Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Cina Devis

Vikipediya, azad ensiklopediya
Cina Devis
Doğum adıVirginia Elizabeth Davis
Doğum tarixi21 yanvar1956(1956-01-21)[1][2](69 yaş)
Həyat yoldaşı
Fəaliyyətikino aktrisası, film prodüseri, aktrisa, televiziya aktrisası, televiziya prodüseri[d], səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri1982-ci ildən
Təhsili
Boyu183 sm
Üzvlüyü
MükafatlarıƏn yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı
IMDbID0000133
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Virciniya Elizabet "Cina" Devis (ing.Virginia Elizabeth «Geena» Davis;21 yanvar1956[1][2]) —ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür.[5]

Gənclik

[redaktə |vikimətni redaktə et]

1956-cı ildəMassaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis[6], erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur.[7] "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildəİsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir.[8][9][10]

Film karyerası

[redaktə |vikimətni redaktə et]

Məzun olduqdan sonraNyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır. Bu rolun ardından "Ties ailəsi" və bir hissəsini özünün yazdığı "Buffalo Bill" kimi seriallarda iştirak etdi. Televiziya seriallarının ardından filmlərdə iştirak etməyə davam edən Devis 1985-ci ildə Çevi Çeys ilə birlikdə "Fletç" adlı filmdə rol aldı.[11] Ardından 1986-cı ildə Devid Kronenberqin rejissorluq etdiyi "Milçək" adlı filmi ilə adını daha geniş ətraflara eşitdirməyi bacardı. Cina Devis bu filmdəki texniki bir qəza nəticəsində milçəyə çevrilən elm adamını canlandıran Ceff Qoldblüm ilə evləndi. 1988-ci il tarixli "Bitlcus" adlı filmin ardından dram və komediya filmlərinin axtarılan ulduzu olmağı bacarmışdı. Eyni il bir it tərbiyəçisini canlandırdığı "Təsadüfi Turist" filmindəki rolu ilə "Ən yaxşı köməkçi qadın oyunçusuna görə Oskar mükafatı"nın sahibi oldu. Bu illər boyunca bir çox fərqli rolda oynasa da, ümumi mənada "bacarıqsız, lakin təsir edici" qadın portretini qorudu.[12]

Cina Devis 1991-ci ildə Syuzan Sarandon ilə birlikdə rol aldığı "Telma və Luiza" adlı filmi ilə "Ən yaxşı qadın iştirakçısına görə Oskar mükafatı"na layiq görülmüşdür. 1993-cü ildə Brüs Uillisin baş rolu aldığı "Çətin ölüm 2" filminin rejissorluğunu boynuna götürən Renni Harlin ilə həm romantik, həm də peşəkar bir ortaqlığa girən oyunçu, xüsusilə "Adanın başkəsənləri" filminin kassa gəlirində böyük bir çöküş yaşaması ilə birlikdə sona çatacağı düşünülən bu əlaqəyə həmin rejissorun 1996-cı il istehsalı "Geəcədə uzun öpüş" adlı filminə qədər davam etdi. Bu filmdən sonra film karyerasına uzun bir müddət ara verən Cina Devis 1999-cu ildə "Stüart Littl" adlı kiçik bir siçanın mövzu aldığı filmdə Eleanora Littl rolunu ifa etdi.[13]

2002-ci ildə Cina Devis "Stüart Littl" filminin ardı olan "Stüart Littl 2" filmində yenidən Eleanora Littl rolunu ifa edərək iştirak etmişdir. Bu illər ərzində Cina bir çox televiziya seriallarında iştirak etmişdir. 2008-ci ildə "Prezident-qadın" serialındakı canlandırdığı Makkenzi Allen roluna görəQızıl Qlobus mükafatına layiq görülmüşdür.[14][15] İdmanla maraqlanan Devis, 1999-cu ildəABŞ-də edilən "Ox atma Olimpiadası"nın komanda seçmələrində girə bilməsə də, yarım finala qədər yüksəlmişdir.[16][17][18] Cina Devis 1.83 metr (fut) boyu ilə Hollivudda baş rolu ifa etmiş ən uzun aktrisalar sırasındadır.[19][20]

Şəxsi həyatı

[redaktə |vikimətni redaktə et]

Cina Devis 25 mart 1982 və 26 fevral 1983-cü il tarixləri arasında restoran meneceri Riçard Emmolo ilə ailə həyatı qurmuş və boşanmışdır. 1 noyabr 1987 və 21 iyun 1990-cı il tarixləri arasında aktyor və rejissor Ceff Qoldblüm ilə ailə həyatı qurmuş və boşanmışdır.[21] 18 sentyabr 1993 və 21 iyun 1998-ci il tarixləri arasında rejissor Renni Harlin ilə ailə həyatı qurmuş və boşanmışdır. 1 sentyabr 2001-ci il tarixində plastik xirurq həkimi olanİran əsilli[22] Reza Carrahi ilə ailə həyatı qurmuşdur.[23] Onların üç övladları vardır: Aliee Keşvar (10 aprel 2002)[24] və əkiz övladlar Kian Uilyam və Kais Stiven (6 may 2004).[25]

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Cina Devisinİntellekt əmsalı böyük olduğunaMensanın üzvüdür.[26]
  • Cina Devisin atası Uilyam Devis mühəndis, anası Lüsil isə məktəb köməkçisi olmuşdur.[27]

Mükafatlar

[redaktə |vikimətni redaktə et]

ABŞABŞOskar mükafatı

  • 1989:Oskar – Mükafat — "Təsadüfi turist"
  • 1992:Oskar – Nominasiya — "Telma və Luiza"

ABŞABŞQızıl Qlobus mükafatı

ABŞABŞEmmi mükafatı

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
Cina Devis (1989)
İlFilmOrijinal adıRol
1982TutsiTootsieAprel Peyc
1985FletçFletchLarri
1985Transilvaniya 6–5000Transylvania 6–5000Odett
1986MilçəkThe FlyVeronika Kuif
1988BitlcusBeetlejuiceBarbara Mettlend
1988Təsadüfi turistThe Accidental TouristMuriel Pritçet
1991Telma və LuizaThelma & LouiseTülma Yvon Dikinson
1992Onların xüsusi liqasıA League of Their OwnDotti Hinson
1992Qəhrəman adamAccidental HeroQeyl Qeyli
1995Başkəsənlər adasıCutthroat IslandMorqan Adams
1999Stüart LittlStuart LittleXanım Eleanor Littl
2002Stüart Littl 2Stuart Little 2Xanım Eleanor Littl
2005Stüart Littl 3Stuart Little 3Xanım Eleanor Littl
2009Bədbəxt hadisələr baş verirAccidents HappenQloria Konvey[28]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Geena Davis //GeneaStar.
  2. 12Geena Davis //Munzinger Personen (alm.).
  3. https://archive.org/details/peoplecelebrityf00time?q=%22Richard+Emmolo%22.
  4. https://archive.org/details/unset0000unse_s6q7?q=%22Richard+Emmolo%22.
  5. "Mensa USA web site".2014-07-15 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2012-07-26.
  6. Blash, Margi."Hollywood Baby Boom". People.com. 2004-05-31.2016-03-03 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2011-08-21.
  7. Stated on "Inside the Actors Studio", 2000
  8. "Trends in Photography". Los Angeles Times. July 14, 1989.2018-12-25 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  9. "Davis bio at Yahoo Movies". Movies.yahoo.com.2011-06-04 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2011-08-21.
  10. "List of 2009 Bates honorands at Bates College web site". Bates.edu. 2009-04-09.2011-06-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-08-21.
  11. spielfilm.de:Hollywood-Star Geena Davis über Mäuse, Kinder und ihren IQArxivləşdirilib 2010-08-28 at theWayback Machine, Yoxlanılıb: 27 avqust 2002
  12. "‘A League of Their Own’ (PG)". The Washington Post. July 3, 1992.September 22, 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 3, 2010.
  13. Burch, Ariel Z."Geena Davis: In a league of her own". 15 March 2008.17 January 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:12 June 2012.
  14. "Geena Davis Would Love to Be Part of a 'Beetlejuice' Sequel". BloodyDisgusting.2020-11-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  15. Uma Thurman And Geena Davis Film PSAs For USAIDArxivləşdirilib 2022-03-14 at theWayback Machine. Look to the Stars. November 3, 2011.
  16. "Cina Devisin həyatı Imdb.com".2022-06-04 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  17. "Geena Davis in Olympic archery semifinals". CNN. August 5, 1999.May 4, 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:May 3, 2010.
  18. Litsky, Frank."OLYMPICS; Geena Davis Zeros In With Bow and Arrows". The New York Times. August 6, 1999.June 12, 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 3, 2010.
  19. "Ginnesin Rekordlar Kitabı 2010".2013-01-16 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  20. "Geena Davis still causing commotion in archery". CNN. September 21, 1999.December 27, 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:May 3, 2010.
  21. "Cina Devis KinoPoisk.ru".2015-04-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  22. "People Mobile - Midlife Moms". M.people.com. 2002-04-18.İstifadə tarixi:2011-08-21.[ölü keçid]
  23. "Cina Devisin həyatı Hollywood.com".2013-01-25 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2013-01-25.
  24. "Hollivud ulduzu Cina Devis".2013-01-16 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  25. "Hollivud aktrisası Cina Devisin əkiz övladları dünyaya gəlmişdir".2013-01-16 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-09-29.
  26. "Amerika Mensa Cəmiyyəti".2014-07-15 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2012-07-26.
  27. "Editor's notes: Fish out of water"Arxivləşdirilib 2020-08-07 at theWayback Machine April 08, 2009, South Coast Today
  28. Thomas, Archie."Quintet finds 'Accidents Happen'". Variety (magazine). 12 June 2008.4 May 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 October 2008.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaCina Devis ilə əlaqəli mediafayllar var.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS98074814 ·BNCa11774952 ·BNEXX1168397 ·BNF13954387v ·CiNiiDA1325816X ·CONOR12830563 ·GND132753413 ·GTAA92037 ·ISNI0000000108694279 ·LCCNno94021068 ·NKCxx0044048 ·NLA35756110 ·NLPa0000001632046 ·NTA074608487 ·NUKATn2009126666 ·SUDOC060815884 ·VIAF10039672 ·WorldCat VIAF10039672
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Cina_Devis&oldid=7714675"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp