntının illik miqdarı 1300–1600 mm-dir.
16-cı əsrdə yerli əhalisi hindi tayfaları çiroki və kriklərdən ibarət olan Corciya ərazisiniispanlar (E. de Sotonun və, ehtimal ki, X. Ponse de Leonun ekspedisiyaları) mənimsəməyə başladılar. 1670-ci illərdə Corciyaispanlar iləingilislər arasında mübarizə meydanına çevrildi. 1704-cü ildəingilislər yerli hindilərlə birlikdəispanları sıxışdırıb çıxardılar, 1715–16-cı illərdə isə keçmiş müttəfiqləri olmuş hindilərə divan tutdular. 1719-cu ildə Corciya ingilislərin Karolina koloniyasının əyaləti elan edildi. 1732-ci ildən İngiltərə kralı II Georqun şərəfinə Corciya koloniyası adlandırıldı. Corciyanın ilk qubernatoru olmuş, hərbi xadim və filantrop C. Oqltorp Corciyanıİngiltərədə yaşayan yoxsulların sığınacağına çevirmək arzusunda idi. Koloniyadaquldarlıq, spirtli içkilərin istifadəsi qadağan edildi.
1733-cü ildə Corciyayaİngiltərədən ilk mühacirlər gəldilər. Əhalinin burada məskunlaşması prosesi ləng gedirdi, Corciya uzun müddətİspaniyaFloridası ilə sərhəddə hərbi dayaq məntəqəsi idi 1752-ci ildən etibarən koloniyanın idarəçiliyi bilavasitəBöyük Britaniya kralının səlahiyyətinə keçdi. 1776-cı ildə,Şimali Amerikada istiqlaliyyət müharibəsi (1775–83) gedişində Corciyaİngiltərənin keçmiş 12 koloniyası ilə birlikdəABŞ-ni yaratdılar.
1829-cu ildə Corciyanın şimalında qızıl yataqları aşkar edildi. "Qızıl həyəcanı" Corciyaya ağdərili əhalinin kütləvi axınına səbəb oldu. 1830-cu ildə Corciyada yaşayan hindilərin bir qismi rezervasiyalara (indikiOklahoma ərazisinə) yerləşdirildi, onların kütləvi surətdə köçürülməsi 1838–39-cu illərdə də davam edirdi. 1861-ci ilin əvvəlində CorciyaABŞ-nin tərkibindən çıxaraqAmerika Konfederativ Ştatlarına (Corciyada doğulmuş A. Stivens Konfederasiyanın vitse-prezidenti seçildi) daxil oldu.
1864-cü ildə Corciya ərazisindəAmerika Birləşmiş ŞtatlarındaVətəndaş müharibəsinin (1861–65) həlledici döyüşləri baş verdi. 1865–70-ci illərdə Corciyada hərbi idarəçilik tətbiq edildi (federal qoşunlar burada 1877-ci ilədək qaldı). 1960-cı illərdə Corciya Vətəndaş hüquqları uğrunda hərəkatın mərkəzlərindən biri idi.
Ştatın iqtisadiyyatı üçün xidmət sferası,sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrin inkişafı səciyyəvidir. ÜDM-in həcmi 396 mlrd. dollar (2007), adambaşına 33,5 min dollar (ölkə üzrə 37-ci yer) təşkil etmişdir. Əlverişli coğrafi mövqeyi ştatı iri nəqliyyat, sənaye və rabitə mərkəzinə çevirmişdir. Nəqliyyat və elektrotexnika maşınqayırması, toxuculuq, tikiş, yeyinti, kimya və tütün sənayesi inkişaf etmişdir. Corciyada bir sıra iri korporasiyalar: AT&T Mobility (telekommunikasiya), The Home Depot və Oxford İndustries (pərakəndə ticarət), Delta Air Lines (aviadaşımalar), SunTrust Banks (maliyyə xidmətləri), United Parcel Service (poçt xidməti və logistika), The Coca-Cola Company (yeyinti sənayesi), Aflac (maliyyə xidməti), Southern Company (energetika), İntercon tinental Exchange (maliyyə xidməti), Genuine Parts (maşınqayırma), AGCO (maşınqayırma), Rock-Tenn (kağız və qab laşdırma sənayesi), Newell Rubbermaid (istehlak malları), Chick-fil-A və Waffle House (ictimai iaşə), NCR Corporation (elektronika) və s.; bəzi media- qrupların (Turner Broadcasting System və Cox Enterprises), telekanalların (CNN, TNT,Cartoon Network,Bumerang, TBS və The Weather Channel) mənzil-qərargahları yerləşir. Həm də bu ştat Coca Colanın vətəni hesab edilir. Coca Colanın gizli resepti heç kəsə bildirilmir, və resept sadəcə Atlantadadır.
Lockheed Martin (Mariettada) və General Dynamics (Savannada) şirkətinin aviasiya zdları,Kia Motors şirkətinin zavodları (Vest- Poynt), İnternational Paper şirkətinin kağız fabrikləri (Savanna),SABMiller şirkətinin pivə zavodları (Olban) ştatın iri müəssisələrindəndir. Yüksək keyfiyyətli mərmər, kaolin gili, qum, çınqıl hasil edilir. Corciyada kənd təsərrüfatı yüksək inkişaf etmişdir. Tütün, pambıq, qarğıdalı, yerfındığı (istehsalın həcminə görəABŞ ştatları arasında birinci yer),çiyələk, soya bitkiləri, müxtəlif tərəvəzlər və s.becərilir. Corciyada şaftalı çox yetişdirildiyinə görə, buranı "şaftalı ştatı" da adlandırırlar. Heyvandarlıq qaramal (əsasən, südlük cinslər), donuzçuluq və quşçuluq ilə təmsil olunmuşdur. Ştatın enerjisinin təqribən 25%-ini 2 AES istehsal edir.