Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Conni Depp

Vikipediya, azad ensiklopediya
Conni Depp
ing.Johnny Depp
Doğum adıJohn Christopher Depp II
Doğum tarixi9 iyun1963(1963-06-09)[1][2][…](61 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşaqları
Partnyorları
AtasıCon Kristofer Depp[d][11]
AnasıBetti Sue Vells[d][11]
Fəaliyyətikinorejissor, film prodüseri, ssenarist, televiziya aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d], gecə klubu sahibi, gitaraçı, aktyor, musiqiçi
Fəaliyyət illəri1984-cü ildən
Təhsili
  • Miramar Ali Məktəbi[d],
  • Bournville məktəbi[d]
Boyu178 sm[12]
Üzvlüyü
  • Hollywood Vampires[d]
Mükafatları"Qızıl qlobus" mükafatı
IMDbID0000136
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Kristofer"Conni"Depp II (ing.John Christopher «Johnny» Depp II;9 iyun1963[1][2][…],Ouensboro[d],Kentukki[3]) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biriCek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə"Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq,hələ də "Oskar" mükafatını qazana bilməyib.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi. Eyni il anası ilə atası boşanır və bu vəziyyət ona pis təsir edir. "The Kids" adlı musiqi qrupu ilə çalmağa başladı. Qrupun bas gitaraçısı və vokalistinin bacısı Lori Anne Allison ilə 24 dekabr 1983-cü ildə evləndi. Los Ancelesdə həyat yoldaşının köməyi iləNikolas Keyclə tanış oldu və ilk filmiQarağac küçəsində qarabasma filmində 1984-cü ildə rol almaq imkanı qazandı.1986-cı ildə "Tağım" filmində kiçik bir rol aldı. Conni Depp həmin ildə 7 mart 1986-cı ildə Lori Anne Allisondan boşanır. İlk evliliyindən sonra aktrisa Vaynona Rayder və model Keyt Moss kimi məşhurlarla görüşür. Sevgilisi Vaynona Rayder adını qoluna "Winona Forever" olaraq döydürən aktyor, döyməni ayrıldıqdan sonra "Sonsuza qədər şərab" ("Wino Forever") kimi dəyişdirdi. "The Kids" qrupu dağılmış olmasına baxmayaraq, hələ də birlikdə ifa edirlər. Conni Deppin sözlərinə görə əsas onların peşəkar deyil, hobbi olaraq çalmaqlarıdır.

14 iyun 1998-ci ildə Vanessa Paradislə ailə həyatı qurmuşdur. Cütlük 2012-ci ildə ayrıldıqlarını elan etdilər.Depp, Robin Uilyamsın 1998-ci ildə "Patch Adams" filmində canlandırdığı "Xəstəxana-Klounu" obrazına əsasən, "Xalq düşməni" filminin premyerası üçün getdiyi Londondakı bir xəstəxanada, "Karip Dənizinin Quldurları" filmindəki yaratdığı Kapitan Cek Sərçə kostyumunu geyinərək, Londondakı Great Ormond Street Xəstəxanasının işçilərini və xəstə uşaqları ziyarət etdi və onlara yaxından qayğı göstərdi.Vanessa Paradislə 2 uşağı var;Lily-Rose Melody Depp və Jack(John Christopher Depp-3) Depp'in qızı uşaqlıqda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi, 2007-ci ildə isə uğurlu müalicəsinə görə atası "Great Ormond Street" xəstəxasına 1 milyon avro bağışlamışdır.

" The rum diary" filminin çəkilişlərində tərəf müqaviliAmber Heardla tanış olub 2015-ci ildə evlənib,15 aydan sonra isə ayrılıblar.

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
İlFilmOrijinal adıRol
1984"Qarağac küçəsində qarabasma""A Nightmare on Elm Street"Qlen Lantz
1985"Şəxsi kurort"Private ResortCek
1986"Tağım"Platoonvt. Gator Lerner
1993"Arizona arzusu"Arizona DreamAxel Blackmar
1993"Benni və Cun"Benny & JoonSem
1993"Cilbert Qrey"What’s Eating Gilbert GrapeCilbert Qrey
1994"Ed Vud"Ed WoodEd Vud
1995"Don Juan de Marko"Don Juan DeMarcoDon Juan
1997"Cəsur"The BraveRafael
1999"Yuxulu boşluq"Sleepy Hollowİkabod Kreyn
2000"Şokolad"ChocolatRouks
2001"Kokain"BlowCorc Canq
2001"Cəhənnəmdən"From Hellİnspektor Frederik Abberlayn
2003"Karib dənizinin quldurları: Qara mirvarinin lənəti"Pirates of the Caribbean: The Curse of the Black Pearl"Sərçə" ləqəbli Cek
2003"Bir dəfə Meksikada"Once Upon a Time in MexicoSands
2003"Çarli: Çarli Çaplinin Həyatı və Sənəti" (sənədli film)Charlie: The Life and Art of Charles Chaplin
2004"Məxfi pəncərə"Secret WindowMort Rayni
2005"Çarli və şokolad fabriki"Charlie and the Chocolate FactoryUilli Uonka
2006"Karib dənizinin quldurları 2"Pirates of the Caribbean: Dead Man’s Chest"Sərçə" ləqəbli Cek
2007"Karib dənizinin quldurları 3"Pirates of the Caribbean: At World’s End"Sərçə" ləqəbli Cek
2010"Turist"The TouristAleksandr Pirs
2010"Alisa möcüzələr ölkəsində"Alice in WonderlandDəlisov papaqçı
2011"Ranqo (cizgi filmi, 2011)"RangoRanqo
2011"Karib dənizinin quldurları 4"Pirates of the Caribbean: On Stranger Tides"Sərçə" ləqəbli Cek
2017"Karib dənizinin quldurları 5"Pirates of the Caribbean: Dead Men Tell No Tales"Sərçə" ləqəbli Cek

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Johnny Depp //filmportal.de. 2005.
  2. 12Johnny Depp //Brockhauz Ensiklopediyası (alm.).
  3. 12Deutsche Nationalbibliothek Record #119151537 //Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 12http://www.imdb.com/name/nm0000136/bio#spouses.
  5. https://web.archive.org/web/20160821024142/http://www.ansa.it/sito/notizie/cultura/cinema/2016/08/19/amber-heard-donera-i-7-mln-divorzio-depp_94d1512a-7189-4cba-bdfc-e74456c00385.html (it.).
  6. https://www.harpersbazaar.com.au/celebrity/johnny-depp-dating-history-12262.
  7. 123https://www.elle.com/culture/celebrities/news/g28300/johnny-depp-dating-history/.
  8. https://www.koimoi.com/hollywood-news/johnny-depp-past-relationships-kate-moss-vanessa-paradis-to-amber-heard-5-girlfriends-he-asked-to-marry/.
  9. https://metro.co.uk/2019/04/26/johnny-depp-relationship-history-alleged-fiance-revealed-9322441/.
  10. https://www.aftonbladet.se/nojesbladet/a/lAK0GG/bilden-avslojar-johnny-depps-nya-karlek.
  11. 12Pas L. v.Genealogics (ing.). 2003.
  12. https://www.20minutos.es/noticia/135981/0/altura/estrellas/hollywood/.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaConni Depp ilə əlaqəli mediafayllar var.
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS90889880 ·BNCa10073449 ·BNEXX1122134 ·BNF137518050 ·CiNiiDA13043072 ·CONOR19281507 ·GND119151537 ·GTAA92859 ·ICCURAVV093063 ·ISNI0000000121420862 ·LCCNn92021949 ·LNB000189265 ·NDL00650307 ·NKCxx0012079 ·NLPa0000002440027 ·NTA083208704 ·NUKATn2006124314 ·LIBRIS352139 ·SUDOC066909597 ·VIAF85378128 ·WorldCat VIAF85378128
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Conni_Depp&oldid=7622300"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp