Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Cibuti

Vikipediya, azad ensiklopediya
Cibuti
جمهورية جيبوتي
République de Djibouti
BayraqGerb[d]
BayraqGerb[d]
Unité, Égalité, Paix
Himn: 
Rəsmi dilləri
PaytaxtCibuti
İdarəetmə formasıPrezident Respublikası
Prezidentİsmayıl Ömər Cəlil [ 8.V.1999 ~ ]
Baş NazirƏbdülqədir Kamil Məhəmməd [ 1.IV.2013 ~ ]
Sahəsi
 • Ümumi23000 km²
Əhalisi
 • Əhali875 min nəfər (161-ci)
 • Siyahıyaalma (2009)818 159 nəf.
 • Sıxlıq38 nəf./km²
 • Ümumi3.372.287.462 $[1], 3.515.109.075 $[1]
ÜDM(AQP)
 • Ümumi2 420 million dollar  (187-ci)
 • Adambaşına2 700 dollar  (181-ci)
ValyutaCibuti frankı
İnternet domeni.dj
ISO koduDJ
BOK koduDJI
Telefon kodu+253
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cibutinin bölgələri

Cibuti (ərəb.جیبوتي;fr.Djibouti) və ya rəsmi adı iləCibuti Respublikası (ərəb.جمهوریة جیبوتي;fr.République de Djibouti) —Şərqi Afrikada dövlət. Cibuti şimaldanEritreya, qərbdən və cənubdanEfiopiya, cənub-şərqdənSomali ilə həmsərhəddir. Ölkənin şərqdən isəQırmızı dənizəƏrəbistan dənizininƏdən körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəriCibuti şəhəri, ümumi sahəsi 23,200 kvadrat kilometrdir. CibutiƏrəbistan yarımadasında olanYəməndən 20 kilometr uzaqlıqdadır. Əhalisinin 95%-imüsəlmanlardan ibarətdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Müasir Cibuti ərazisində kuşit — afar və issa dillərində danışan köçəritayfalar məskunlaşmışlar. V–VI əsrlərdə bu əraziAksum dövlətinin tərkibinə daxil edilmişdir. VII əsrdə Cibuti ərazisi ərəb sultanlarının hakimiyyəti altında idi. Yerli əhali arasında islam dini vəərəb dili yayılmışdı. XVI əsrdəSomali yarımadasında bir tərəfdən portuqaliyalılarla efiopiyalılar, digər tərəfdəntürklər və somalilər arasındamüharibə getdiyi dövrdə indiki Cibuti ərazisi portuqaliyalılar tərəfindən işğal olundu. XVII əsrdə bu ərazidə yenidənərəblərin hakimiyyəti bərqərar oldu. Bu dövrdə yerli əhali köçəri həyat tərzini davam etdirir,ərəblər isə əhalinin inzibati və tacirlər təbəqələrini təşkil edirdilər.

1862-ci ildəFransa ilə Adal sultanı arasında bağlanmış müqaviləyə əsasənfransızlar afartayfasının yaşadıqları əraziləri və Obok buxtasını öz əyalətləri kimi rəsmiləşdirdilər. 1881-ci ildə Obok rayonunuinkişaf etdirmək məqsədilə fransız səhmdar cəmiyyəti təsis edildi. Həmin dövrdə müasir Cibuti şəhərinin tikintisinə başlanıldı. Obok kimi adlandırılan ərazi 1896-cı ildən rəsmi olaraq fransız Sahil Somalisi adlandırılmışdır. (1967-ci ildən afarların və issaların fransız ərazisi adlandırılmışdır). 1889-cu ildə ruslar fransız Sahil Somalisinin bir hissəsini işğal etməyə cəhd göstərsələr də fransız donanması müstəmləkəçilərin bu ərazidən qovulmasına nail oldular.

1946-cı ildə Fransız Somalisi müstəmləkəsiFransanın "dəniz arxası" ərazisi statusu aldı.

Cibuti Respublikası 1977-ci il 27 iyun tarixindəFransadan ayrılaraq müstəqilliyini elan etdi. 1977-ci ildə keçirilən referendumun nəticələrinə əsasən istiqlaliyyət qazanmış bu ölkə Cibuti respublikası adlandırıldı. 1981-ci ildə ölkədə təkpartiyalı sistemə keçildi.

Siyasi quruluş

[redaktə |vikimətni redaktə et]

Cibutidə dövlət quruluşu respublikadır. Dövlət rəsmi şəkildə Cibuti Respublikası adlanır. Ölkədə 1992-ci il 4 sentyabrdareferendum yolu ilə qəbul olunmuş, 15 sentyabr 1992-ci ildə qüvvəyə minmiş Konstitusiya fəaliyyət göstərir.

Dövlət başçısı prezidentdir. Prezident ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir. Ölkədə 18 yaşına çatanların seçmək, 23 yaşına çatanların seçilmək hüququ vardır.

İcraedici hakimiyyət prezidentə və hökumətə (Nazirlər Sovetinə) məxsusdur. Hökumətə Baş Nazir rəhbərlik edir.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Əhalinin sayı — 740 min nəfərdir. (2010-cu il iyul məlumatına əsasən).Əhali illik artımı 2,2%-dir. (2010-cu il)Orta ömür müddəti — kişilərdə 58 il, qadınlarda 63 ildir.Uşaq ölümü hər 1000 nəfərə 57 nəfərdir.

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

2009-cu ildə ölkədə 350 million kW-saat elektrik enerji istehsal edildi.Kənd təsərrüfatın əsas sahəsi — heyvandarlıqdır. Cibuti şəhəri əhəmiyyətli dəniz liman kimi dünyada məlumdur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Cibuti mövzularda
Cibuti
⛭
⛭
Ərəb Dövlətləri Liqası
Üzvləri
Keçmiş üzvləri
⛭
Üzv ölkələr
Müşahidəçi ölkələr
Müşahidəçi təşkilatlar
 Cibuti ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Cibuti&oldid=8113232"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp