Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Chief Keef

Vikipediya, azad ensiklopediya
Chief Keef
Ümumi məlumatlar
Doğum adıKeith Farrelle Cozart[2]
LəqəbiChief Keef[3]
Doğum tarixi15 avqust1995(1995-08-15)[1](29 yaş)
Doğum yeri
Uşağı9
Musiqiçi məlumatları
Fəaliyyətirepçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri
Fəaliyyət illəri2011-ci ildən
Janrlarhip-hop[d], drill[d], qenqsta-rep[d], trep, pank rep[d], hardkor hip-hop[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Chief Keef (əsl adı:Kit Farrel Kozart;15 avqust1995[1],Çikaqo[3]) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri.Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb.[4] Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olanBillboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçiKanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır.

Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra,Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olandrillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5][6][7]

Chief Keef karyerasında silaha görə həbs olunmaq, ev dustaqlığına salınmaq və Çikaqoda konsertinə qadağa qoyulması kimi bir çox hüquqi problemlərlə üzləşib.[8] Chief Keef 2014-cü ilin sonlarında Interscope şirkəti ilə yollarını ayırıb. O, bundan sonra musiqisini müstəqil şəkildə, öz sahib olduğu Glo Gang adlı musiqi şirkəti vasitəsiə buraxmağa davam etmişdir. Sənətçi “Nobody” (2014), “Back from the Dead 2” (2014) və “Bang 3” (2015) albomlarını bu şirkət vasitəsilə yayımlayıb. Chief Keef 2020 və 2023-cü illərdə iki qonaq çıxışı ilə musiqi hit-paradlarında uğurunun zirvəsini yaşamışdır. O,Lil Uzi Vert-in “Bean (Kobe)” trekində iştirak edib, hansı ki, əhəmiyyətli çart uğuru qazanıb, həmçininDreykinAll the Parties” mahnısındakı ifası ilə də diqqətləri cəlb edib.[9]

Həyatı və fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

İlk illləri (1995–2010)

[redaktə |vikimətni redaktə et]

Əsl adı Kit Farrel Kozart olan Chief Keef 15 avqust 1995-ci ildəİllinoys ştatınınÇikaqo şəhərində anadan olub. Onun anası Lolita Karter, onu dünyaya gətirərkən 15 yaşında və subay olub. Chief-ə vəfat etmiş dayısı, "Big Keef" ləqəbi ilə tanınan Kit Karterin adı qoyulub. Chief Keef şəhərin South Side bölgəsində, Vaşinqton Park məhəlləsində yerləşən Parkway Garden Homes-da yaşayıb. O'Block kimi də bilinən bu ərazi Chief Keefin də üzv olduğu Black Disciples adlı küçə dəstəsinin fəaliyyət göstərdiyi yer idi.[10]

Chief Keef bioloji atası, Alfonso Kozartdan bir yaşında olanda ayrılıb. Chief Keef nənəsi ilə birlikdə Çikaqoda yaşayıb. Nənəsi həm də onun qanuni himayəçisi idi. O, beş yaşında rep oxumağa və musiqi yaratmağa başlayıb. Chief Keef öz ifalarını və mahnılarını lentə almaq üçün anasınınkaraoke aparatından və səs yazıçısından istifadə edib. Chief Keef uşaqlıq illərində Dulles Elementary School-da oxuyub. Daha sonra o, tam orta təhsil almaq üçün Dyett High School-a gedib. O, Dyett-i 9-cu sinifdə oxuyarkən tərk etməli olmuşdur.

Diskoqrafiya

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12From the mag: Chief Keef at home.
  2. https://www.nbcmiami.com/news/local/Rapper-Chief-Keef-Arrested-in-Miami-Beach-After-Cops-Allegedly-Find-Sizzurp-in-Car-418762804.html.
  3. 123Chief Keef //AllMusic (ing.). 1991.
  4. Jeffries, David."Biography & History – Chief Keef".AllMusic.May 10, 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 9, 2018.
  5. "Artist – Chief Keef".Pitchfork Media.May 10, 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 9, 2018.
  6. Carter, Dominique."Finally Rich: The Way That Chief Keef Has Influenced A New Generation of Artists". Hypefresh Mag.May 10, 2018 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:May 9, 2018.
  7. Barber, Andrew,"10 years ago, Chief Keef launched drill music into the mainstream", Mic.com, June 20, 2022,August 18, 2022 tarixindəorijinalından arxivləşdirilib,İstifadə tarixi:July 28, 2022
  8. Breihan, Tom."Banned By Chicago Mayor, Chief Keef Says Hologram Show Will Go On In A Secret Location".Stereogum. July 23, 2015.May 10, 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 9, 2018.
  9. Drake, David."How Chief Keef became the most influential hip-hop artist of his generation".The Outline. February 12, 2018.May 10, 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:May 9, 2018.
  10. Rosemary Regina Sobol,Chief Keef pays $531 to settle speeding ticketArxiv surəti 29 iyul 2017 tarixindənWayback Machine saytındaArxivləşdirilib iyul 29, 2017, at theWayback Machine,Chicago Tribune (July 30, 2016): "his former home in the Parkway Gardens apartment complex on the South Side."

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Tematik saytlar
Normativ yoxlama
ISNI0000000384598101 ·LCCNno2012133601 ·VIAF276465637 ·WorldCat VIAF276465637
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Chief_Keef&oldid=7792552"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp