Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Cayanta Bhatta

Vikipediya, azad ensiklopediya
Cayanta Bhatta
ಜಯಂತ ಭಟ್ಟ
Doğum tarixi850[1][2]
Vəfat tarixi910[1][2]
İstiqamətihinduizm
Hind fəlsəfəsi
bölməsinə aid məqalə
Aum
Məktəblər
Sankhya · Yoqa · Nyaya ·
Vayşeşika · Mimansa · Vedanta
(Advayta · Vişişta-advayta ·
Dvayta · Açintya-bheda-abheda)
Filosof və mütəfəkkirlər
Qədim dövr

Valmiki · Kapila · Patancali ·
Qautama · Kanada · Caymini ·
Vyasa · Markandeya · Yacnavalkya
Orta əsrlər
Şankara · Ramanudca · Madhva ·
Nimbarka · Vişnusvami · Vallabha ·
Anandavardhana · Abhinavaqupta ·
Namdev · Tukaram · Tulsidas ·
Kabir · Vasuqupta · Çaytanya
Madhusudana
Müasir dövr

Qandi · Radhakrişnan · Vivekananda ·
Ramana Maharşi · Aurobindo · Şivananda ·
Kumarasvami · Prabhupada · Anandamurti

Hind fəlsəfəsi portalı

Cayanta Bahtta (təqribən 840–900,Kəşmir) –Hindfilosofu,nyayanın nümayəndəsi. Kəşmir racəsinin xidmətində olan məşhur alim-brahmanlar ailəsindən idi.

Bioqrafiyası

[redaktə |vikimətni redaktə et]

Cayantanıngenealogiyasını nəvəsi AbhinandaKadambari-katsasarı kitabında ətraflı təhlil etmiş. Onun ulu babası Şakt Qauadan olanbrahman olmuş (Kəşmir yaxınlığında). Şaktın oğlu Mitra, nəvəsi isə Şaktisvamin olmuş. Şaktisvamin (Cayantanın ulu babası) Kəşmirdə Karkotı dinastiyasında məsul vəzifədə çalışmış. Cayanta öz qeyidlərində göstərir ki, onun babası çardan Qauramulaka kəndini hədiyyə almış. Ehtimal olunur ki, kənd müasir Racauri şəhəri yaxınlığında yerləşmiş. Cayanta Bhattanın atasının adı Çandra olmuş.[3]

Cayanta Bahttanın nəvəsi Abhinanda özünün qeyidlərində göstərir ki, babasıIX əsrdə Lalitaid çarının müavini olmuş. Buna əsasən demək olar ki, Cayanta Bahtta IX əsrin sonlarında yaşamış. O, geniş erudisiyası və öz dövrünün fəlsəfi fikrini dərindən bilməsi ilə fərqlənirdi.[4][5] Brahmanlar ailəsində anadan olan Cayanta qısa zamanda öz istedadı ilə diqqət çəkməyə başladı. Cavan yaşlarından o məşhur filosofPanininin fikirlərinə müxtəlif rəylər yazmış və sondaНава-Vrittikara (yeni rəyçi) adını qazanmış.[3]

Ümumi məlumat

[redaktə |vikimətni redaktə et]

Cayanta üç fəlsəfi traktat yazmış. Hər üçünyaya fəlsəfəsi üzrə yazılmış. Bu traktatlardan ancaq ikisi müasir dövrə gəlib çatmışdır. Üçüncü traktatı (Sivadadaratnakare) hələlik tapılmamış. Dövrümüzədək gəlib çatmış “Ahamadambara” dramının və qrammatika üzrə əsərlərin müəllifidir. “Nyaya-sutra”lara sərbəst şərhdən ibarət olan əsas əsəri “Nyaya-manjari” (“Məntiq buketi”) hind filosofları arasında son dərəcə populyar olmuşdur. “Nyaya-manjari” səhih idrakın mənbələri (pramana) və obyektləri (prameya), həmçinin qavrayışın (pratyakşa), məntiqi nəticənin (anumana), səbəbiyyətin təbiəti, hissə və tamın nisbəti, teodiseya məsələləri və s.-in nəzərdən keçirildiyi 12 bölmədən ibarətdir.

Vedaların ciddi tərəfdarı olan Cayanta Bahtta onların mötəbərliyinə dair mimansa ardıcıllarının təklif etdikləri sübutları qeyri-qənaətbəxş sayırdı. Lakin onunmimansabuddizmlə apardığı polemikası bütövlükdə öz tolerantlığı və qarşı tərəfin mövqelərini müfəssəl şərh etməsi ilə seçilirdi, bu isə onun əsərinə ensiklopedik xarakter verirdi. Cayanta Bahtta məkan və zamanın qavranılması məsələsində mimansa tərəfdarları ilə hətta razılaşmış (nyaya vəvayşeşikada onlar qavranılmayan sayılırdı), lakin eyni zamanda onların idrakı hərəkət hesab etmələrinə tənqidi yanaşmışdır.Ahamadambara əsəri ingilis dilinə tərcümə olunmuş.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Cayanta Bhatta //Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 201.ISBN 978-9952-441-10-9.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Identifiants et Référentiels (fr.).ABES, 2011.
  2. 12Record #47041964 //VIAF (çd.).[Dublin, Ohio]:OCLC, 2003.
  3. 12Csaba Dezso."Introduction to Agamadambara".2016-04-10 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2017-11-30.
  4. Francis Clooney.Hindu God, Christian God: How Reason Helps Break Down the Boundaries Between Religions. Oxford University Press. 2010. 39–40.ISBN 978-0-19-973872-4.2022-04-12 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2017-11-30.
  5. Ray, S.C."History of Kashmir, Contribution to Sanskrit Literature".2016-03-03 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2017-11-30.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Cayanta_Bhatta&oldid=6633455"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp