Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Xordalılar

Vikipediya, azad ensiklopediya
(Chordata səhifəsindən istiqamətləndirilmişdir)
Xordalılar
Elmi təsnifat
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  158852
NCBI  7711
EOL  694
FW  273393

Xordalılar (lat.Chordata) —heyvanlar aləminə aid heyvan tipi.

Ümumi xarakteristika

[redaktə |vikimətni redaktə et]

Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:

  1. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Bunaox skelet və yaxorda da deyilir.
  2. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
  3. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.
  4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir, Xordalılar tipinin 43 minə yaxın növü məlumdur.

İkinci bədən boşluğu olan heyvanların ali tipidir. Xordalılar üç yarımtipə bölünür:Başıxordalılar,Tunikalılar (və ya sürfəsixordalılar) vəOnurğalılar (kəlləlilər). Xordalılar üçün bütün ömür boyu və ya inkişafın müəyyən dövründə bel telinin — xordanın, onun üstündə sinir borusunun, həzm borusunun, həzm borusunun önündə (udlağın yanlarında) qəlsəmə dəliklərinin, bədənin ön hissəsində xorda və həzm borusu altında qan-damar sisteminin döyünən hissəsi — 'ürəyin' olması xarakterikdir. Xordalılar heyvanlar aləminin ən əsas tipi hesab olunur. Bu tipə 100.000-ə qədər növ daxildir. Xordalılar üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna xorda deyilir. Xorda ox skelet olub, vakuollaşmış hüceyrələrdən ibarətdir. O, primitivorqanizmlərdə bütün ömrü boyu qalır. Aliorqanizmlərdə isə o, onurğa fəqərələri ilə əvəz olunur. Xordalılar anlayışıonurğalılar və bəzionurğasızları əhatə edir. Bel sütununun üzərində boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı iləhəzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isəanus dəliyi ilə bitir. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olanürək yerləşir. Sadaladığımız özünəməxsus xüsusiyyətlərlə yanaşı, xordalılar üçün bədənin üçqatlı olması, ikitərəfli simmetriyası,ikinci bədən boşluğu xarakterikdir.[3]

Təsnifatı

[redaktə |vikimətni redaktə et]

Xordalıların 3 yarımtipi məlumdur:


YarımtiplərSiniflər
Kəlləsizlər (Acrania və ya Cephalochordata)Leptokardilər (Leptocardii) sinfi
Qişalılar (Tunicata)Assidilər (Ascidiacea) sinfi
Lavralar (Lavracea) sinfi
Salplar (Thaliacea) sinfi
Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata)Hiperoartiyalar (Hyperoartia) sinfi
Miksinlər (Myxini) sinfi
Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi
Şüaüzgəcli balıqlar (Actinopterygii) sinfi
Pərüzgəcli balıqlar (Sarcopterygii) sinfi
Suda-quruda yaşayanlar (Amphibia) sinfi
Sürünənlər (Reptilia) sinfi
Quşlar (Aves) sinfi
Məməlilər (Mammalia) sinfi

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Ruggiero M. A.,Gordon D. P.,Orrell T. M.,Bailly N.,Bourgoin T.,Brusca R. C.,Cavalier-Smith T.,Guiry M. D.,Kirk P. M.A Higher Level Classification of All Living Organisms (ing.). //PLOS ONE /PLOS ONE EditorsPLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN1932-6203doi:10.1371/JOURNAL.PONE.0119248PMID:25923521
  3. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Takson
eyniləşdirmələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Xordalılar&oldid=7607655"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp